"MTN “Azİmport”x9du ələ keçirmək istəyib"

"Biz “Azİmport”x9d MMC olaraq son vaxtlar bəzi mətbuat orqanlarında, xüsusilə də internet mediasında şirkət haqqında yayılan yalan məlumatlara, qərəzli yazılara ertiraz edirik. “MTN mətbəxi”x9dndə hazırlanaraq ictimai dövriyyəyə buraxılan qərəzli  və şantaj xarakterli məlumatlardan bu gün də istifadə edilməsi şirkətin işgüzar fəaliyyətinə və ictimai nüfuzuna xələl gətirir".

Bunu Moderator.az-a "Azİmort" MMC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər. 


Şirkətin yaydığı bəyanatda Azərbaycan Respublikasında söz və məlumat azadlığı, jurnalistlərin informasiya əldə etmək, hazırlamaq və yaymaq hüququ tam təmin edilib, KİV-in sərbəst fəaliyyəti üçün bütün imkanların mövcud olduğu qeyd edilir: "Lakin dövlət rəsmilərinin və Mətbuat Şurası rəhbərlərinin də təəssüf hiss ilə qeyd etdikləri kimi, son vaxtlar bir sıra KİV-lərdə, xüsusilə internet media orqanlarında həqiqətəuyğun olmayan, əsassız, qərəzli, hətta şantaj xarakterli məlumatların yayılması halları artıb. Belə məlumatları yayanlar bəzən kimlərinsə sifarişini yerinə yetirir, bəzən də sadəcə,  “populyarlıq və qazanc”x9d əldə etmək niyyəti güdür. Ancaq bu zaman insanları və onların ailələrini mənəvi-psixoloji sarsıntya məruz qoyduqlarının, biznes və sahibkarlıq strukturlarının işgüzar nüfuzuna ciddi zərbə vurduqlarının, nəticədə qanunazidd və birbaşa hüquqi məsuliyyət doğuran əməllər törətdiklərinin fərqində olmurlar".

Bəyanatda bildirilir ki,  “Azİmport”x9d şirkəti də son vaxtlar davamlı olaraq bəzi internet media qurumlarının təzyiq və təqiblərinə məruz qalmaqdadır: "Şirkət haqqında qərəzli məlumatları yaymaqla cəmiyyəti çaşdırmağa cəhd göstərən belə qurumlar hətta gerçəkliyi əks etdirməyən çox köhnə və əsassız “fakt və dəlillər”x9də istinad etməkdən belə, çəkinmirlər. Hətta keçmiş Milli Təhlükəsizlik Nazirliyində uzun müddət kök salmış cinayətkar dəstənin sahibkarlara və iş adamlarına qarşı qanunazidd və cinayətkar əməllərinin aşkarlanmasından sonra da vaxtilə bu dəstədən göstəriş və təlimat almış media qurumları hələ də gerçəkliyi anlamaq istəmir, şantaj və şərləmək yolu hansısa maddi mənfəət əldə edəcəklərinə ümid bağlayırlar. “MTN mətbəxi”x9dnidə hazırlanaraq ictimai dövriyyəyə buraxılan və “Azİmort”x9d MMC-nin işgüzar nüfuzuna zərər vuran, burada çalışan insanların şərəf və ləyaqətini ləkələyən qərəzli və təhqiramiz məlumatlardan bu gün də istifadə edilməsi halları ciddi narahatlıq doğurur. Məsələn, 9 ay əvvəl  - mart ayında “Azadlıq”x9d radiosunun “Qaynar xətti”x9dndə getmiş bir məlumata istinad edilərək, indiyədək dəfələrlə Azərbaycanın daha ciddi və populyar media qurumlarında müzakirə edilmiş, rəy bildirilmiş və cavablandırılmış bir məsələnin -  paytaxtın Bayıl qəsəbəsindəki “Şanxay”x9d adlanan ərazidə aparılan abadlıq işlərində çalışmış şəxslərin əmək hüquqlarının pozulması və əməkhaqqını vaxtında ala bilməməsi məsələsinin yenidən gündəmə gətirilməsinə cəhd göstərilir.

