Qızı zorla, istəmədiyi bir adama qaçırtdırmaqla ölümünə bais olma...

Cəmilə Çiçək də aşıq şeiriləri əsasında dastan yaradan "toplayıcı"lardandır...

Azərbaycan aşıq ədəbiyyatının ən böyük janrlarından biri olan eşq dastanlarımız toplanıb yazıya keçirilərkən bir çox təhriflərə məruz qalmasına baxmayaraq, mətnin əsas informasiya kodu qorunub saxlana bilmişdir. Dil, üslub və qismən də məzmun baxımından dəyişdirilməklə folklorun bu janrı, digərləri kimi, redaktəyə məruz qalmış, bununla da toplama və nəşr üzərində “düzəltmə işi”x9d sovet folklor elminin, özəlliklə də Azərbaycan folklorşünaslığının başlıca prinsipinə çevrilmişdir. Buna baxmayaraq, insafən demək lazımdır ki, sovet dövründə toplama və nəşr işi kifayət qədər intensiv xarakter almışdı.

Müstəqillikdən sonra da toplama işi davam etdirilmiş, dastanların müstəqil, həm İran Azərbaycanından, həm də Gürcüstandan toplanması nəticəsində yeni motivlər, süjetlər, dastan variantları ortaya çıxmışdır. Çap olunan və çap olunmayıb arxivdə toplanan materialların təsnifatından da anlaşıldığına görə, eşq dastanları sayca çox, məzmunca zəngin və üslubca rəngarəngdir.xa0

Dastan araşdırmaları folklor elminin son nailiyyətləri, yeni metodlar baxımından incələnməsə də, ən azından klassik tədqiqat işinin kifayət qədər olduğunu demək lazımdır. Ancaq bu təsviri və təhlili araşdırmalar eşq dastanlarının söyləyici-dinləyici baxımından gözdən keçirilməsini, dastanın funksiyasının, strukturunun tədqiqini, dastan-tarix problemini arxa plana keçirməz, əksinə, bütün bu ön hazırlıqlar dastanlarımızın, ümumən də folklorumuzun yeni tədqiqat metodları ilə öyrənilməsini vacib edər.xa0

Bir daha söyləmək lazımdırsa, sovet dövründə folklorun toplanması və nəşrini bütünlükdə mətnə əl gəzdirməklə xarakterizə etmək mümkündür. Bununla bərabər, folklor adına qondarma nağıl, əfsanə, rəvayət, aşıq şeiri, atalar sözü, dastan tərtib edildiyi də bilinməkdədir. Dünya humanitar elmində fakelor adlanan və mənim də bir yazımda xarakterik cəhətlərini göstərdiyim bu hadisə Azərbaycan folklor elmində nəzəri baxımdan öyrənilməsə də, hətta bu termin folklorçulara məlum olmasa da, toplamada daha çox istifadə edilmişdir. Həqiqi xalq ədəbiyyatına qarşı zaman-zaman süni şəkildə yaradılan folklor və ya saxta folklor mənasında fakelor qavramı ilk dəfə 1950-ci ildə “American Mercury”x9d jurnalında irəli sürülmüşdür. Bu termin xalqın öz malı olan və xalq arasında yaşayan, variantları olan folklor qavramına qarşı işlədilmişdir. Əslində, saxta folkordan dünya və bəzi Azərbaycan folklorçuları çoxdandır istifadə edirlər. Süni şəkildə düzəldilən Koroğlu dastanı, bir qəlibə yerləşdirilən məhəbbət dastanlarımız, üzərində işlənilən nağıllarımız, bayatılarımız, atalar sözlərimiz, Oğuz, Bayındır və Dədə Qorqud adına uydurulan miflərimiz, xüsusən də parça-parça əfsanələrin birləşdirilməsi yolu ilə yaradılan yeni əfsanələrimiz və s. bu sahədə Azərbaycan folklorçularının boş durmadığını göstərir. İş bununla da bitmir. Məsələn, nağılların kimdən toplandığı göstərilmədiyi kimi, nağıllar bir basmaqəlib kimi nəşr edilmişdir: “Biri vardı, bir yoxdu”x9d ilə başladı və “göydən üç alma düşdü”x9d ilə bitdi şəklində yüzlərcə yeni nağıl yaradılmışdır. Məhəbbət (eşq) dastanlarımızı da ustadnamə ilə başladıb, duvaqqapma ilə bitirmişlər.

