Bağırovun məhkəmə prosesində maraqlı məqamlar -GİZLİ TARİX


Moderator.az tanınmış tədqiqatçı Adıgözəl Məmmədovun M.C.Bağırovun gizli məchullarıxa0 və onu satan yaxın çevrəsinə gün işığı tutan maraqlı araşdırmasının dərc edirik. Bu geniş araşdırmada təkcə, Bağırov deyil, onun yaxın ətrafı, Stalindən tutmuş, tarix üçün bu gün də müəmma olan başqa şəxslərdən söz açılacaq...

XV Hissə

İstintaq başa çatdıqdan sonra Beriyadan fərqli olaraq M.C.Bağırova qarşı açıq məhkəmə prosesi qurulur. Məhkəməxa0 M.C.Bağırovdan başqa Azərbaycandakı represiv mexanizmin hissələri olan S.Yemelyanovun, X.Qriqoryanın, R.Markar¬yanın, A.Ata¬kişiyevin, T.Borşovun və Sumbatov-Topuridzenin (qiyabi-A.M.) fəaliyyətlərinə hüquqi qiymət verirdi. M.C.Bağırov və onlarxa0 daha çox repressiyaların təşkilində ittiham olunurdular. Onda sual oluna bilər: məgər bu repressiyalar birbaşa Moskvadan İttifaq Xalq Daxili İşlər Komissarlığının (00447 nömrəli sərəncama əsasən-A.M.) göstərişinə uyğun aparılmırdımı?
Xruşşov Ukraynada, Arutyunovxa0 xa0(Mikoyanın qudası-A.M.) Ermənistanda və o cümlədən, bütün SSRİ məkanındakı rəhbərlər bu göstərişləri həyata keçirmirdilərmi? Niyə onda bu rəhbərlərə qarşı Ermənistanda, Özbəkistanda, Qazaxıstanda, Ukraynada məhkəmə prosesi qu¬rulmurdu? Bəs niyə Azərbaycan rəhbəri müqəssirlərin ən böyüyü sayılaraq ən ağır cəzaya məhkum edilir? Bax, burda, bu məhkəmənin məğzi üzə çıxır. Məhkəməyə milli rəng verməmək üçün rus və erməniləri də ittiham olunan şəxslər siyahısına daxil etdilər. İstintaq zamanı X.Qriqoryan, R.Mar-karyan, T.Borşov və S.Yemelyanovdan M.C.Bağırovun əleyhinə qondarma ifadələr alınırdı. Onlarda belə arxayınçılıq formalaşdırılırdı ki, siz ifadələrinizi M.C.Bağırova qarşı yönəltməklə məsuliyyətdən yaxa qurtaracaqsınız. Bax, elə buna görə də onlar M.C.Bağırovuxa0 ləkələmək üçün sanki, biri-biriləri ilə yarışa girmişdilər.
Məhz ona görə də M.C.Bağırov məhkəmədə “məni asmaq azdır, məni güllələmək azdır, məni şaqqalamaq, dörd yerə bölüb tikə-tikə doğramaq lazımdır ki, mən inanmışam!” demişdi. Bu müraciətlə M.C.Bağırov öz etirazını sistemin özünə bildirirdi və sonra o, bəyan edirdi ki, xalqımın qarşısında vicdanım təmizdir!xa0
Bir həqiqəti nəzərdən qaçırmaq lazım deyil ki, 30-cu illərdə və 40-cı illərin II yarısına qədər Azərbaycanda güc strukturlarının rəhbərliyinin təyinatı birbaşa Moskvada həll olunurdu. Hətta M.C.Bağırov bu ermənilər ilə işləmək istəməsə də onlarla işləməyə məcbur idi. Bu hal 40-cı illərin ortalarına qədər davam etdi. Artıq Beriyanın Kremldəki mövqeyi möhkəmləndikdən sonra M.C.Bağırov yerli kadrları güc strukturlarında yerləşdirməyə başladı. O cümlədən, A.Atakişiyev və M.T.Yaqu-bov da daxili işlər naziri oldu. Niyə məhz M.T.Yaqubov yox, Atakişiyev həbs olundu? Axı Yaqubov da M.C.Bağırovun kadrı idi! Ona görə ki, M.T.Ya-qu¬bo¬v