Moderator.az xəbər verir ki, tanınmış iqtisadçı alim, professor Saleh Məmmədov hökuməti prezidenti çarəsiz durumda buraxdığı üçün sərt tənqid edib:
"Əvvəla, telefonla söhbətdə hər şeyin dəqiq anlaşılmamasını nəzərə alaraq, bəzi düzəlişlər etmək istəyirəm: neftin qiyməti 12-13 dollara düşəcək, çox kəskin göstərişdi, amma düşə bilər. Bu isə bizdən asılı deyil, yalnız Rusiyanın əhval - ruhiyyəsindən asılıdır.
Jurnalist məndən soruşdu, nə üçün bir konsepsiya, çıxış yolu tapmırsınız və tam haqlıdı. Ölkədə 10-dan çox iqtisadi elmi tədqiqat institutu, araşdırma mərkəzi, universitet fəaliyyət göstərir, amma bir dənə də olsun, çıxış konsepsiyası yoxdur. Bu prezidentin işi deyil, indi aşağısı hökümətin əlində 3-4 konsepsiya olmalı idi ki, prezident seçim edə biləydi.
Mən bir il əvvəl təkliflərlə çıxış etdim və bir neçə ay əvvəl konkret prezidentin fərman layihəsini hazırladım, bu layihəni KİV vasitəsilə bütün instansiyalara çatdırdım, sonra mexanizmini işlədim. Təəssüf ki, heç tənqidi yanaşmanı da görmədim. Gərək heç olmasa yararsızlığını isbat edəydilər. Baxmayaraq ki, dərin islahatların alternativi yoxdu və hər itirilən gün taleyüklüdü.
Çox xahiş edirəm, mətbuat bu fərman layihəsini yenidən dərc etsin və müvafiq qurumlara çatdırsın. (Həmin sənədi bu linkdən oxumaq olar---moderator.az/news/101351.html)
Sonda bildirmək istəyirəm: daimi yatan millət özünü ya əsarətdə, ya da axirətdə tapacaq".