“Azərbaycan SQ-də mobil rabitənin istifadəsinin tərafdarıyam”x9d

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəsmi internet saytına yerləşdirilən məlumata görə bundan sonra türk əsgərləri mobil telefonlardan istifadə edə biləcək. Belə ki, əsgərlər Türkiyə Silahlı Qüvvələri tərəfindən təsdiq olunan mobil nömrələrlə müəyyən şərtlər və vaxtlarda danışa biləcəklər.

Əsgərlərin mobil telefondan istifadəsinə verilən izahat Baş Qərargah tərəfindən aşağıdakı amillərlə əsaslandırılıb:

“Türk Silahlı Qüvvələrinə əmanət edilmiş vətən övladlarının ailələri ilə ünsiyyətini inkişaf etdirmək, mənəvi və motivasiyası yüksəltmək məqsədiylə onlara mobil telefondan istifadə edilməsi istiqamətində aparılan işlər sona çatdı”x9d.

Maraqlıdır, Türkiyə ordusunda həyata keçirilən bu yenilik eyni dəyişikliyin Azərbaycan ordusunda da  tətbiqini gündəmə gətirə bilərmi? Azərbaycan əsgərlərinin də mobil telefonlardan istifadəsinə icazə verilməsi mümkündürmü? Belə bir yeniliyin müsbət və mənfi tərəfləri nəədn ibarət ola bilər?

Bununla bağlı Moderator.az saytı və “Hürriyyət”x9d qəzetinə açıqlama verən “Hərbi Jurnalistlər”x9d İctimai Birliyinin rəhbəri, hərbi ekspert polkovnik Üzeyir Cəfərov Türkiyə ordusunda həyata keçirilən islahat və yeniliklərin hər zaman Azərbaycan üçün örnək olduğunu bildirib:

Xəbər verildiyi kimi, bundan sonra rəsmi olaraq türk əsgərlərinə mobil telefonlardan istifadəyə icazə veriləcək. Nəzərə alsaq ki, Azərbaycan Silahlı Qüvvələri bizə dost-qardaş olan Türkiyə ordusunun son model yeniliklərindən hər zaman bəhrələnib və zaman-zaman öz ordusunda da tətbiq edib, demək olar ki, inşallah yaxın vaxtlarda bizdə də bu metoddan istifadə edilməsini düşünmək olar. Sözsüz ki, bu son dərəcə düşünülmüş və sınaqdan keçirilmiş formada olmalıdır. Əvvalla, bu gün SQ-in əksər hərbi hissə və birləşmələri səhra şəraitində, düşmənlə üzbəüz mövqelərdə yerləşir, yəqin ki, mənim narahatçılığımın nədən qaynağlandığını çox da açıqlamağa ehtiyac yoxdur. Hesab edirəm ki, uzun illərin təcrübəsinə malik Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı yalnız indi bu haqda müsbət qərar qəbul edibsə, deməli bu iş illərlə sınaqdan keçirilib və sonda belə bir qərar verilib”x9d.

Ü.Cəfərov məlum yeniliyin müsbət və mənfi cəhətlərə malik olduğuna da diqqət çəkdi:

“Əlbəttə ki, burada müsbət və mənfi cəhətlər də olacaqdır. Amma bu xəbərin ən önəmli və diqqətçəkən məqamı əsgərlərin yalnız yuxarı komandanlıq tərəfindən təsdiq olunan mobil nömrələrlə müəyyən şərtlər və vaxtlarda danışa biləcəkləri məsələsidir. Çox düzgün və ağıllı qərardır. Mobil telefonlardan elə kim gəldi, necə gəldi istifadə yox, yalnız və yalnız yuxarı komandanlığın müəyyən etdiyi bəlli mobil rabitə və ondan istifadənin konkret günləri, saatları olacaqdır. Azərbaycan ordusunda Müdafiə Nazirliyinin, o cümlədən digər güc strukturlarının rəhbərlərinin bu məsələ ilə konkret tapşırıqları və göstərişləri olmasına baxmayaraq, açıq etiraf etmək lazımdır ki, şəxsi heyətin hamısı da olmasa, müəyyən hissəsi mobil telefonlardan istifadə edir. Bunun müsbət tərəfləri də var, mənfi tərəfləri həmçinin”x9d.

