Yanvarın 3-də Xəzər dənizinin Türkmənistan sektorunda tapılan neftçilərin meyiti dünən axşam Bakıya gətirilib.
Dekabrın 4-də axşam saatlarında “Günəşli”x9d yatağındakı 10-cu dərin dəniz özülündə baş verən güclü yanğın zamanı itkin düşən Quliyev Əzizağa Nöhbala oğlu (16.09.1953) və Abdullayev Adil Ələkbər oğlu (19.02.1953) bu gün dəfn ediləcəklər.
Dünən Türkmənistana yola düşən FHN-in “BE-200ÇS”x9d amfibiya tipli təyyarəsində istintaq qrupu ilə birgə cəsədlərin tanınması üçün məlum hadisə zamanı xilas edilmiş digər neftçilər də yola düşüblər. Onlar istintaqçılarla birgə Türkmənistanın Kiyanlı limanında saxlanılan neftçilərin meyitinə baxış keçiriblər və iş yoldaşlarını tanıyıblar.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin Xəzəryanı ölkələrin müvafiq qurumlarına müraciətindən sonra aparılan axtarış-xilasetmə işləri zamanı Xəzər dənizinin Türkmənistan sahillərindən 65-70 km uzaqlıqda 2 kişi cəsədi aşkar edilib və Türkmənistana aid gəminin göyərtəsinə qaldırılaraq Kiyanlı dəniz limanına aparılıb. Cəsədlərə ilkin baxış zamanı birinin geyiminin üzərində “Azneft”x9d sözləri yazıldığı müəyyən edilib.(lent.az)