Azərbaycan Prezidenti İlham Əliyev Gəncə şəhərinin Zazalı-“İmamzadə”x9d kompleksi-Gəncə avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Moderator.az xəbər verir ki, sərəncamda deyilir:
“1. Zazalı-“İmamzadə”x9d kompleksi-Gəncə avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində avtomobil yolları təsərrüfatı üçün nəzərdə tutulmuş vəsait hesabına “Azəryolservis”x9d Açıq Səhmdar Cəmiyyətinə 12,0 (on iki) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin”x9d.