Alnına yazılanları kağıza köçürən adam...

İnsan yalnız ölümə yaltaqlana bilmir...
(Seyran Səxavətin “İt intervüsü”x9d hekayəsindən)

“Aralıdan baxanda Yer kürəsi çürük toxuma oxşayırdı ”“ yaxından baxanda isə oxşamırdı ”“ eləcə çürük idi. Və bu an bu çürük toxumun içindəki milyardlarla toxum da çürüyürdü ”“ ağac toxumu, çiçək toxumu, adam toxumu...”x9d

...Və Sənin ruhun rahatlıq tapa bilmir... çünki biz hələ fərqinə varmasaq da, Sən bu acı gerçəyi bilirsən. Bilirsən ki, bir gün gələcək, “bu çürük toxum ”“ Yer kürəsi fırlana-fırlana yorulub üzü qibləyə dayanacaqdı və bundan sonra bir də yer üzünə yaz gəlməyəcəkdi, toxumlar cücərməyəcəkdi...”x9d

Bəşərin və bəşəriyyətin sürükləndiyi uçuruma baxırsan. Həyatın ağrıyır... Ruhun əzablar içində qovrula-qovrula gücün yazmağa çatır. Hə, bir də pozmağa...

Yazırsan... Bilə-bilə ki, “Səni Səndən savayı kimsə anlamayacaq...”x9d ”“ yenə də bir inamla, nə zamansa Səni anlaya biləcək birinin içində işıq yandırmaq ümidilə yazırsan... Yazıya pozu olmadığını da bilirsən... Amma bütün bunları bilə-bilə əlinə “daban daşı”x9d alıb alnına yazılanları pozmağa çalışırsan. Əzablıdır, deyilmi?!

Kitaba and içib fəqət kitabla müxalifətdə olan bir toplumun içində yaşamaq əski bir bezə atlazdan yamaq vurmaq kimi bir şeydi. Onda görürsən ki, Allahın Sənin adına yazdığı Seyran Səxavət adlı ssenarinin epizodları “Bəşərin komediyası”x9dna uyğun gəlmir...

Şahmat taxtasına oxşayır Dünya... Ağ və Qara... Fiqurlar ancaq şahmat taxtasının üstündə nəyisə həll etmək iqtidarındadırlar... İndi hər şey mahiyyətini ”“ şəklini, formasını, məzmununu elə dəyişib ki, böyüklərin oyununa mən bu uşaq yaşımla sadəcə Mat qalıram... Qaraların sayı durmadan necə artırsa, baxanda adamın gözü alacalanır. Qaralar artdıqca “taxta”x9d qaranlıqlaşır. Ağ xanalardan “Ağ yol”x9da çıxan keçidi tapa bilmir adam...

Məchulluqlar içində sual işarəsi kimi başımı aşağı dikirəm: görəsən, Biz uduzmuşuq?! ”“ bu yük rahat buraxmır adamın ruhunu...

-Yox, əsla! Biz məğlub deyilik. Oyunu qazanmadan çıxmış ola bilərik. Maddi nələrimizsə olmaya bilər. Amma nə yaxşı ki, YAŞADIQLARIMIZ TANRININ ALNIMIZA YAZDIQLARI KİMİ TƏRTƏMİZDİR... Və belə məğlubiyyətlər yüzlərlə qalibiyyətdən daha şərəflidir...

Hər şeyə rəğmən üzü Aydınlığa doğru yola çıxmışıq... O yolu getmək üçün yolun öz uzunluğu boyda əzablara qatlaşmağa dəyər. Qaranlıqlaşan dünyada çiynini bizə sipər edən, ümidimizi öləziməyə, həyat eşqimizi sönməyə qoymayanlar var, nə yaxşı ki... Onların işığına tutunub yaşaya bilirik...

Nə yaxşı ki, Varsan! ”“ deyə bildiklərimiz bizə Taleyin ən gözəl qismətidir. Dedikləri Söz isə bizə əmanətdir ”“ Tanrının əmanəti...

Yaxşı ki, Varsan, Ustad!

Şərəfini, ləyaqətini, heysiyyətini ayaqlar altına atan, məddahlığı özünə peşə edən bu dünyanın tən ortasında Seyran Səxavəti qoruduğun, həm də məhz bu cür qoruduğun üçün Var ol!

Həqiqətləri deməyin yasaq olunduğu, yarımhəqiqətlərin və yalanların üstündə inşa olunan bir dünyada Seyran Səxavət şəxsiyyəti və yaradıcılığı arasındakı bütövlüyü, tamlığı qoruya bildiyin üçün Var ol!

Sözün müqəddəsliyini Bəylər dədənin, Əsgər kişinin, Zərif ananın ruhu təkin ağırlayıb-əzizlədiyin üçün Var ol!

Bütün qəlbimlə inanıram ki, Səni dinləyəndə - anlayanda Biz təmizlənəcəyik...

