Sabirabad rayonunda yanğın olub.
Bizim.Media Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, rayonun Rüstəmli kəndində ümumi sahəsi 90 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb.
Yanğın zamanı 3 nəfər yanıq xəsarəti alıb.
Məlumata görə, evə bitişik talvar və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bizim.Media