Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.
İki avtomobilin toqquşması zamanı 1992-ci il təvəllüdlü Fərzəliyeva Aytən Fərhad qızı müxtəlif xəsarətlər alıb.
Yaralı təcili yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb və həkim nəzarətinə götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media