Cəmiyyətin dəstəyi polisin dayağıdır...

Polis orqanları ilə vətəndaş cəmiyyətinin əməkdaşlığı ölkədə təhlükəsizliyin təminatı və cinayətkarlıqla mübarizə sahəsində müvəffəqiyyətin həmişə ən mühüm səbəblərindən biri xa0olmuşdur.

Qanunların icrası və yerinə yetirilməsində fəal vətəndaş mövqeyi olmadan hüquqi və demokratik dövlətin qorunması xa0çətindir. Daxili İşlər Nazirliyi cəmiyyətdə mütəmadi olaraq hüquqi nihilizmin aradan qaldırılması istiqamətində geniş maarifləndirmə işi aparır. Bəzən vətəndaşlar “hüququmdur”x9d- deyə özünü necə istəsə, eləcə də aparır. Neqativ, cəmiyyət üçün arzu olunmaz halların qarşısını almaq məqsədilə polisin xa0kənar - vətəndaş-ictimaiyyətin dəstəyinə ehtiyacı var. Cinayətkarlıqla mübarizədə vətəndaşların dəstəyi olmazsa, polis bu çətin xidmətin uğurla davam etdirilməsində çətinlik çəkəcək. Elə bir cinayət yoxdur ki, onun şahidi (şahidləri) olmasın. Şahidlərlə, vətəndaş cəmiyyətinin üzvləri kimi əməkdaşlıq etmək üçün hüquq mühafizə orqanlarına (polisə) etibar etmək lazımdır. Etibar və etimad cəmiyyətin polisi dəstəkləməsi üçün ayrılmaz tərkib hissələrdir. Polisin fəaliyyəti qanuna əsaslanmalı və vətəndaşlar üçün aydın olmalıdır.

Hər bir hüquqi demokratik dövlət cəmiyyətin marağını ifadə etdiyindən, ictimaiyyətə də öz növbəsində qanunauyğun formada dövlətə nəzarət etmək imkanı verilir. Lakin ictimai nəzarət dövlət hakimiyyətinin kompetensiyasına, orqanların xa0və vəzifəli şəxslərin səlahiyyətlərinə müdaxilə etməklə müşayət edilə bilməz, nəzarət yalnız ictimai-ümumi maraqların təmini istiqamətində həyata keçirilə bilər.
İcra hakimiyyəti hakimiyyətin icra qolu, məcburetmə aparatının ayrılmaz tərkib hissəsidir. Burada polis dövlət məcburetmənin tətbiqini icra edən orqan kimi spesifikasından irəli gələn, fəaliyyətini müstəqil həyata keçirir. Polis icra hakimiyyətinin sutka ərzində hərəkətdə olan, daxil olan məlumatlara çevik reaksiya verən xidmət orqanıdır.xa0
Fəaliyyət istiqamətlərini həyata keçirərkən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması halları xa0da onun özünə xas cəhətlərindəndir. Təbii ki, belə hallar ictimai rəydə müsbət qarşılanmır və polisin gündəlik fəaliyyətində belə hallara yol verməsi insan hüquq və azadlıqlarına potensial təhlükə kimi qəbul edənlər də tapılar. Amma belə yanaşma polisin xidmətinə kölgə sala bilər.

Zahirən polisə ictimai dəstəyin həyata keçirilməsi ölkədə vətəndaş cəmiyyəti strukturlarının xa0inkişafının təzahürüdür. Əslində xa0ictimai həyatı əhatə edən müstəqil KİV-in, həmkarlar təşkilatlarının və ictimai birliklərin sabitliyin qorunması sahəsində konsolidasiyası vətəndaş borcu kimi də qəbul edilə bilər. Zənnimcə vətəndaş cəmiyyətinin xa0mərkəzi fiquru xa0və favoriti vətəndaşın özüdür. O, dövlətə mənsub olan şəxs kimi hüquqlarını bildiyindən xa0inamla hərəkət edir. Ölkə Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi xa0“Hər bir kəs cəmiyyətdəki hüquqa zidd halların qarşısında susmamalıdır.”x9dxa0

