Həmsədrlər “sarsaq üç tülkü”x9d adlandırıldı...

Neçə illərdir ki, biz müxtəlif yerli və beynəlxalq tədbirlərdə guya Qarabağ məsələsi ilə bağlı yaradılmış bir qondarma qurumla bağlı öz narahatçılığımızı dilə gətirir, yazır, danışırıq, bizi heç kim anlamaq istəmirdi. Elə bu “üç bacı”x9d rolunu oynayan və onlara züy tutan, əminliklə demək olar ki, varlığı ilə yoxluğu hətta vətəni Polşada çoxdan unudulan Anjey Kaspşik 20 ildən artıqdır ki, bizi sözün həqiqi mənasında “barmaqlarına sarıyıblar”x9d.xa0

İndi isə deyəsən nəhayət ki, bizim hökumət və parlamentimizdə təmsil olunan Əli Əhmədov, Ziyafət Əsgərov, Bahar Muradova, həmçinin ictimayət nümayəndələrindən olan politoloq millət vəkili Rasim Musabəyov da bu ATƏT-in Minsk qrupu adlanan, mahiyyətcə fırıldaq, erməni maraqlarına xidmət edən “vasitəçilərin”x9d nəyə xidmət etdiklərini yavaş-yavaş öz adı ilə çağırmağa başlıyıblar.

Şəkildə gördüyünüz bu “üç tülkü”x9d son vaxtlar tamam əndazəni aşan hərəkətləri, sarsaq bəyanatları ilə bir daha onların fəaliyyətinə, əslində fəaliyyətsizliyinə son qoyulmasının vacibliyini bizə bildirir, Azərbaycan tərəfdən nəhayət ki, ən sərt formada bu şəxsləri yerində oturtmaq və bunlarla bütün əlaqələri kəsməyin vacib olmasını tələb edir. Axı nə vaxta kimi biz sayı 10 milyona yaxınlaşan xalq və millət olaraq bu “üç bivecin”x9d Qarabağla bağlı ortalığa hansısa nəticəni qoyacağına ümidlər bəsləməliyik? Axı hər şey göz önündədir. Bunlar açıq formada xristian təəssübkeşliyi çəkərək işğalçı Ermənistanı bütün formada dəstəkliyir və onlara havadarlıq edirlər. Nə olsun ki, bunlar böyük dövlətlər sayılan ABŞ-ı, Rusiyanı, Fransanı təmsil edirlər? Məgər biz o qədər aciz bir durumdayıq ki, öz haqq sözümüzü də bu üç axmağa deməyə çəkinirik, onlarla yalnız indiki məqamda əsla yerində olmayan diplomatik dildə danışmağa üstünlük veririk?
Bilənlər bilir, bilməyənlər üçün isə qeyd edim ki, bunlar ayda 50 min ABŞ dolları civarında maaş-məvacib alırlar. Tam səmimi deyirəm, bu qədər vəsaiti bu 20 ildən artıq müddətdə cəmləyib hesablasaq, vallah dəhşətli bir rəqəm alınar. Ancaq ortalıqda olan sıfır nəticə isə onu deməyə əsas verir ki, biz ATƏT-in Minsk qrupu ilə birdəfəlik yollarımızı ayırmalıyıq. Onlar şərə xidmət etdiklərini artıq gizlətmirlər. Məni ən çox narahat edən məsələ isə ondan ibarətdir ki, bu üçlük Qarabağın Ermənistana birləşdirilməsi üçün gizli sürətdə çox aktiv fəaliyyət göstərirlər. Bu elə-belə, gəlişi gözəl sözlər deyil. Azərbaycanın rəhbər şəxslərin söylədiklərimə ciddi yanaşmasını çox istərdim. Bir gün bizi fakt qarşısında qoysalar, onda gec olacaq...
Tanrı Azərbaycanımızı məkrli düşmənlərdən qorusun!!!

P.S. Dünən Azərbaycan-Ermənistan sərhədində düşmən təxribatı nəticəsində hərbi qulluqçumuz əsgər Səfərov Nahid Fikrət oğlu şəhid oldu. Lənkəranın Vilvan kəndində sadə bir ailədə doğulmuş igid Azərbaycan əsgəri Vətən yolunda canını belə əsirgəmədi. Amma, vicdansız “üçlük”x9ddən heç səs-soraq çıxmadı. Heç gözləməyə də dəyməz. Çünki ölən müsəlman balası, Azərbaycan əsgəridir. Əgər erməni dığası bizim ərazilərimizdə gəbərsəydi, indi “üç bacı”x9dların ən bərkgedən amerikadan olan diplomatı Ceyms Uorlik azı 5 dəfə “tvitter”x9d səhifəsində “bağırmışdı”x9d.. Utanasınız sizi, şərəf anlayışını unudan bişərəflər...

