“Bu gün OnFile Jurnalistlər Birliyində (JB) maraqlı bir görüşdə iştirak etdim. Görüşün əsas mövzusu internet (online) qəzetin yaradılması və fəliyyəti ilə bağlı idi. Daha sonra JB ”“ nin direktoru cənab Martin van der Randenlə ikilikdə qısa söhbətimiz oldu. Ona Qarabağ həqiqətlərindən danışaraq bu həqiqətləri özündə əks etdirən kitabı təqdim etdim”x9d.xa0
Bunu Niderlandda fəaliyyət göstərən “Connect”x9d təşkilatının sədri, xa0Hollandiya beynəlxalq Jurnalistlər Birliyinini üzvü Vüqar Abbasov deyib: “O, kitabı həvəslə oxuyacağını dedi. Cənab Martinlə maraqlı fikir mübadiləsi apardıq və Niderland mətbuatı barədə fikirlərimi bildirdim. Təəsüf etdiyimi bildirdim ki, burda da bir çox qəzetlərin, jurnalistlərin öz “rəngləri”x9d var və heç də hər vaxt ədalətli mövqe nümayiş etdirmirlər. Konkret olaraq ölkəmizlə, Qarabağla bağlı münaqişədə tutulan mövqeni məni qane etmədiyini onun diqqətinə çatdırdım. Sonda cənab Martindən məni Niderlandın aparıcı qəzet və televiziyalarının jurnalistləri ilə görüşdürməsini xahiş etdim. O, tezliklə belə bir görüşü təşkil etməyə çalışacağını bildirdi...”x9d.