Qeyd etmək yerinə düşərdi ki, xa0hər bir vətəndaşın hüquqa zidd hallara qarşı mübarizə ideyası təfəkkürünə uyğun formalaşır və bu ideya hər bir kəsin konstitusion vəzifəsinə çevrilməlidir. XIX əsrin (1818-1892) alman hüquqşünası Rudolf İyerinq də həmin vaxtlarda öz həmvətənlərinə belə tövsiyə etmişdi: “Cəmiyyətdəki hər cürə hüquqpozmalara qarşı müqavimət göstərmək fərdin özünə qarşı vəzifəsi, hüquq uğrunda mübarizə vəzifədir”x9d. Bu baxımdan da vətəndaş cəmiyyəti - əsl, həqiqi vətəndaşlardan ibarətdir - desəm yanılmaram. Şüurlu, məsuliyyətli, real bacarıq xa0və qabiliyyətə malik, ümumi maraq üçün çalışan alturist vətəndaşlar burada diqqət mərkəzində olur. Ciddi düşünsək qeyd etdiyim erudiyalı insanların olmadığı cəmiyyət sağlam cəmiyyət deyil, olsa-olsa onun sönük kölgəsidir. Deməli, təhlükəsiz cəmiyyətin də mövcudluğu mümkün deyil. Belə bir cəmiyyətdə xa0polisin hüquq və vəzifələrini xarakterizə etsək deyə bilərik ki, polis faktiki və de yure dövlətlə ona mənsub olan vətəndaşları arasında doğma, yaxın münasibətləri tənzimləyir, daha çox ictimai əhəmiyyət kəsb edən yerlərdə xa0“xalqın hüququndan”x9d çıxış edərək xa0daha fəal və sərbəst mövqe tutur. xa0 xa0 xa0

