Polis əməliyyatlar keçirdi, 48 kq-dan artıq narkotik götürüldü

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları narkotik vasitələrin ölkə ərazisində qanunsuz dövriyyəsinin qarşının alınması istiqamətində fasiləsiz və məqsədyönlü mübarizə tədbirlərini davam etdirirlər.

Bu barədə Bizim.Media-ya DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əldə edilən əməliyyat məlumatı əsasında həyata keçirilən növbəti uğurlu tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən vətəndaş Bəhruz Sərdarov saxlanılıb.

Onun üzərinə baxış zamanı 15 qrama yaxın güclü təsirə malik narkotik vasitə olan heroin aşkar edilib.

 

Əməliyyat tədbirlərinin davamı olaraq Bəhruz Sərdarovun Yasamal rayonundakı evinə baxış zamanı oradan 12 kiloqram heroin, 1 kiloqram 645 qram psixotrop maddə olan metamfetamin və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.


Saxlanılan şəxs izahatında külli miqdarda narkotik vasitəni paytaxt ərazisində yaşayan xarici ölkələrdən birinin vətəndaşından satmaq məqsədi ilə aldığını bildirib.

Baş İdarə əməkdaşları dərhal “isti” izlərlə adı çəkilən şəxsin axtarışlarına başlayıblar.

Görülən tədbirlər nəticəsində həmin şəxs də qısa zamanda saxlanılıb. İstintaq sirri olduğu üçün adı açıqlanmayan həmin şəxsin üzərindən və avtomobilindən 1 kiloqram heroin, 503 qram metamfetamin, onun paytaxt ərazisində yaşadığı mənzildən isə əlavə olaraq 27 kiloqram 500 qram heroin, 4 kiloqram 500 qram metamfetamin, 1 kiloqram tiryək və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Saxlanılan şəxs ifadəsində narkotik maddələri adı hələ ki, istintaqa məlum olmayan tanışının vasitəsi ilə bir neçə gün öncə Biləsuvar rayonunda əvvəlcədən gizlədilən yerdən satmaq üçün götürdüyünü bildirib.

 

Beləliklə Baş İdarə əməkdaşları tərəfindən keçirilən son əməliyyat nəticəsində qanunsuz yollarla ölkə ərazisinə gətirilən yüksək təsiredici xassəyə malik ümumi çəkisi 48 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddənin yayılmasının qarşısı alınıb.


Qeyd edilən faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və onlar tutularaq istintaqa cəlb olunublar. Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rusiyadan XƏBƏRDARLIQ – “Qələbə Günündə hücum olsa, Zelenskinin ofisinə zərbə endirəcəyik”

Rusiyadan XƏBƏRDARLIQ – “Qələbə Günündə hücum olsa, Zelenskinin ofisinə zərbə endirəcəyik”

Tramp: “İranla müharibə daha 2-3 həftə davam edə bilər”

Tramp: “İranla müharibə daha 2-3 həftə davam edə bilər”

20 illik zəhmət siçovullara görə KÜL OLDU... – Gəncədəki dəhşətli yanğının TƏFƏRRÜATI – VİDEO

20 illik zəhmət siçovullara görə KÜL OLDU... – Gəncədəki dəhşətli yanğının TƏFƏRRÜATI – VİDEO

Gündə 2 yumurta yeməyin bədənə TƏSİRİ

Gündə 2 yumurta yeməyin bədənə TƏSİRİ

Valentina Antonenko VƏFAT ETDİ

Valentina Antonenko VƏFAT ETDİ

MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə ELAN ETDİ – FOTO

MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə ELAN ETDİ – FOTO

Alena Əliyevanın tələbələrlə səmimi görüşündən FOTOLAR

Alena Əliyevanın tələbələrlə səmimi görüşündən FOTOLAR

Ceyhun Bayramov Kaya Kallasla görüşdü – FOTO

Ceyhun Bayramov Kaya Kallasla görüşdü – FOTO

Kemeron Dias 53 yaşında üçüncü dəfə ana oldu – FOTO

Kemeron Dias 53 yaşında üçüncü dəfə ana oldu – FOTO

MEDİA onlayn media subyektlərinə dəstək müsabiqəsi ELAN ETDİ – FOTO

MEDİA onlayn media subyektlərinə dəstək müsabiqəsi ELAN ETDİ – FOTO

14 qətnamə və bir həqiqət: İkili standartlar qarşısında Azərbaycanın sülh strategiyası

14 qətnamə və bir həqiqət: İkili standartlar qarşısında Azərbaycanın sülh strategiyası

Türkiyədə “Azərbaycan Kinosu Günləri”nə start verilir

Türkiyədə “Azərbaycan Kinosu Günləri”nə start verilir

Dar məhəllə yollarını ikitərəfli zəbt edənlər cərimələnəcək – VİDEOSÜJET

Dar məhəllə yollarını ikitərəfli zəbt edənlər cərimələnəcək – VİDEOSÜJET

Tramp: “Zelenskini bəyənirəm” – VİDEO

Tramp: “Zelenskini bəyənirəm” – VİDEO

Aİ-yə üzvlüklə bağlı suala Paşinyandan gözlənilməz CAVAB

Aİ-yə üzvlüklə bağlı suala Paşinyandan gözlənilməz CAVAB

Parlamentlərarası İttifaqın Baş katibi İlham Əliyevin QƏBULUNDA - FOTO

Parlamentlərarası İttifaqın Baş katibi İlham Əliyevin QƏBULUNDA - FOTO

Kaya Kallas Azərbaycanda SƏFƏRDƏDİR

Kaya Kallas Azərbaycanda SƏFƏRDƏDİR

Hacıqabul və Ağsu sakinlərinin NƏZƏRİNƏ: Sabah saat 10:00-dan...

Hacıqabul və Ağsu sakinlərinin NƏZƏRİNƏ: Sabah saat 10:00-dan...

Tramp: “İrana qarşı hərbi əməliyyat keçirdiyim üçün qürur duyuram” - VİDEO

Tramp: “İrana qarşı hərbi əməliyyat keçirdiyim üçün qürur duyuram” - VİDEO

Eren Aydınla bağlı qərar VERİLDİ

Eren Aydınla bağlı qərar VERİLDİ

Trampdan Avropaya üç ardıcıl ZƏRBƏ – “Köhnə qitə” “nokaut” olacaq?

Trampdan Avropaya üç ardıcıl ZƏRBƏ – “Köhnə qitə” “nokaut” olacaq?

Bəzi məktəblərə yeni direktor təyin olundu

Bəzi məktəblərə yeni direktor təyin olundu

Neftçalada qızıl mağazasından oğurluq: Saxlanılan var – FOTO

Neftçalada qızıl mağazasından oğurluq: Saxlanılan var – FOTO

Paşinyan: “Regionda nəqliyyat əlaqələrinin açılacağına şübhəm yoxdur”

Paşinyan: “Regionda nəqliyyat əlaqələrinin açılacağına şübhəm yoxdur”

End of content

No more pages to load

RADİO