Toxumçuluq bitkiçilik məhsullarının istehsalında ən vacib sahələrdən biridir. Bu sahə elmi əsaslarla inkişaf etdirilməlidir.
Toxumçuluq sistemi elektron uçota keçməli, bu sahədə struktur islahatları həyata keçirilməli, regional Aqrar Elm Mərkəzləri tərəfindən informasiya məsləhət xidmətinin yaxşılaşdırılmalı, bu sahədə şəffaflığa daha yüksək səviyyədə təmin etmək məqsədilə subsidiya alan toxumçuların ünvanları, torpaq sahələri, aldığı subsidiyanın miqdarı barədə məlumatlar qısa zamanda nazirliyin internet səhifəsində yerləşdirilməlidir.
Moderator.az xəbər verir ki, bu barədə keçirilmiş Kollegiya iclasında Kənd Təsərrüfatı naziri Heydər Əsədov bildirib.
Öz növbəsində, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi Möhtəsim Əhmədov “2015 ildə toxumçuluq sistemində mövcud vəziyyət və qarşıda duran vəzifələr”x9d barədə nazirə məlumat verib:
“2015-ci təsərrüfat ilində dövlət və özəl toxumçuluq təsərrüfatları üzrə cəmi 169 min ton taxıl toxumu istehsal edilib.
İstehsal olunmuş taxıl toxumunun 119 min tonu buğda, 50 min tonu arpa toxumu olmaqla, cəmi toxumun 42 tonunu orijinal, 200,2 tonunu superelit, 1612 tonunu elit, 22,6 min tonunu Rı, 43 min tonunu R2 və 100 min tondan artığı isə reproduksiyasız toxumlar təşkil edib.
Toxum istehsalının 37,3%-i özəl toxumçuluq təsərrüfatlarının, 1,5%-i Aqrar Elm Mərkəzinin, 0,7% DKTİM MMC-lərin, 60,5 faizi isə ayrı-ayrı fıziki və hüquqi şəxslərin payına düşür”x9d, - deyə o qeyd edib.
Bundan başqa, kollegiya iclasında 19 rayon Dövlət Toxum Müfəttişliyinin rəisləri ilə müvəqqəti əmək müqaviləsi bağlanılması, 6 rayon toxum müfəttişinin təqaüdə göndərilməsi, 2 rayon toxum müfəttişinin isə vəzifələrinin öhdəsindən layiqincə gələ bilmədiyinə görə onlarla bağlanmış əmək müqavilələrinə xitam verilməsi barədə qərar qəbul olunub.
Kollegiyada çıxış edən rayon toxum müfəttişləri yerlərdə mövcud olan problemlərdən danışıb, müvafiq təkliflər veriblər.
Kollegiyaya yekun vuran nazir Heydər Əəsədov bu sahənin daha da inkişaf etdirilməsi üçün müvafiq tapşırıq və tövsiyələrini verib.