Aşkar görünür ki, daha çox ekstremal situasiyalarda polisin fəaliyyətinə, asayişi mühafizə etmək üçün xa0cəmiyyətin dəstəyi qaçılmaz olur. “İctimai dəstək”x9d bir növ polisə ictimai ”“ könüllü nəzarətin və könüllü dəstəyin təcəssümü kimi ortaya çıxır. Zamanın bu çağında belə təkliflə xa0çıxış etmək, bəlkə də ictimaiyyət tərəfindən birmənalı qarşılanmasın. Amma zaman dəyişdikcə ictimai marağa və təhlükəsizliyə mane olan, yeni növ hüquqa zidd hallar dinamikada özünə xa0yer alır. Mahiyyətinə görə vətəndaş cəmiyyəti ilə polis arasında olan əlaqə, cəmiyyətin polisə dəstəyi aşağıdakı tərkib hissələrlə bağlı ola bilər:
-İlk növbədə birbaşa polisə dəstək olmaqla baş verəcək “təsadüflərin”x9d ”“ hərəkət xa0və hərəkətsizliklərin - ekstesslərin qarşısını almaq haqda fikir formalaşacaq;
-Konkret şəxslərin özəl maraqları ilə cəmiyyətin ümumi maraqları arasında harmoniya təmin ediləcək.
Yenə alman filosofu Hegelin fikrincə ifadə etsəm ”“ vətəndaş cəmiyyəti üçün polisin əvəzsiz dəyərini qeyd etsək cəmiyyət onsuz inkişaf edə xa0və mövcud ola bilməz. Bu qanunauyğunluq, cəmiyyətin ictimai asayişin mühafizəsi məqsədilə polisə dəstək olmaq ideyası zamanın və müstəqilliyimizin xa0özəl diqtəsidir ”“ deyə reallaşmalıdır.
“Polis haqqında”x9d Azərbaycan Respublikası qanunun dili ilə ifadə etsək polis, fəaliyyət istiqamətlərini həyata keçirərkən özünə qarşı ictimai etimadın və vətəndaşların dəstəyinin təminatına çalışır (çalışmalıdır). Mübaliğəsiz deyə bilərəm ki, bu bəzən, xa0hər bir cəmiyyətin bütövlükdə polisə nə dərəcədə etibarından və onun fəaliyyətinə inamından asılı olur. Bu kriteriya həm də, polisin vəzifəsinin xa0icrası zamanı vətəndaş cəmiyyətinin hansı səviyyədə onlara dəstək olmasından irəli gəlir və daha çox cinayətkarlıqla mübarizədə habelə ictimai asayişin və sabitliyin təmin olunmasında təsdiqini tapa bilər. 2015-ci ilin yay aylarında Bakı şəhərində keçirilən Avropa oyunları zamanı könüllülərdən ibarət çoxlu sayda gənclərin şərəf duyulan idman kompaniyasına xa0dəstəyi hər birimizin, hətta beynəlxalq ictimaiyyətin xa0də yaddaşında yəqin ki, xoş ovqatla hələ çox xatırlanacaq. Düşünürəm ki, cəmiyyətdə daxili sabitliyin xa0davamlı təminatı ictimaiyyətin dəstəyi ilə həyata keçirilsə xa0daha çox səmərə verə bilər. Sözün həqiqi mənasında “təhlükəsiz şəhər”x9ddən sonra, bütövlükdə “Təhlükəsiz Azərbaycan”x9da imza ata bilərik. Bu hər birimizin, daha çox sağlam gənclərdən ibarət, hərbi xidmətdən tərxis olunmuş 25 yaşına qədər olan hündür boylu, həddi-buluğa çatmışların tərəddüdsüz vətəndaşlıq borcuna çevrilə bilər.xa0
Yenə “Polis haqqında”x9d qanunun qəlibi daxilində çıxış etsək polisin fəaliyyətinin rəsmi qiymətləndirilməsinin əsas kriteriyalarından xa0biri ictimai rəydən ibarətdir. Cəmiyyətin müəyyən qrup və təbəqəsindən polisə dəstək olarsa, polis haqqında, onun fəaliyyəti ilə bir araya sığmayan xa0dedi-qodulara da imkan verilməz. Ən azı, hakimiyyətin səlahiyyətli nümayəndələri onunla yanaşı xidmət edən, cəmiyyətin könüllü dəstəkliləri yanında həddini aşmaz, insan və vətəndaş hüquq və azadlıqlarına daha həssas və humanistcəsinə xa0yanaşar. Bir sözlə polisin nüfuzu artar.
Qeyd etmək lazımdır ki, ictimai asayişin mühafizəsi məqsədilə cəmiyyətin polisi dəstəklədiyi təqdirdə, polisin xa0fəaliyyətinə ictimai nəzarətlə yanaşı korrupsiyaya qarşı mübarizə mexanizminin rolu arta bilər. Digər sezilməyən faktor onunla əlaqədar ola bilər ki, polisin fəliyyətində könüllü iştirak edən və ona dəstək verən belə sınanmış gənclər polis orqanlarının kadro potensialının təminatında xa0“layiq ehtiyat kadr”x9d siyasətinin həyata keçirilməsində əvəzsiz rol oynaya bilər. Beləliklə tədricən polis orqanlarında Prezident İlham Əliyevin cinayətkarlıqla mübarizə siyasətinin uğurla formalaşdırımasında yəqin ki, səmərə verə biləcək.
Polisin fəaliyyətində cəmiyyətin dəstək verərək iştirakı xüsusi prinsip kimi normativ xa0hüquqi aktlarla xa0nizamlanmasa da, “Polis haqqında”x9d xa0qanunda polisin fəaliyyətinin ümumi (sahəvi) prinsiplərində ictimaiyyətin dəstəyinin müxtəlif formada realizə olunması üçün hüquqi baza və əsas var.

Qeyd etmək istərdim ki, polisin vətəndaş cəmiyyəti ilə qarşıllıqlı prinsipləri məntiqi olaraq vətəndaş cəmiyyətinin, eyni zamanda polisin fəaliyyətinin təşkili prinsipləri ilə tam olmasa da, qismən üst-üstə düşür. Nəzərə almaq lazımdır ki, dövlətə münasibətdə vətəndaş cəmiyyəti özünü idarə sistemidir. Bu sistem bilavasitə vətəndaşlardan təşkil olunmaqla hüquq və azadlıqları özgəninkiləşdirilməyən və dövlətin pozitiv hüquqları ilə yüksək dəyərləndirilən vətəndaş durur.