İlk növbədə, yenidən xatırlatmağa ehiyac var ki, həmin şəxsləri abadlıq işlərinin aparılmasına bu işlərin podratçısı olan “Azİmport”x9d MMC deyil, onunla subpodrat müqaviləsi bağlamış firmalar və sahibkarlıq fəaliyyəti göstərən ayrı-ayrı şəxslər cəlb ediblər. Buna görə də “Azİmport”x9d MMC həmin firma və ya şəxslərin işçilərlə əmək müqaviləsi bağlamamasına cavabdehlik daşımır. Görülən işlərə görə borcun ödənilməməsi məsələsinə gəldikdə isə, “Azİmport”x9d MMC təkcə “Şanxay”x9d ərazisində deyil, paytaxtın bir sıra məkanlarında həyata keçirdiyi tikinti-abadlıq işlərinə görə qanuni müqavilələr üzrə hesablanmış vəsaitin əsas hissəsini sifarişçi təşkilatdan hələ də ala bilmir".

Bəyanatda o da qeyd edilir ki, “Azimport”x9d MMC bu işlərin icrasında iştirak edənlərə indiyədək, ümumilikdə 2.289.407 manat əmək haqqı ödəyib: "Bu məbləğin yalnız 1.100.000 manatı sifarişçi tərəfindən şirkətin hesabına köçürülüb. İşçilərin əmək haqqı kimi aldıqları qalan 1.189.407 manatı şirkət öz maliyyə vəsaiti hesabına ödəməyə məcbur olub. Hazırda başa çatdırılmış və yarımçıq qalmış tikinti-abadlıq işlərin üzrə “Azimport”x9d MMC-yə ödənilməyən vəsaitin həcmi isə  şirkətin borclarından xeyli çoxdur. Yaranmış vəziyyət barədə sifarişçi təşkilata müraciətlərə cavab olaraq, borcun ödəniləcəyi vəd edilsə də, hələ konkret nəticə yoxdur.

“Azimport”x9d MMC rəhbərliyi birbaşa əmək müqaviləsi bağlamadığı, lakin baş podratçısı olduğu layihələrdə çalışmış şəxslərin əməkhaqqının gecikdirilməsi ilə bağlı narahatlığını yaxşı başa düşür və bu problemin həlli üçün bütün qanuni vasitələrdən istifadə etməyə çalışır. Şirkətin təsisçisi və rəhbəri Azər Əsgərovun kimisə qapıdan qovması və ya təhqir etməsi barədə iddialar da tamamilə əsassızdır. Sahibkarlıq fəaliyyətinin genişliyi və təşkilati işlərinin çoxluğu səbəbindən o, nəinki şirkətə gələnlərlə hər dəfə görüşməyə vaxt tapa bilmir, üstəlik, kiməsə qarşıqeyri-etik, kobud davranışa yol vermək bu xeyirxah iş adamının xarakterinə tamamilə ziddir".