Həyatımızı zəhərləyən Məmmədtağıları, Salehləri, Zülfəliləri süpürüb yolumuzdan ata bilsək, “ət taxtası”x9dnda əzilmədən “dəyirmanın boğazında”x9dn keçə biləcəyik.

Xəstə təfəkkürləri ciddi ədəbiyyatın sağalda biləcəyini anlaya bilsək, Biz təmizlənəcəyik...

“İt həqiqətləri”x9d ilə “adam həqiqətləri”x9d arasındakı sərhəddi aşa bilsək, Biz təmizlənəcəyik...

Biz o müqəddəs yola ”“ Aydınlığa, aydınlanmağa doğru gedirik.

Yolumuzun başında Sən varsan, Səndən keçib durulacağıq, Ustad!

Yolçu yolda gərək! Yolumuz aydın olsun!

XƏYALƏ ZƏRRABQIZI
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Lətifənin yeni biznesi - VİDEO

Lətifənin yeni biznesi - VİDEO

Bu BÜRCLƏR istənilən xaosdan xilas olurlar

Bu BÜRCLƏR istənilən xaosdan xilas olurlar

Bazarda qarpız və yemişin SON QİYMƏTİ - VİDEO

Bazarda qarpız və yemişin SON QİYMƏTİ - VİDEO

Konqoda Eboladan ölüm göstəricisi YÜKSƏLDİ

Konqoda Eboladan ölüm göstəricisi YÜKSƏLDİ

Neymar MLS klubuna keçmək istəmədi

Neymar MLS klubuna keçmək istəmədi

Yarımçıq qalan böyük sevgi: Türkan Şorayla Kadir İnanır niyə evlənmədi?

Yarımçıq qalan böyük sevgi: Türkan Şorayla Kadir İnanır niyə evlənmədi?

Bu əlamətlər xərçəngə İŞARƏDİR

Bu əlamətlər xərçəngə İŞARƏDİR

Bu üç bürcü sürprizlər gözləyir

Bu üç bürcü sürprizlər gözləyir

Vəfat edən türkiyəli müğənninin var-dövləti – Siyahı

Vəfat edən türkiyəli müğənninin var-dövləti – Siyahı

Ermənistan ordusunun hərbi qulluqçusu ölüb

Ermənistan ordusunun hərbi qulluqçusu ölüb

Finlandiya nüvə silahının ölkəyə gətirilməsinə "qapılarını açdı"

Finlandiya nüvə silahının ölkəyə gətirilməsinə "qapılarını açdı"

Afrika ölkəsi Fransa ilə diplomatik əlaqələri KƏSDİ

Afrika ölkəsi Fransa ilə diplomatik əlaqələri KƏSDİ

Venesuelada zəlzələ qurbanlarının sayı 920-yə çatdı

Venesuelada zəlzələ qurbanlarının sayı 920-yə çatdı

İsmayıllıda məşhur asma körpüdən keçid pulludur? - Rəsmi açıqlama - VİDEO

İsmayıllıda məşhur asma körpüdən keçid pulludur? - Rəsmi açıqlama - VİDEO

Xidmət rəisi “neqodnı” olan vətəndaşlara ÇAĞIRIŞ ETDİ

Xidmət rəisi “neqodnı” olan vətəndaşlara ÇAĞIRIŞ ETDİ

“Qalatasaray” futbolçusuna 55 milyon avro qiymət qoydu

“Qalatasaray” futbolçusuna 55 milyon avro qiymət qoydu

Vaşinqtonda İsrail və Livan arasında "çərçivə sazişi" imzalandı - VİDEO

Vaşinqtonda İsrail və Livan arasında "çərçivə sazişi" imzalandı - VİDEO

26 İyun paytaxtda möhtəşəm hərbi musiqi proqramı ilə qeyd olundu - FOTO

26 İyun paytaxtda möhtəşəm hərbi musiqi proqramı ilə qeyd olundu - FOTO

İsrailin Livana zərbələri: Ölənlərin sayı 4200-ü keçdi

İsrailin Livana zərbələri: Ölənlərin sayı 4200-ü keçdi

İranın vitse-prezidenti Ermənistanda səfərdədir

İranın vitse-prezidenti Ermənistanda səfərdədir

Rusiyalı aparıcı gizlicə Epşteynin adasına daxil oldu – Milyarderin əkizini tapıb danışdı

Rusiyalı aparıcı gizlicə Epşteynin adasına daxil oldu – Milyarderin əkizini tapıb danışdı

"İlqarla mübahisə etdik, məni efirə çağırmayacaq"

"İlqarla mübahisə etdik, məni efirə çağırmayacaq"

“Qarabağ” yeni transferinə nə qədər xərcləyib?

“Qarabağ” yeni transferinə nə qədər xərcləyib?

“Adam var, tər tökür, xaricdə oxuyur, o birisi də burada gəzir, möhlət istəyir…” – VİDEO

“Adam var, tər tökür, xaricdə oxuyur, o birisi də burada gəzir, möhlət istəyir…” – VİDEO

End of content

No more pages to load

RADİO