Polis cəmiyyətin üzərində hökm etmək yox, vətəndaş cəmiyyəti və vətəndaşlarla sıx əlaqədə xalqa xidmətdə hakimiyyətin səlahiyyətli nümayəndəsinə çevrilir. Belə model polis əməkdaşlarının fəaliyyətləri zamanı vətəndaşlara, onların hüquq və azadlıqlarına nəzakətli və diqqətli münasibətində, müraciətlərinə qarşı qayğısında, xarici görünüşünün səliqəsində və anticəmiyyət hallarına qarşı vətəndaşların xa0cəlb edilməsi ilə tamamlanır.
Azərbaycan Daxili İşlər Nazirliyinin nəzdində hüquq qaydalarının təmini və hüquqpozmaların xəbərdarlığı xa0məqsədilə vətəndaş cəmiyyətinin xa0fəal üzvləri xa0sırasında “Təhlükəsizliyə Dəstək”x9d və yaxud “Cəmiyyət Dəstəkli Polis”x9d strukturun yaradılması cinayətkarlıqla xa0mübarizə sahəsində praktikanı ehtiva edən vətəndaş təşəbbüsləri inkişaf edəcək, nəticədə vətəndaş cəmiyyətinin xa0dövlət və onun orqanları ilə qarşılıqlı əlaqəsi güclənəcək.
Dünyanın əksər ölkələrində polislə ictimaiyyət arasında ictimai inamın və etimadın, anlaşılan əlaqələrin yaradılması polis orqanlarının nüfuzunun artmasına təsir edir, cinayətkarlığa qarşı mübarizədə, hüquqpozmaların qarşısının alınmasında gözlənilən göstəricilər əldə edilir.

Yəhudi dövlətində polislə bir cərgədə xidmət edən xa0“Təhlükəsizliyə xa0Dəstək”x9din əməkdaşlarının sayı polisin şəxsi heyətinin sayından 2 dəfə çoxdur. Bir növ vətəndaş cəmiyyəti polisin cinayətkarlıqla mübarizə yükünü tən daşımağa xa0mükəlləf olsa da haqq almırlar. Lakin onlar DİN rəhbərliyi tərəfindən müntəzəm olaraq xa0rəğbətləndirilir, dövlət və xalqa xidmət etməklə sırf vətəndaş mövqeyindən çıxış etməkdə şərəf duyurlar.
Qardaş Türkiyədə də xa0“İctimai Polis”x9d bu funksiyanı həyata keçirir. Onlar xüsusi geyim forması və s. təchiz edilir, polis arkadaşları ilə birgə xidmətdən zövq alırlar.xa0
Avropanın xa0inkişaf etmiş ölkəsi olan Böyük Britaniyada “cəmiyyət və yaxud ictimai dəstəkli polis”x9d xa0DİN-nin nəzdində, lakin kənarda olan mənzil qərargahda funksiyalarını həyata keçirirlər. Polis haqqında daxil olan vətəndaş şikayətlər birbaşa bu quruma xa0daxil olur. Şikayətlər mahiyyətinə görə xa0tədqiq edildikdən sonra aidiyyəti üzrə bölüşdürülür.

Azərbaycan dövləti bu təklifin xa0reallaşmasına “Hə”x9d deyərsə zənnimcə işsiz qalan gənclərin xa0sağlam dəstəsinin potensialından faydalanmaqla, ümumi maraqlara xidmət ediləcək, gənclər arasında xa0hüquqi nihilizmin xa0rüşeymləri xa0məhdudlaşacaq, cinayət törədənlərin sırasında gənclərin dəhlizi daralacaq.

“İctimai polis”x9din yaradılması keçmiş sovet dövründə olan “xalq drujinaçıları”x9dnı təkrarlamaq deyil. Heç oxşarlıq, hətta zahiri yamsılamalar da yoxdur. ATƏT-in və beynəlxalq təcrübənin mütərəqqi, modern xa0modeli kimi Azərbaycan polisinin ictimaiyyətlə sağlam və işgüzar əlaqələrin inkişaf etdirilməsidir. Bu polisdə aparılan demokratik islahatların məqsədli davamıdır. xa0 xa0 xa0


Şəmsəddin Əliyev
“Polisə Dəstək”x9d İB-nin sədri
xa0 xa0 xa0xa0

xa0 xa0 xa0 xa0 xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azanı qadağan etməyə hazırlaşırlar

Azanı qadağan etməyə hazırlaşırlar

GÜNÜN HAVASI: Leysan, dolu...

