Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin siyahısı genişləndirilib.
Bizim.Media xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikası ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”nda dəyişiklik edilməsi haqqında qanun layihəsində qeyd olunub.
Qanun layihəsinə əsasən, daha 53 narkotik vasitə və 27 psixotrop maddə həmin siyahıya əlavə edilib.
Bizim.Media