Sizə “halal”x9d olsun ATƏT-in Minsk qrupu. 20 ildən çox bir müddətdə 10 milyonluq bir xalqı və milləti bu qədər ələ saldığınıza və aldatdığınıza görə...

Üzeyir Cəfərov, tanınmış hərbi ekspert
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Uzun müddət oturmağın zərərini azaltmağın ƏN SADƏ YOLU açıqlandı

Uzun müddət oturmağın zərərini azaltmağın ƏN SADƏ YOLU açıqlandı

Dörd gün maqnit qasırğası olacaq - TARİXLƏR

Dörd gün maqnit qasırğası olacaq - TARİXLƏR

Diabet riski yüksək olan QAN QRUPU açıqlandı

Diabet riski yüksək olan QAN QRUPU açıqlandı

Lətifənin yeni biznesi - VİDEO

Lətifənin yeni biznesi - VİDEO

Bu BÜRCLƏR istənilən xaosdan xilas olurlar

Bu BÜRCLƏR istənilən xaosdan xilas olurlar

Bazarda qarpız və yemişin SON QİYMƏTİ - VİDEO

Bazarda qarpız və yemişin SON QİYMƏTİ - VİDEO

Konqoda Eboladan ölüm göstəricisi YÜKSƏLDİ

Konqoda Eboladan ölüm göstəricisi YÜKSƏLDİ

Neymar MLS klubuna keçmək istəmədi

Neymar MLS klubuna keçmək istəmədi

Yarımçıq qalan böyük sevgi: Türkan Şorayla Kadir İnanır niyə evlənmədi?

Yarımçıq qalan böyük sevgi: Türkan Şorayla Kadir İnanır niyə evlənmədi?

Bu əlamətlər xərçəngə İŞARƏDİR

Bu əlamətlər xərçəngə İŞARƏDİR

Bu üç bürcü sürprizlər gözləyir

Bu üç bürcü sürprizlər gözləyir

Vəfat edən türkiyəli müğənninin var-dövləti – Siyahı

Vəfat edən türkiyəli müğənninin var-dövləti – Siyahı

Ermənistan ordusunun hərbi qulluqçusu ölüb

Ermənistan ordusunun hərbi qulluqçusu ölüb

Finlandiya nüvə silahının ölkəyə gətirilməsinə "qapılarını açdı"

Finlandiya nüvə silahının ölkəyə gətirilməsinə "qapılarını açdı"

Afrika ölkəsi Fransa ilə diplomatik əlaqələri KƏSDİ

Afrika ölkəsi Fransa ilə diplomatik əlaqələri KƏSDİ

Venesuelada zəlzələ qurbanlarının sayı 920-yə çatdı

Venesuelada zəlzələ qurbanlarının sayı 920-yə çatdı

İsmayıllıda məşhur asma körpüdən keçid pulludur? - Rəsmi açıqlama - VİDEO

İsmayıllıda məşhur asma körpüdən keçid pulludur? - Rəsmi açıqlama - VİDEO

Xidmət rəisi “neqodnı” olan vətəndaşlara ÇAĞIRIŞ ETDİ

Xidmət rəisi “neqodnı” olan vətəndaşlara ÇAĞIRIŞ ETDİ

“Qalatasaray” futbolçusuna 55 milyon avro qiymət qoydu

“Qalatasaray” futbolçusuna 55 milyon avro qiymət qoydu

Vaşinqtonda İsrail və Livan arasında "çərçivə sazişi" imzalandı - VİDEO

Vaşinqtonda İsrail və Livan arasında "çərçivə sazişi" imzalandı - VİDEO

26 İyun paytaxtda möhtəşəm hərbi musiqi proqramı ilə qeyd olundu - FOTO

26 İyun paytaxtda möhtəşəm hərbi musiqi proqramı ilə qeyd olundu - FOTO

İsrailin Livana zərbələri: Ölənlərin sayı 4200-ü keçdi

İsrailin Livana zərbələri: Ölənlərin sayı 4200-ü keçdi

İranın vitse-prezidenti Ermənistanda səfərdədir

İranın vitse-prezidenti Ermənistanda səfərdədir

Rusiyalı aparıcı gizlicə Epşteynin adasına daxil oldu – Milyarderin əkizini tapıb danışdı

Rusiyalı aparıcı gizlicə Epşteynin adasına daxil oldu – Milyarderin əkizini tapıb danışdı

End of content

No more pages to load

RADİO