“Məcburi köçkünlər hələki güzəştli kateqoriyada qalırlar”.
Bizim.Media-nın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli “Rəqəmsal məşğulluğa keçid və aktiv məşğulluq tədbirləri:
2021-ci il üçün hədəflər” mövzusunda keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, məcburi köçkünlərin statusunun ləğv edilməsi ilə bağlı qərar Nazirlər Kabineti tərəfindən verilir.
Onun fikrincə, bütün məcburi köçkünlər işğaldan azad edilən torpaqlara qayıtdıqdan sonra o məsələyə baxıla bilər.
Bizim.Media