Vətən müharibəsi təhsilimizə də təsirsiz ötüşmədi. Azərbaycan müəllimi bu müharibədə torpaqlarımızın bütövlüyü uğrunda döyüşlərə qatıldı.
Onların övladlarımıza verdikləri vətən sevgisi ilə biz bu müharibədən üzüağ çıxdıq.
Bizim.Media xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev Vətən müharibəsində iştirak etmiş təhsil işçiləri ilə görüş zamanı deyib.
Nazir bildirib ki, müharibə 10 şagirdin həyatına son qoyulub, məktəb infrastrukturuna ciddi ziyan dəyib. 60 təhsil müəssisəsi dağıntılara məruz qalıb.
Bizim.Media