Bəyanatda həmin dövrdə Azər Əsgərovun davamlı olaraq MTN-nin sabiq rəhbərlərinin və əməkdaşlarının təzyiq və təqiblərinə məruz qaldığı da qeyd olunur. Bildirilir ki, o zaman şirkətin rəhbərindən vəzifəli şəxslərin əleyhinə ifadə almaq, hətta yaxın qohumu, vaxtilə  “Azimport”x9d MMC-nin təsisçilərindən biri olmuş, lakin Dövlət Bayrağı Meydanı idarəsinə direktor təyin olunması ilə əlaqədar şirkətlə bütün hüquqi və faktiki əlaqələrinə xitam verilmiş Rəşad Məmmədovun şirkətin qeyri-rəsmi sahibi olması barədə ərizələr yazdırmaq istəyiblər: "Hətta şirkətin ofisində qeyri-qanuni axtarışlar aparıb, seyfdən müəyyən qədər nağd pul, sonradan öz adlarına rəsmiləşdirmək məqsədilə şirkətə və işçilərə məxsus olan mülkiyyət sənədləri götürüb aparıblar. Məqsədləri Azər Əsgərovun öz əməyi və səyi ilə qurduğu, respublikada bir çox mötəbər tikinti-abadlıq layihələrini uğurla icra edən, inşaat sektorunda innovativ sahibkarlıq subyektlərindən biri kimi tanınan “Azimport”x9d MMC-nin əmlakını ələ keçirmək olub. Yalnız prezident İlham Əliyevin qətiyyəti sayəsində keçmiş MTN-nin rəhbərlərinin qanunazidd əməllərinə son qoyulması Azərbaycan sahibkarlarının, o cümlədən Azər Əsgərovun başı üzərini almış təhlükəni aradan qaldıra bilib. Lakin MTN-nin ləğv edilməsinə, milli təhlükəsizlik zabiti adını ləkələmiş vəzifəli şəxslərin həbs olunmasına baxmayaraq, vaxtilə onların öz təsir dairələrində olmuş media qurumları vasitəsilə yaydıqları saxta və yalan məlumatların hələ də gündəmdə saxlanılması, qərəzli məqsədlərlə istifadə edilməsi halları mövcuddur. MTN tərəfindən həbsə alınmış Rəşad Məmmədov haqqında yayılan məlumatlar da buna misal ola bilər. “Azimport”x9d MMC-nin sahibi Azər Əsgərovun yaxın qohumu olsa da, o hazırda şirkətdə heç bir əmlak payının sahibi deyildir, yuxarıda qeyd edildiyi kimi, dövlət qulluğuna keçməsi ilə əlaqədar olaraq, bu qurumla bütün hüquqi və faktiki əlaqələrinə xitam verilib".

Bəyanatda Rəşad Məmmədovun milliyyəti barədə yayılmış yalan məlumatlara da aydınlıq gətirilir. Bildirilir ki, Rəşad Rəfael oğlu Məmmədovun milliyyəti barədə məlumat isə təkcə yanlışlığı ilə deyil, həm də qeyri-humanistliyi ilə acı təəssüf doğurur: "Anasını körpə yaşında itirdikdən sonra onu dindar və imanlı bir qadın olan, bu yaxınlarda 104 yaşında dünyasını dəyişmiş ana nənəsi Umbakı xanım böyüdüb tərbiyə edib. Ömrü boyu ana nisgili ilə yaşayan Rəşad Məmmədov ailəsinin ümidlərini doğruldaraq, orta məktəbi müvəffəqiyyətlə bitirib,  Hərbi Hava Qüvvələrinin Y.V.Andropov adına Leninqrad Ali Hərbi-Siyasi Məktəbində təhsil alıb, peşəkar zabit kimi yetişib. Doğma Azərbaycanda erməni separatizminin baş qaldırdığı, Vətən torpağının təcavüz təhlükəsi ilə üzləşdiyi bir vaxtda o, Rusiyadakı vəzifə perspektivlərindən və hərbi karyeradan qətiyyətlə imtina edərək, Bakıya qayıdıb. Burada Bakı Qarnizonu Hərbi Komendantının Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları üzrə köməkçisi kimi milli orduda xidmətə başlayıb. Qarabağ müharibəsi dövründə 702-ci briqadanın tərkibində Murovdağ yüksəkliyi və Füzuli uğrunda döyüşlərdə iştirak edib. Döyüş səngərində ağır xəstəliyə tutulduğu üçün uzun müddət müalicə almaq məcburiyyətində qalıb".

O da qeyd olunur ki, hazırda Rəşad Məmmədovla bağlı hüquq-mühafizə orqanlarında araşdırlma aparıldığı, şəxsiyyəti barədə yayılan qərəzli məlumatlara onun özünün cavab vermək imkanı olmadığı bir vaxtda bəzi media qurumlarının yanlış məlumatları təkrarən gündəmə gətirməsi nə insanlıq prinsiplərinə, nə də jurnalist etikasına sığır: "Belə məlumatlardan 4 övlad atası olan Rəşad Məmmədovun ailə üzvləri ciddi mənəvi iztirab, psixoloji sarsıntı keçirirlər. Onun 12 yaşlı qızı Əminə atasının mətbuatda “xalq düşməni”x9d obrazında təqdim olunmasından keçirdiyi dərin psixoloji sarsıntının təsiri altında hətta məktəbə getməkdən belə, imtina etmək fikrinə düşüb. Bu hadisə KİV-in, jurnalistlərin xalqımız, cəmiyyətimiz üçün mühüm amil olan şəxsiyyət və mənəviyyat məsələlərinə həssaslıqla yanaşmasının nə qədər vacib olduğunu bir daha göstərir.
  
