Bu gün büdcəsiz dövlət təsəvvür etmək mümkün deyil. Elə büdcənin tarixi də dövlətlərin yaranma tarixi ilə üst-üstə düşür. Büdcə hər bir dövlətin əsas maliyyə sənədi olmaqla, maliyyənin əsasını da təşkil edir. Eyni zamanda dövlətin iqtisadi və sosial siyasətini həyata keçirilməsi vasitələrindən biri kimi çıxış edir. İlkin baxışda xa0özündə pul münasibətlərini təzahür edir. Burada ümumi qəbul olunmuş iki anlayış var: gəlirlər və xərclər. Amma mahiyyət baxımından, dövlətə məxsus vəzifələri yerinə yetirmək üçün lazım olan pul vəsaitlərinin yıgılması və istifadə olunmasını əks etdirir. O bir iqtisadi kateqoriya olmaqla özünün qanunlarını da müəyyənləşdirmişdir. Bu qanunlara xa0iqtisadi,sosial,siyasi vəziyyətin təsiri də az deyildir. Ona görə büdcəni formalaşdırdıqda budcə siyasətinə ehtiyac duyulur. Bu siyasət vasitəsilə vətandaşlar ilə dövlət arasında olan əlaqələri bu və ya digər şəkildə nizamlamaq mümkündür. Maliyyə vəsaitlərinin toplanması və istifadəsi zamanı dövlətlə hüquqi və fiziki şəxslər arasında maliyyə münasibətləri əmələ gəlir.Maliyyə münasibətlərin necəliyi, vətandaşlar ilə dövlət arasında olan əlaqələrin inkişaf xəttinin müəyyənləşməsində mütləq mənada iştirak edir.
Maliyyə - büdcə siyasəti də məhz bu aspektdən yaranır.Bütün bunları nəzərə alaraq ,istənilən dövlət büdcəsinə nəzər salsaq,həmin dövlətin həm iqtisadiyyatına,həm hakimiyyətin yürütdüyü siyasətə dolgun qiymət vermək olur.Çünki budcənin təzahur baxımından dörd funksiyası vardır.Bunlar tənzimləyici, nəzarətedici,fiskal və məlumat vericidir.
xa0Dövlətin büdcə siyasətini müəyyən etmək üçün, müxtəlif konsepsiyalar var.Daha çox xa0tarazlaşdırılan və iqtisadi inkişafa uyğun tsikli tarazlaşdırılan konsepsiyalardan istifadə edilir.
Azərbaycanda hal-hazırda mövcüd iqtisadi vəziyyət, budcə siyasətimizə yenidən baxmağa ehtiyac yaradıb.xa0
xa0
Bizim dövlət büdcəsini tarazlaşdırılmış büdcə kimi dəyərləndirmək olar.Milli pulumuzun devalivasiyaya ügraması, inflyasiyanın yaranması, işsizliyin artması, əhalinin gəlirləri azalması fonunda biz fərqli konsepsiyadan istifadə etməklə, tsikli tarazlaşdırılmış büdcəyə keçməliyik. Tsikli tarazlaşdırılmış büdcədə, büdcə hər il yox, iqtisadi tsiklin gedişinə uygun tarazlaşdırılır. Bu halda xa0vergilər azaldılır xa0dövlət xərcləri artırılır.Bu cür davranış həm istehsal prosesinə yardımçı olur,həm də qiymətlərin enməsinə şərait yaradır.Azərbaycanda hal-hazırda istehlak mallarının əhəmiyyətli hissəsi idxaldan asılıdır.Milli pulun devalivasiyaya ugraması, bilavasitə idxal mallarının bahalaşması ilə nəticələnmişdir.Ona görə kömrük rüsumlarının azaldılması vacibdir.Düzdur bu halda dövlət büdcəsi kəsirdə qalacaq, onda defisit yaranacaq. Ancaq bu addımlar iqtisadi inkişafa stimul verəcək. Müəyyən mərhələdən sonra iqtisadi artım bu kəsrin aradan qaldırılmasında yardımçı olacaq.Yaranmış defisiti aradan götürmək üçün yeni mənbələr taparaq, tədbirlər planı hazırlanmalıdır.Yeni mənbələri iki qismə bölmək olar, xa0daxili və xarici mənbələr.xa0
Daxili mənbələrə qiymətli kağızların (istiqrazlar)dövriyyəyə buraxılması,yerli budcələrə verilən dotasiyaları mümkün qədər azaldılması,dövlət sudalarından istifadə edilməsi və mərkəzi bankın ehtiyatlarından istifadə edilməsi aid edilə bilər.
