Nə etməli sualına emosiyalara qapılmadan, vətənimizin və vətəndaşlarımızın mövcud durumunu doğru dəyərləndirərək cavab tapmaq lazım olacaq. Mən də bu barədə dayanmadan düşünürkən qəlbimdən də qara qanlar axır. Niyə belə oldu? Axı bu xalq, bu vətən hamıya hər şey vermişdi. Niyə belə etdilər görəsən? Nə səbəbə? "Nə isə" deyib keçmək isə mümkün deyil. Mən emosiyalarıma bu qədər coşmağa imkan verdim. İndi isə xalqımızı, insanlarımızı, vətənimizi, dövlətimizi bu ağır, çıxılmaz vəziyyətdən qurtarmağın doğru yolları haqqında fikirləşmək, bu yolları tapmaq lazımdır. Gəlin hamımız bu barədə düşünək, danışaq, çalışaq hörmətli dostlarım.
İxtiyar Şirin, keçmiş baş prokuror