Vəzifəli şəxslərin cinayət işi məhkəməyə göndərildi

Xidməti vəzifələrinin icrası zəminində etdiyi qanunsuz hərəkətləri ilə vətəndaşların hüquqlarını pozan və bununla da təmsil etdiyi orqanın ümumi nüfuzuna xələl gətirən vəzifəli şəxslərin aşkar olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində prokurorluq orqanlarının məqsədyönlü və ardıcıl tədbirləri davam etdirilir.

Baş Prokurorluqdan Bizim.Media-ya bildirilib ki, belə tədbirlərdən biri kimi, Naftalan şəhər Kommunal Təsərrüfatı İstehsalat Birliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən daxil olan material əsasında aparılmış araşdırma nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Aparılmış istintaq-əməliyyat tədbirləri ilə qeyd olunan Birliyin baş mühasibi vəzifəsində işləmiş Mamedov Zəfər Əli oğlunun həmin qurumun rəisi olmuş Həsənov Rüfət Səfail oğlu və digərləri ilə qabaqcadan əlbir olaraq 2016-2018-ci illər ərzində Birliyə işə qəbul edilmək üçün müraciət etmiş vətəndaşların şəxsiyyət vəsiqələrinin surətlərini əldə edib həmin şəxslərin guya uzun müddət ərzində müəssisədə işləmələri görüntüsünü yaratmaq məqsədilə saxta əmək müqavilələrini tərtib edərək müvafiq rəsmi sənədləri Naftalan şəhəri üzrə Maliyyə İdarəsinə göndərib ümumilikdə 87 şəxsin adına olan plastik kartlara köçürülmüş cəmi 121 min 520 manat məbləğdə pul vəsaitini müxtəlif bankomatlardan məxaric etməklə mənimsəmələrinə, eləcə də cinayətkar niyyəti həyata keçirmək üçün tərtib olunmuş rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığına yol vermələrinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında Zəfər Mamedov və Rüfət Həsənova müvafiq olaraq Cinayət Məcəlləsinin 179.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən mənimsəmə və y israf etmə), 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə), 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə), 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi üzrə vurulmuş 121 min 520 manat maddi ziyanın 31 min 500 manat hissəsinin ödənilməsi təmin edilib, xüsusi müsadirəni təmin etmək məqsədi ilə məhkəmənin qərarı əsasında Zəfər Mamedova məxsus 34 min manat dəyərində qiymətləndirilmiş mənzilin üzərinə həbs qoyulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İstilik xətlərinin çəkilməsi bu qurumlarla razılaşdırılacaq — Siyahı

İstilik xətlərinin çəkilməsi bu qurumlarla razılaşdırılacaq — Siyahı

İstilik mövsümü bu rayonlarda 1 noyabrda başlayacaq – QƏRAR

İstilik mövsümü bu rayonlarda 1 noyabrda başlayacaq – QƏRAR

Paşinyan sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirdi

Paşinyan sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirdi

İtaliyanın Baş naziri Corcia Meloni Azərbaycana səfərə gəlib - FOTO

İtaliyanın Baş naziri Corcia Meloni Azərbaycana səfərə gəlib - FOTO

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyində YENİ TƏYİNAT - FOTO

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyində YENİ TƏYİNAT - FOTO

Sel və daşqın olacaq – Əhaliyə ÇAĞIRIŞ

Sel və daşqın olacaq – Əhaliyə ÇAĞIRIŞ

Hərbi prokuror Müdafiə Nazirliyində tədbir keçirib – FOTO

Hərbi prokuror Müdafiə Nazirliyində tədbir keçirib – FOTO

Gündəmi zəbt edən 14 yaşlı qız sığınacağa niyə YERLƏŞDİRİLMİR?

Gündəmi zəbt edən 14 yaşlı qız sığınacağa niyə YERLƏŞDİRİLMİR?

İran ordusu ABŞ gəmilərini ATƏŞƏ TUTDU

İran ordusu ABŞ gəmilərini ATƏŞƏ TUTDU

Torpağı olub, istifadə etməyənlərin NƏZƏRİNƏ

Torpağı olub, istifadə etməyənlərin NƏZƏRİNƏ

İyunda 10 gün İŞ OLMAYACAQ

İyunda 10 gün İŞ OLMAYACAQ

Bakıda fitnes məşqçisindən külli miqdarda narkotik götürülüb - Əməliyyatın təfərrüatı

Bakıda fitnes məşqçisindən külli miqdarda narkotik götürülüb - Əməliyyatın təfərrüatı

Kabab sevənlərin nəzərinə

Kabab sevənlərin nəzərinə

Azərbaycanda bəzi cərimələr ləğv olunacaq

Azərbaycanda bəzi cərimələr ləğv olunacaq

Dubayda raket təhlükəsi XƏBƏRDARLIĞI - FOTO

Dubayda raket təhlükəsi XƏBƏRDARLIĞI - FOTO

Hörmüzdə KRİTİK SAATLAR – Bu gün savaş yenidən başlaya bilər

Hörmüzdə KRİTİK SAATLAR – Bu gün savaş yenidən başlaya bilər

İnsan yeyən timsah helikopterlə belə tutuldu – ANBAAN VİDEO

İnsan yeyən timsah helikopterlə belə tutuldu – ANBAAN VİDEO

Burak Özçivit bu serialda rol alacaq - Fotolar

Burak Özçivit bu serialda rol alacaq - Fotolar

Bu şəxslərə qapı AÇMAYIN - Qohum olsa belə

Bu şəxslərə qapı AÇMAYIN - Qohum olsa belə

Mikkelslə bağlı qərar VERİLDİ

Mikkelslə bağlı qərar VERİLDİ

Qayınana gəlinini güllələyəndən sonra pəncərəyə çıxıb siqaret çəkdi – FOTO

Qayınana gəlinini güllələyəndən sonra pəncərəyə çıxıb siqaret çəkdi – FOTO

Bəzi yerlərdə külək GÜCLƏNƏCƏK

Bəzi yerlərdə külək GÜCLƏNƏCƏK

Bakıda xüsusi hərəkət zolaqları yaradılır – BU KÜÇƏLƏRDƏ

Bakıda xüsusi hərəkət zolaqları yaradılır – BU KÜÇƏLƏRDƏ

Azərbaycanla BMT arasında WUF13-lə bağlı saziş TƏSDİQLƏNDİ

Azərbaycanla BMT arasında WUF13-lə bağlı saziş TƏSDİQLƏNDİ

End of content

No more pages to load

RADİO