Maddi sıxıntı yaşadığı üçün Xalq artisti Faiq Ağayev qarajını satışa çıxarıb.
Bizim.Media xəbər verir ki, bunu müğənninin özü deyib.
O, 11 aydır işləmədiyini bildirib:
“İstəyirəm ki, xərclərimin bir hissəsini o pulla bağlayım. Çox çətindir. Bu da elə mövzudur ki, adam irad bildirməyə də çətinlik çəkir. Çünki problem tək Azərbaycanda deyil”.
Faiq Ağayev bütün dünyada pandemiya ilə əlaqədar işsizlik olduğunu qeyd edib.
Bizim.Media