Xarici mənbələrə qiymətli kağızların xarici maliyyə bazarında satılması,beynəlxalq maliyyə xa0təşkilatlarından, xarici banklardan və digər dövlətlərdən kreditlərin götürülməsi daxildir.
Büdcədə olan xərclərə yenidən baxılmalıdır.Dotasiyalar azaldılmalı və bəzi hallarda dotasiya verilən yerli büdcələrə subvensiyalarda nəzərdə tutulmalıdır.Dövlət büdcəsinin kəsirini aradan qaldırmaq üçün daxilolmalar olmadıqda müdafiə olunmuş xərc maddələri istisna olmaqla ,digər xərcləri müəyyən olunmuş qaydada ixtisar (sekvestr) etmək gərəkdir.xa0
Bundan başqa hal-hazirda mövcüd daxili imkanlar vardır.Cari ildə bu imkanlardan istifadə etməklə, budcəyə yeni gəlir mənbələrinin hesabına, daxilolmalar etmək olar.Məsələn : hal-hazırda Azərbaycanda bir neçə yüz min olan fərdi yaşayış evləri vardır ki,onların sənədləşməsi hələ də aktualdır.Bu məsələ ilə bağlı dövri tədbirlər görülsədə yekun olaraq irəliləyiş əldə olunmadı.Qısa dövr ərzində sadə qanunvericilik bazası hazırlamaqla xa0(fərdi evlərin hər kv.m bəlli məbləğ müəyyənləşdirməklə) həmin evlərin xa0özəlləşdirilməsini həyata keçirmək olar.Bu addım cari ildə budcəyə milyonlarla manat daxilolmalar edəcəkdir.Bu mövcud xa0mənbələri daha artırmaq olar.
xa0
Bu dönəm üçün çevik siyasət həyata keçirmək lazımdır.Eyni zamanda islahatlar aparmaq və müəyyən dövlət vəzifələrində dəyişiklik etmək lazımdır.Yalnız bu zaman atılan addımlar effektiv olacaqdır.Nəyə görə məhz dövlət vəzifələrində dəyişiklik edilməsini nəzərdə tutduğuma aydınlıq gətirmək istərdim.Dövləti bir quruma bənzətsək,onda vətandaşlarla dövlət arasında münasibətlər yarandıqda,mütləq mənada lazımdır ki,vətandaş bu quruma etibar etsin.Əks halda vətandaş onunla əlaqələrdən ya yayınacaq ya da qaçacaqdır.Nəzərə alsaq ki,dövlətin işlək mexanizmini həyata keçirən hakimiyyətdir və vətandaşla təmasda o durur,onda etibarlılıq onun fəaliyəti ilə bağlı olacaqdır.
Son bir il ərzində Mərkəzi Bank iki dəfə devalivasiyaya getmişdir.Hər dəfə devalivasiyaya getməmişdən öncə vətandaşları inandırmağa çalışmışlar ki,devalivasiya olmayacaq.Ancaq vətandaş bunun əksini həm müşahidə etmiş həm də yaşamışdır.Buradan da etibarlıq əmsalı aşağı düşmüş və inamsızlıq yaranmışdır.Elə buna görədir ki,hal-hazırda vəziyyəti pisləşdirməyə təsir edən psixoloji faktorlarda yaranmaqdadır.İndi bu mərhələdə dövlət daxili borclanmaya getmək istəsə və bunu istiqrazlar vasitəsilə həyata keçirmək istəsə onda etibarlıq əmsalının aşagı olması qiymətli kağızın işlək mexanizm olmasında böyük əngəl olacaqdır.Düşünurəm ki,mövcud vəziyyətin yaranmasında bilavasitə səbəbkar olan qurumların rəhbərləri işdən azad edilməlidir.Bura Mərkəzi Bankın rəhbəri,maliyyə naziri,iqtisadiyyat naziri və kənd təsərüfatı naziri daxil olmalıdır.Bu zaman vətandaş görəcəkdir ki, onu bu vəziyyətdən çıxarmaq üçün konkret addımlar atılır.Onda vətandaşda etibarlıq əmsalı yüksələcək .Əks halda atılan addımların bir çoxu effektsiz olacaqdır.xa0
Rəşid Mənsurov, ADP təşkilat katibi