Hərbi ekspert mobil telefonun önəmi ilə bağlı konkret misallara diqqət çəkdi:

“İki konkret misal gətirəcəyəm. Ötən il Ermənistan SQ məxsus döyüş helikopterlərinin mövqelərimizə həmlələri zamanı vurulan vertolyotun görüntüləri olmasaydı, biz bədnam qonşularımıza və onların havadarlarına heç cürə sübut edə bilməzdik ki, gühankar kimdir. Nə yaxşı ki, ortalıqda bu video görüntü oldu deyə, biz bütün dünyaya sübut edə bildik ki, biz yox, erməni qaniçənləri bizim mövqelərimizə soxulmuşdular və layiq olduqları cavabı da aldılar. Yaxud, bu yaxınlarda düşmən ordusunun bizim tərəfə könüllü keçən əsgəri Baqdasaryanın video görüntüləri də bizə çox böyük dəstək oldu”x9d.

Ü.Cəfərovun qənaətincə, ön xətdə xidmət edən əsgərlərin hamısına olmasa da bəlli bir kəsiminə, yaxud gizir-zabit kontingentinə mobil telefonlarun verilməsi faydalı olardı:

“Şəxsən mən düşünürəm ki, indiki halda, ön xəttdə bütün əsgər və zabitlərə də olmasa, bir qrup seçilmiş əsgərlərə, yaxud çavuşlara, yaxud da zabit və ya gizirlərə rəsmi olaraq mobil rabitədən istifadə etməyə icazə vermək məsələsinə baxılsaydı, yaxşı effekti olardı. Əlbəttə ki, məxfiçilik prinsipləri ən sərt formada qorunmaq şərti ilə bu işlər öz həllini tapmalıdır. Ən əsası isə, vətən qarşısında öz övladlıq borcunu yerinə yetirən övladlarımızın ailələri, doğmaları, əzizləri ilə ünsiyyət qurmaları, mənəvi-psixoloji hazırlıqlarının daha da yüksəlməsi və digər məişət, sosial yönümlü irili-xırdalı məsələlərin həlli üçün onlara mobil telefondan istifadə edilməsi istiqamətində işlər görülməlidir. Bunun xeyrinin ziyanından daha çox olacağına şəxsən mən tam əminəm. Onu da başa düşürəm ki, ola bilsin ki, kimlərsə bu yeniliyə bir az ehtiyatla yanaşsınlar. Onları da başa düşürəm. Çünki Türkiyə SQ kimi nəhəng NATO təcrubəsi və örnəyi olan bir dövlət bu işi illərlə bütün detallarına kimi incələdikdən sonra indi qərar verdi. Hər halda qardaş dövlətin təcrübəli generaliteti nə etdiklərinin çox yaxşı fərqindədirlər”x9d.

Ü.Cəfərovun fikrincə, bu yenilik həyata keçirilərkən danışıq xərcləri də dövlət vəsaiti hesabına həyata keçirilməlidir:

“Mən Azərbaycan SQ-də də mobil rabitənin bəlli şərtlər və ciddi nəzarət altında istifadəsinin tərafdarıyam. Ən sonda da onu qeyd etməyi vacib sayıram ki, bu işdə müsbət qərar qəbul ediləcəyi təqdirdə, mobil telefonlardan istifadəyə görə xərclər də dövlətin hesabına ödənilməlidir. Bu onsuz da lazımsız konturyükləmə söz-söhbətinə son qoymuş olar”x9d.