Hər halda xarakterinə görə fakelor hadisəsi bir neçə istiqamətdə özünü göstərir. Belə ki:xa0
1. Romantik millətçilik əhvali-ruhiyyəsini qaldırmaq üçün xalq arasında epizodik şəkildə yaşayan motivlərin, şeir parçalarının, əhvalatların bir yerə gətirilib süni şəkildə qurulması ilə yaranan folklor mətnləri, buraya fin xalqının “Kalevala”x9dsı, “Şarlöman”x9d dastanları daxildir.
2. Mövcud ideologiyaya xidmət etmək məqsədilə süni şəkildə yaranan, motivi, süjeti və hadisələri xalq arasında, söyləyici yaddaşında olmayan və ya qismən olan mövzuların dəyişdirilməsi yolu ilə düzəldilən mətnlər.xa0
Sovetlərin vaxtında buna misal kimi süni şəkildə və sifarişlə yaradılan əfsanələri, qaçaq dastanlarını, şeir parçalarını, mahnıları, hətta mifoloji mətnləri göstərmək mümkündür. Fakelor hadisəsinin birincisini hər nə qədər təhrif, sünilik olsa da, mütərəqqi iş kimi qiymətləndirmək mümkündür. Çünki burada milli oyanışa, milli özünüdərkə, milli mübarizəyə səsləniş olduğu üçün məqsəd alidir, müqəddəsdir. İkincisi siyasi rejimin, mövcud ideologiyanın, iqtidarın təbliğatçısına çevrilməklə milli olanları təhrif etmək, saxtalaşdırmaqdır.xa0

Bəlli bir zamanda xüsusən də bu sonuncu fakelor hadisəsi rəğbət görməmiş, folkloru saxtalaşdıranlar isə tənqid atəşinə tutulmuşdur. Müstəqillikdən sonra aşıq ədəbiyyatının öz məcrasına doğru dəyişməsi, bir az ideologiyadan uzaqlaşması baş verdisə də, artıq klassik aşıq ənənəsinin qırıldığı, dastanların böyük əksəriyyətinin icra ortamından çıxdığı müşahidə edilir. Tədqiqatçılar da yeni dastanlar yazmaq cəhdi ilə klassik dastanları yeni ifada diktafona yazıb nəşr etdirmək yolunu tutdular. Bəziləri isə fakeloru yeni istiqamətdə irəlilətmək üçün aşıq repertuarında dastan kimi icra edilməyən, bəzən də yazılı dastan nümunələrini folkorun prinsipləri əsasında yenidən qələmə aldılar. Cəmilə Çiçək də aşıq şeirləri əsasında dastan yaradan “toplayıcı”x9dlardandır. Daha öncə də o, “Səməd Vurğun”“Aşıq Şəmşir dastanı”x9dnı iki sənətkarın məktublaşmalarına və şeirlərinə dayanaraq tərtib etmişdi. “Səməd Vurğun”“Aşıq Şəmşir dastanı”x9d bir eşq hekayəsi olmasa da, şeirlər, məktublaşmalar əsasında yenidən işlənən, yeni məzmun və forma qazanan dastandır. İdeologiyaya, süni siyasi havaya qulluq etmədiyi üçün bu dastanı və haqqında söhbət açacağımız “Əyyub və Sənəm dastanı”x9dnı mütərəqqi hadisə kimi qəbul etmək olar. xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0

“Əyyub və Sənəm dastanı”x9d el şairi adı ilə tanınan Əyyub Cabbarovun şeirləri əsasında tərtib edilmişdir. Eşq dastanının strukturu üzərində işlənərək tərtib edilən bu dastan “Dirili Qurbani”x9d, “Əsli”“Kərəm”x9d dastanları kimi nakam eşqə həsr edilmişdir. Bir az da avtobioqrafik səciyyə daşıyan bu dastanın şeirləri, deyişmələri şair Əyyub Cabbarova aiddirsə, dastanın yurd yeri dediyimiz nəsr qismi tərtibçi Cəmilə Çiçəyə məxsusdur. Nakam eşqin səbəbkarı, klassik dastanlarımızdan fərqli olaraq, nə milli, nə dini, nə də sosial fərqdir. “Əyyub və Sənəm dastanı”x9dnın qəhrəmanlarının nakam eşqinə ailə səbəbkardır və dastanda bu, müasir həyatla səsləşir, bugünün problemləri baxımından dəyər qazanır. Ana gələcək kürəkənin boy-buxununu, duruşunu, yerişini bəyənmir, qızının sevgisini, istəyini nəzərə almır və qızını qonşunun oğluna qaçırtdırmaqla iki aşiqi bir-birindən ayırır və sonda qızının ölümünə səbəb olur.xa0

Mifoloji düşüncədə qız qaçırmaq kimi qədim adətin ritual-mifoloji kökü ölüb-dirilmə, yenidən həyata qayıtma, yeni status qazanma olsa da, adıkeçən dastanda bu, müasirliklə bağlanmış, gerilik əlaməti, vaxtı keçmiş adət kimi qələmə verilmişdir. Qızı zorla, istəmədiyi bir adama qaçırtdırmaqla ölümünə bais olma (qız özünü çaya atmaqla intihar edir) bu mənfi tendensiyanın oxucuda ikrah hissi oyandırmasına səbəb olur. Beləliklə, əski mifoloji motiv yeni məzmunlu vaxtı keçmiş adətə dönüşmüş, eşq dastanlarımızda ciddi səbəblər üzündən yaranan nakam məhəbbət çox kiçik bir məsələyə bağlanmışdır. Ancaq hər nə olursa-olsun, bir fakelor hadisəsi olan “Əyyub və Sənəm dastanı”x9d müasirliklə səsləşdiyi, dastan yaradıcılığımızın süni də olsa yaşadılmasına xidmət etdiyi üçün qiymətlidir. Cəmilə Çiçəyin dastan şəklində işlədiyi bu ikinci kitab qeyd olunan cəhətləri ilə folklor elmində haqq etdiyi yerini alacaqdır.