Ümumiyyətlə, bütün dünyada tolerant ölkə kimi tanınan Azərbaycanda hər hansı ”“ istər milli-etnik, istər dini ayrı-seckiliyin təbliğinin yolverilməz olduğu, cəmiyyətmizin əsaslarını zədələdiyi dövlətimizin başçısı tərəfindən dəfələrlə bəyan edilib.

Azərbaycanın birinci xanım, öz insanpərvərliyi ilə bütün dünyada hörmət və ehtiram qazanmış millət vəkilimiz, YUNESKO-nun və İSESKO-nun sülhməramlı səfiri Mehriban xanım Əliyeva bu ilin may ayında  Dövlət Bayrağı Meydanının yaxınlığında, Yeni Bulvarın ərazisində yerləşən vətolerantlığı simvolizə edən “Sülh ağacı”x9d abidəsinin açılış mərasimindəki çıxışında ölkəmizdə müxtəlif dinlərin, etnik qrupların və mədəniyyətlərin nümayəndələrinin həmişə sülh, əmin-amanlıq, tolerantlıq şəraitində birgə yaşadığını vurğulayaraq deyib: “Əsrlər boyu burada çoxmillətli cəmiyyət formalaşıb və bu gün biz tolerantlığın belə bir dəyərli ənənəsinə malik olmağımızdan qürur hissi duyuruq”x9d.

Bəli, Azərbaycan müxtəlif millətlərin doğma vətəni, azərbaycançılıq müstəqil dövlətimizin rəsmi ideologiyasıdır. Media orqanlarının bu məsələlərə həssaslıq göstərməsi, vətəndaşların milli, dini, mənəvi duyğularına hörmətlə yanaşması vacibdir.

Bunu da vurğulamağı vacib sayırıq ki, respublikanın nüfuzlu və ciddi KİV-ləri şirkətimizlə  bağlı yuxarıda sözügedən yanlış və əssasız məlumatlara heç bir halda istinad etməməklə özlərinin yüksək peşəkarlıq prinsiplərinə sadiqliklərini bir daha təsdiqləyirlər.

Biz,ümumiyyətlə, jurnalistləri ictimaiyyətin diqqətinə təqdim etdikləri problemlərə obyektiv münasibət göstərməyə, təhqir və şantajdan uzaq olmağa, ictimai münasibətləri gərginləşdirmək cəhdlərindən çəkinməyə çağırırıq. Ümidvarıq ki, bu bəyanatı öz peşə borcunu vicdanla yerinə yetirən bütün  jurnlaistlər dəstəkləyəcəklər".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İlham Əliyev və Nikol Paşinyanın Əbu-Dabidəki görüşünə Aleksanyandan REAKSİYA – ÖZƏL

İlham Əliyev və Nikol Paşinyanın Əbu-Dabidəki görüşünə Aleksanyandan REAKSİYA – ÖZƏL

Kahramanmaraşda “Azərbaycan məhəlləsi”nin tikintisi tamamlandı - FOTO

Kahramanmaraşda “Azərbaycan məhəlləsi”nin tikintisi tamamlandı - FOTO

Dünyanın ən varlı insanı bədbəxt olduğunu bəyan etdi

Dünyanın ən varlı insanı bədbəxt olduğunu bəyan etdi

İlham Əliyev: “Faciənin ilk anlarından Azərbaycan Türkiyənin yanında oldu”

İlham Əliyev: “Faciənin ilk anlarından Azərbaycan Türkiyənin yanında oldu”

Rusiya alman diplomatı ölkədən çıxarır

Rusiya alman diplomatı ölkədən çıxarır

Tofiq Zülfüqarov: “Separatçılar Bakıda çay içməyi xəyal edirdilər, indi onlara qəhvə də verərlər”

Tofiq Zülfüqarov: “Separatçılar Bakıda çay içməyi xəyal edirdilər, indi onlara qəhvə də verərlər”

Melaniya Trampdan ETİRAF: “Putin komandasının nümayəndələri ilə sıx əlaqədəyəm”

Melaniya Trampdan ETİRAF: “Putin komandasının nümayəndələri ilə sıx əlaqədəyəm”

Ukraynada Rusiya hərbçilərinin Starlink terminalları kütləvi şəkildə sıradan çıxdı

Ukraynada Rusiya hərbçilərinin Starlink terminalları kütləvi şəkildə sıradan çıxdı

Erməni cinayətkarların MƏHKƏMƏSİ – Kimə hansı cəza verildi? – SİYAHI

Erməni cinayətkarların MƏHKƏMƏSİ – Kimə hansı cəza verildi? – SİYAHI

Rusiya və Ukrayna hərbi əsirləri dəyişdi

Rusiya və Ukrayna hərbi əsirləri dəyişdi

“Düşmənimin tapılmasını istəyirəm” – Ağcabədidə 7 yaşlı uşağa niyə 19 bıçaq zərbəsi vurulub? – VİDEO

“Düşmənimin tapılmasını istəyirəm” – Ağcabədidə 7 yaşlı uşağa niyə 19 bıçaq zərbəsi vurulub? – VİDEO

Simonyanla Lavrov arasında GƏRGİN SÖHBƏT – VİDEO

Simonyanla Lavrov arasında GƏRGİN SÖHBƏT – VİDEO

Bakı Hərbi Məhkəməsində Ermənistanın daha 7 vətəndaşına HÖKM OXUNDU

Bakı Hərbi Məhkəməsində Ermənistanın daha 7 vətəndaşına HÖKM OXUNDU

ABŞ-ın Bakıdakı səfirliyindən azərbaycanlılara viza ilə bağlı MÜRACİƏT

ABŞ-ın Bakıdakı səfirliyindən azərbaycanlılara viza ilə bağlı MÜRACİƏT

Doğuş “Survivor”da Azərbaycandan DANIŞDI: “İkinci vətənimdir…” - VİDEO

Doğuş “Survivor”da Azərbaycandan DANIŞDI: “İkinci vətənimdir…” - VİDEO

Bakıda BYD aşdı - FOTO

Bakıda BYD aşdı - FOTO

Bakı-Ağdam qatarına bilet azad olunmuş ərazilərə 7 günlük səfər icazəsini təmin edir – VİDEO

Bakı-Ağdam qatarına bilet azad olunmuş ərazilərə 7 günlük səfər icazəsini təmin edir – VİDEO

Magistraturaya qəbul imtahanı keçiriləcək – BU TARİXDƏ

Magistraturaya qəbul imtahanı keçiriləcək – BU TARİXDƏ

Gecə yeməyi yuxunu pozur: 3 saat əvvəl yeməyi dayandırın!

Gecə yeməyi yuxunu pozur: 3 saat əvvəl yeməyi dayandırın!

Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

Üzərinə hasar düşən şəxs AAYDA-nın əməkdaşı imiş

Üzərinə hasar düşən şəxs AAYDA-nın əməkdaşı imiş

İşxan Verdyan: “Erməni cinayətkarlar Azərbaycanda layiq olduqları cəzanı aldılar” – EKSKLÜZİV

İşxan Verdyan: “Erməni cinayətkarlar Azərbaycanda layiq olduqları cəzanı aldılar” – EKSKLÜZİV

İcra başçısı bu xanıma yüksək vəzifə verdi

İcra başçısı bu xanıma yüksək vəzifə verdi

Nərgiz Məhəmmədi aclıq elan etdi

Nərgiz Məhəmmədi aclıq elan etdi

End of content

No more pages to load

RADİO