Azərbaycanda maliyyə böhranı - devalvasiya dərinləşməkdədir , milli valyutamız can verir. Xarici faktorlardan çox, daxili vəziyyət böhranın metastaz verməsinə səbəb olmuşdur. Maliyyə böhranının əsas qolunun ölkəmizə mümkün mənfi təsirinin nəticələrinin minimuma endirmək imkanları da məhduddur. Manatın nə vaxt “komadan”x9d çıxacağı ilə bağlı konkret proqnozlar yoxdur və güman edilir ki, düçar olduğu bu ağır xəstəlik nəfəsi kəsilənə qədər davam edəcək.
Bəs, maliyyə fəsadların cəmiyyətin həyatında baş vermiş neqativ, mənfi təsirləri azaltmağa yönəlmiş antiböhran tədbirlərini niyə hiss etmirik? Dövlətin müdaxiləsi hələ ki, fayda vermir. Nəzərə almaq lazımdır ki, XX əsrin 30-cu illərində Qərbdə baş verən böhrandan çıxış yolu da məhz dövlət müdaxiləsinin artırılması oldu. O zaman Keyns dövlətin iqtisadiyyata müdaxiləsini stimullaşdıran 5 funksiya müəyyənləşdirmişdir.
Son 25 ildə ölkəmizdə vergi sistemi, maliyyə və büdcə siyasətindəki şübhələr mövcud vəziyyətin baş verməsində böyük rol oynamışdı. Kiçik və orta sahibkarlıq daim təzyiqlərlə üzləşmişdir. Güzəştli və güzəştsiz kreditlərin verilməsində əngəllər olmuşdur. Kreditlərin maksimum məbləğinin artırılması, kredit faizinin aşağı salınması boş vəd olaraq qaldı. Günü bu gün də inhisarçıların mövqeyi möhkəmdir. Süni qiymət artımı adi hal alıb.
Mərkəzi Bank manatın məzənnəsinin stabil saxlanması üçün dövriyyəyə dollar intervensiya etmişdir. Devalvasiyanın səbəbkarlarından biri də Mrkəzi Bankdır ki, məzənnə siyasətini uğursuz aparmışdır. Ölkənin Mərkəzi Bankı xarici faktorlardan asılı olaraq çevik siyasət ortaya qoya bilməmişdir. Hesab edirəm ki, Mərkəzi Bankın mərhələli olaraq yumşaq məzənnə siyasətinin nəticəsidir ki, respublikamızda devalvasiya 21 fevral 2015-ci ildə baş verdi. Milli bank manatın 1 dollara görə dəyərini 1.05 AZN təyin etdi. Devalvasiya 33.8% oldu. 21 dekabr 2015 -ci ildə isə manat üzən məzənnəyə keçdi və 1 ABŞ dollarının rəsmi məzənnəsi 1,55 manat səviyyəsində qərarlaşdı.
Azərbaycanda kapitalizm sınaq qarşısındadır. Mövcud böhranın qarşısını almaq üçün əksər Qərb ölkələrində olduğu kimi, ölkəmizdə də iqtisadiyyata sərt dövlət müdaxiləsini nəzərdə tutan tədbirlər həyata keçirilməlidir. Respublikada aparıcı banklar və şirkətlər dövlətin nəzarətinə keçməli, yaxud bazar strukturları üzərində dövlətin ciddi nəzarəti təşkil olunmalıdır. kapitalizm sistemi isə daha nizamlı və nəzarət altında olanda öz məzmununu itirir. Və belə olan şəraitdə sosializm iqtisadi nəzəriyyəsi aktuallaşır.
Ədalət Abdinov,xa0
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi