2016-cı il yanvarın 5-i saat 15-də müqəddəs ziyarətgahımız olan “Şəhidlər Xiyabanı”x9dnda Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ savaşı tarixində ən uğurlu hücum əməliyyatlarından biri və sonuncusu olan Horadiz əməliyyatının növbəti - 22-ci ildönümü qeyd olunacaq.
Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Horadiz əməliyyatı zamanı Horadiz qəsəbəsi və rayonun 20 Arazboyu kəndi, o cümlədən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edilib, 21 min hektar ərazi düşmən tapdağından xilas olunub. Bu döyüşlərdə ermənilər böyük itkilər verib. Sizləri həmin möhtəşəm tarixi yazan və 21 yaşayış məntəqəmizin erməni-rus işğalından azad edilməsində misilsiz xidmətlər göstərmiş Füzuli döyüş briqadasının komandiri, iki dəfə “Azərbaycan Bayrağı”x9d ordeni mükafatı ilə təltif edilmiş ehtiyatda olan polkovnik Şair Ramaldanov başda olmaqla şəxsi heyətin görüşünə dəvət edirik.
Siz burada o rəşadətli Qələbəni, tarixi uğuru Azərbaycan xalqına bəxş etmiş briqada komandirinin müavini ehtiyatda olan polkovnik-leytenant, “Azərbaycan Bayrağı”x9d ordeninin sahibi Tariyel Qəhrəmanov, hərbi hissənin artilleriya xidmətinin rəisi, ehtiyatda olan polkovnik, “Azərbaycan Bayrağı”x9d ordeninin sahibi Nizami Mirzəmmədov, habelə briqadanın orden və medallara layiq görülmüş çoxsaylı əsgər, çavuş, gizir və zabitləri ilə yaxından tanış olacaq və canlı əfsanəvi qəhrəmanlarla ünsiyyətdə ola bilərsiniz.
Hörmətlə,
Ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov