Bizim.Media xəbər verir ki, İbrahimov Mübariz Ağakərim oğlu 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub.
Xatırladaq ki, Mübariz İbrahimov 2010-cu il iyunun 19-da gecə saat 23.30 radələrində təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir.
Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edir. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşur.
Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olur.
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adının (ölümündən sonra) verilməsi barədə Sərəncam imzalayıb.
Bizim.Media