Füzuli BAYAT
Filologiya üzrə elmlər doktoru, professor
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ceyhun Bayramov və Hikmət Hacıyev təxribatçı suallara belə cavab verdi – VİDEO

Ceyhun Bayramov və Hikmət Hacıyev təxribatçı suallara belə cavab verdi – VİDEO

XV Qəbələ Beynəlxalq Musiqi Festivalının açılışı oldu - FOTO

XV Qəbələ Beynəlxalq Musiqi Festivalının açılışı oldu - FOTO

Gürcüstanda yeni dövlət nazirliyi yaradılır

Gürcüstanda yeni dövlət nazirliyi yaradılır

Psixi xəstələrin sayı artır – Son 5 ilin statistikası

Psixi xəstələrin sayı artır – Son 5 ilin statistikası

"Space TV"də yenilik: Köhnə verilişlər bərpa olunur

"Space TV"də yenilik: Köhnə verilişlər bərpa olunur

Magistraturaya qəbulda 442 dövlət sifarişli plan yeri boş qaldı

Magistraturaya qəbulda 442 dövlət sifarişli plan yeri boş qaldı

Bakıda törədilən qətllə bağlı yeni detallar: "Haradan bilim ki, çantalarda meyit tikələri var?"

Bakıda törədilən qətllə bağlı yeni detallar: "Haradan bilim ki, çantalarda meyit tikələri var?"

İranın Qərbi Azərbaycan əyaləti raket atəşinə tutuldu

İranın Qərbi Azərbaycan əyaləti raket atəşinə tutuldu

Misir limanında ABŞ tankerinə qəfil dron HÜCUMU EDİLDİ - VİDEO

Misir limanında ABŞ tankerinə qəfil dron HÜCUMU EDİLDİ - VİDEO

Bizi daha da yoran gizli səbəb üzə çıxdı — Açıqlama

Bizi daha da yoran gizli səbəb üzə çıxdı — Açıqlama

Azərbaycan Peru Prezidentinin andiçmə mərasimində təmsil olundu – FOTO

Azərbaycan Peru Prezidentinin andiçmə mərasimində təmsil olundu – FOTO

Trampın İranı hədələməsindən sonra neft qiymətləri BAHALAŞDI

Trampın İranı hədələməsindən sonra neft qiymətləri BAHALAŞDI

Burnu ilə müzakirə mövzusuna çevrilən qız görün kim imiş - VİDEO

Burnu ilə müzakirə mövzusuna çevrilən qız görün kim imiş - VİDEO

Aygün Kazımova əfsanəvi tərzini 24 il sonra yenidən etdi – FOTO/VİDEO

Aygün Kazımova əfsanəvi tərzini 24 il sonra yenidən etdi – FOTO/VİDEO

Azərbaycanda bu gəmi satışa çıxarıldı - QİYMƏTİ

Azərbaycanda bu gəmi satışa çıxarıldı - QİYMƏTİ

Peşə təhsili alanlara hərbi xidmətdən möhlət veriləcək? - RƏSMİ

Peşə təhsili alanlara hərbi xidmətdən möhlət veriləcək? - RƏSMİ

Azərbaycanda 15 yaşlı qızla evlənən şəxs həbs olundu

Azərbaycanda 15 yaşlı qızla evlənən şəxs həbs olundu

Prezidentdən Esmira Cəfərova ilə bağlı SƏRƏNCAM

Prezidentdən Esmira Cəfərova ilə bağlı SƏRƏNCAM

Qalib İsrafilov vəzifəsindən geri ÇAĞIRILDI

Qalib İsrafilov vəzifəsindən geri ÇAĞIRILDI

Zaqatalada ağır qəza: bir ailənin 4 üzvü yaralandı

Zaqatalada ağır qəza: bir ailənin 4 üzvü yaralandı

Daha iki səfirimizlə bağlı SƏRƏNCAM

Daha iki səfirimizlə bağlı SƏRƏNCAM

Avstriyadakı səfirimiz geri çağırıldı – Prezidentdən SƏRƏNCAM - FOTO

Avstriyadakı səfirimiz geri çağırıldı – Prezidentdən SƏRƏNCAM - FOTO

Sabah çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ

Sabah çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ

Kürdə çimərkən batan yeniyetmə xilas edildi – Vəziyyəti ağırdır

Kürdə çimərkən batan yeniyetmə xilas edildi – Vəziyyəti ağırdır

End of content

No more pages to load

RADİO