Rumıniya Xarici İşlər Nazirliyinin 2021-2022-ci tədris ili üzrə elan etdiyi təqaüd proqramına sənəd qəbulu davam edir.
Bizim.Media xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, təqaüd proqramı bakalavriat, magistratura və doktorantura səviyyələrini əhatə edir. Proqram çərçivəsində tədris rumın dilində aparılacaq.
Təqaüd proqramına müraciət aprelin 23-dək davam edəcək.
Bizim.Media