 

Seymur Əliyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Bayrağımızın mənasını bilmirlər" -Müğənniləri tənqid etdi

"Bayrağımızın mənasını bilmirlər" -Müğənniləri tənqid etdi

Tramp: “Meloni mənimlə şəkil çəkdirmək üçün yalvarırdı” – VİDEO

Tramp: “Meloni mənimlə şəkil çəkdirmək üçün yalvarırdı” – VİDEO

DİQQƏT! Bu gecə Bakının iki rayonunda işıq olmayacaq

DİQQƏT! Bu gecə Bakının iki rayonunda işıq olmayacaq

Məhəmməd Süleyman Əl-Casir: “Bakıda keçirilən toplantıda 6 milyard dollarlıq 67 saziş imzalanıb”

Məhəmməd Süleyman Əl-Casir: “Bakıda keçirilən toplantıda 6 milyard dollarlıq 67 saziş imzalanıb”

Andrade də “Qarabağ”ı TƏRK ETDİ

Andrade də “Qarabağ”ı TƏRK ETDİ

İyun ayının pensiyaları ilə bağlı ŞAD XƏBƏR

İyun ayının pensiyaları ilə bağlı ŞAD XƏBƏR

Niyə Cümə günündə saç yumaq olmaz?

Niyə Cümə günündə saç yumaq olmaz?

Həmkəndlisini namus üstündə öldürdü... – Zaqataladakı dəhşətli qətlin TƏFƏRRÜATI

Həmkəndlisini namus üstündə öldürdü... – Zaqataladakı dəhşətli qətlin TƏFƏRRÜATI

Zabratda qəribə yol qəzası- VİDEO

Zabratda qəribə yol qəzası- VİDEO

Rusiya Mərkəzi Bankı növbəti dəfə uçot dərəcəsini ENDİRDİ

Rusiya Mərkəzi Bankı növbəti dəfə uçot dərəcəsini ENDİRDİ

Güclü külək əsəcək – XƏBƏRDARLIQ

Güclü külək əsəcək – XƏBƏRDARLIQ

Bakıda daha 4 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil edildi

Bakıda daha 4 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil edildi

Üç yaşlı uşağı timsah qəfəsinə atan kişi AZADLIĞA BURAXILDI

Üç yaşlı uşağı timsah qəfəsinə atan kişi AZADLIĞA BURAXILDI

Lox kəndində inanılmaz olay: adına görə, gələnlər bu hərəkəti edir

Lox kəndində inanılmaz olay: adına görə, gələnlər bu hərəkəti edir

Tikinti obyektlərinin elektrik xəttinə qoşulması subsidiyalaşdırılır

Tikinti obyektlərinin elektrik xəttinə qoşulması subsidiyalaşdırılır

Kıvançdan 7 yaşlı Zayna: “Mənə yazığın gəlsin”– VİDEO

Kıvançdan 7 yaşlı Zayna: “Mənə yazığın gəlsin”– VİDEO

Kamçatka yaxınlığında 6,9 bal gücündə 16 ZƏLZƏLƏ baş verib

Kamçatka yaxınlığında 6,9 bal gücündə 16 ZƏLZƏLƏ baş verib

Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar – SİYAHI

Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar – SİYAHI

Şagirdlərimiz beynəlxalq olimpiadada medal qazandı - 3 gümüş, 3 bürünc – FOTO

Şagirdlərimiz beynəlxalq olimpiadada medal qazandı - 3 gümüş, 3 bürünc – FOTO

Valideynlərin NƏZƏRİNƏ! Məktəbəqədər təhsildə YENİ MODEL tətbiq ediləcək

Valideynlərin NƏZƏRİNƏ! Məktəbəqədər təhsildə YENİ MODEL tətbiq ediləcək

Müdafiə Sənayesi və İqtisadiyyat nazirliklərinə yeni SƏLAHİYYƏTLƏR VERİLDİ

Müdafiə Sənayesi və İqtisadiyyat nazirliklərinə yeni SƏLAHİYYƏTLƏR VERİLDİ

Bu qidalar asılılıq yaradır

Bu qidalar asılılıq yaradır

Xəzər rayonunda açıq ərazidə yanğın BAŞLADI - VİDEO

Xəzər rayonunda açıq ərazidə yanğın BAŞLADI - VİDEO

Peskov: “Danışıqlara hazırıq” – VİDEO

Peskov: “Danışıqlara hazırıq” – VİDEO

End of content

No more pages to load

RADİO