Elçin Xasıyev Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Mərkəzi Məlumat Xidmətinin (MMX) rəisi təyin edilib.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Qeyd edək ki, bu vəzifənin əvvəlki sahibi polis polkovniki Vahid Nuriyev idi. O, ötən ay xidmətdə olmanın son yaş həddi ilə əlaqədar 55 yaşında təqaüdə göndərilib.
Bizim.Media