GÜNÜN HAVASI: Leysan, dolu...

Uzun müddət oturmağın zərərini azaltmağın ƏN SADƏ YOLU açıqlandı

Uzun müddət oturmağın zərərini azaltmağın ƏN SADƏ YOLU açıqlandı

Dörd gün maqnit qasırğası olacaq - TARİXLƏR

Dörd gün maqnit qasırğası olacaq - TARİXLƏR

Diabet riski yüksək olan QAN QRUPU açıqlandı

Diabet riski yüksək olan QAN QRUPU açıqlandı

Lətifənin yeni biznesi - VİDEO

Lətifənin yeni biznesi - VİDEO

Bu BÜRCLƏR istənilən xaosdan xilas olurlar

Bu BÜRCLƏR istənilən xaosdan xilas olurlar

Bazarda qarpız və yemişin SON QİYMƏTİ - VİDEO

Bazarda qarpız və yemişin SON QİYMƏTİ - VİDEO

Konqoda Eboladan ölüm göstəricisi YÜKSƏLDİ

Konqoda Eboladan ölüm göstəricisi YÜKSƏLDİ

Neymar MLS klubuna keçmək istəmədi

Neymar MLS klubuna keçmək istəmədi

Yarımçıq qalan böyük sevgi: Türkan Şorayla Kadir İnanır niyə evlənmədi?

Yarımçıq qalan böyük sevgi: Türkan Şorayla Kadir İnanır niyə evlənmədi?

Bu əlamətlər xərçəngə İŞARƏDİR

Bu əlamətlər xərçəngə İŞARƏDİR

Bu üç bürcü sürprizlər gözləyir

Bu üç bürcü sürprizlər gözləyir

Vəfat edən türkiyəli müğənninin var-dövləti – Siyahı

Vəfat edən türkiyəli müğənninin var-dövləti – Siyahı

Ermənistan ordusunun hərbi qulluqçusu ölüb

Ermənistan ordusunun hərbi qulluqçusu ölüb

Finlandiya nüvə silahının ölkəyə gətirilməsinə "qapılarını açdı"

Finlandiya nüvə silahının ölkəyə gətirilməsinə "qapılarını açdı"

Afrika ölkəsi Fransa ilə diplomatik əlaqələri KƏSDİ

Afrika ölkəsi Fransa ilə diplomatik əlaqələri KƏSDİ

Venesuelada zəlzələ qurbanlarının sayı 920-yə çatdı

Venesuelada zəlzələ qurbanlarının sayı 920-yə çatdı

İsmayıllıda məşhur asma körpüdən keçid pulludur? - Rəsmi açıqlama - VİDEO

İsmayıllıda məşhur asma körpüdən keçid pulludur? - Rəsmi açıqlama - VİDEO

Xidmət rəisi “neqodnı” olan vətəndaşlara ÇAĞIRIŞ ETDİ

Xidmət rəisi “neqodnı” olan vətəndaşlara ÇAĞIRIŞ ETDİ

“Qalatasaray” futbolçusuna 55 milyon avro qiymət qoydu

“Qalatasaray” futbolçusuna 55 milyon avro qiymət qoydu

Vaşinqtonda İsrail və Livan arasında "çərçivə sazişi" imzalandı - VİDEO

Vaşinqtonda İsrail və Livan arasında "çərçivə sazişi" imzalandı - VİDEO

26 İyun paytaxtda möhtəşəm hərbi musiqi proqramı ilə qeyd olundu - FOTO

26 İyun paytaxtda möhtəşəm hərbi musiqi proqramı ilə qeyd olundu - FOTO

İsrailin Livana zərbələri: Ölənlərin sayı 4200-ü keçdi

İsrailin Livana zərbələri: Ölənlərin sayı 4200-ü keçdi

End of content

No more pages to load

RADİO