M.C.Bağırova qarşı yönəldilmiş Xruşşov-Mikoyan ssenarisində mühüm personajlardan biri idi. Bunları sənədlərlə kitabda gös¬tərmişdim. Elə buna görə də Atakişiyevin ittiham olunan şəxslər arasında yeri çoxdan hazırlanmışdı. Stalinin ölümündən son¬ra, Daxili işlər nazirliyi ilə dövlət təhlükəsizlik naxirliyi birləşdikdən son¬ra Yemelyanov daxili işlər naziri olur. Beriya Bağırova Yemelyanovu yerli kadrlarla əvəz etməyi məsləhət görürdü. Məhkəmənin niyə məhz bu heyət üzərində qurulmağı da Kremldə əyləşmiş imperiya agentlərinin istək¬lərindən irəli gəlirdi. Çox güman ki, bu qərarların baş məsləhətçisi Mikoyan və Molotov idi. Oxucunun gözünə ilk sata¬şan hal bu Heyətin tam bərabər böl¬güsüdür. İki azərbaycanlı, iki rus, iki erməni. M.C.Bağırovla bərabər, üzərində məhkəmə qurulan bu şəxslərin hər biri müəyyən dövrlərdə Azərbaycanda güc strukturla¬rında rəhbər vəzifələrdə işləmişdilər. Sual oluna bilər, bütün erməni¬lərin havadarı nə yaxşı bu ermənilərin M.C.Bağırovla bərabər güllələnməsinə göz yummalı oldu? Bu suala yalnız erməni dünyagö¬rü¬şü-nün məntiqi ilə cavab vermək olar. Mikoyanın qalxanının altında SSRİ məkanındakı erməni «balinalarının» qarşısında Markaryan və Qri¬qor¬yanxa0 «kilkə» kimi görünürdü. Ona görə də bu «balinaları» qorumaq üçün «kilkələrin» qurban verilməsi müqayisəyə gəlmirdi. Burada erməni yazıçısı Aleksandr Şirvanzadənin bir fikri yadı¬ma dü¬şür. O, qeyd edirdi:
«Ermənilərin milli dünyagörüşündə belə bir xarakterik keyfiyyət vardır: Onlar ümumi erməni işi üçün hətta zaman-zaman öz içərilərin¬dən cəllad baltası altına qurbanlıqlar da göndərirlər».xa0
8-12 may 2003-cü ildə «Yeni Zaman» qəzetinin 32-ci sayında «M.C.Bağırovun dindirilməsi» məqaləsi dərc olunmuşdu. Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, artıq bu zamanda da M.C.Bağırov haqqında məsuliyyətsiz yazılar dərc edilir. Məqalə başdan-başa uydurmalarla doludur. Məqalədə yazılır ki, 1946-cı ildə «Tudə» partiyasının rəhbərləri ilə M.C.Bağırov görüşür və onların vətənpərvər olmaqları barədə istintaq zamanı müstəntiqə ifadə verir.xa0xa0
Bu fikir tam yalandır! Ona görə ki, hələ 1944-cü ildə Mir Cəfər Bağırov Stalinə göndərdiyi məktubda «Tudə» partiya¬sının rəhbərinin erməni olduğunu göstərərək və bu partiyanın Azərbaycan xalqını arxasınca apara bilməyəcəyini yazır (buxa0 məktubu barədə mən müəllifi olduğum “M.C.Bağırov. Tam məxfi” kitabımda geniş bəhs etmişəm – A.M.).xa0
Yaxud, məqalədə yazılır ki, Bakı-Batumi neft kəməri layihəsi M.C.Bağırovun təşəbbüsü ilə ləğv edilmişdir. Görü¬nür, məqalənin müəllifi bu barədə hardansa eşidib və bu faktı istintaq materialları kimi oxuculara təqdim edir. Həqiqətdə isə reallıq başqa cür olmuşdur. Belə ki, N.K.Baybakovun 1995-ci ilin 23 fevralında «Trud» qəzetindəki məqaləsində yazılır: «Müharibə illərində prespektivli layihələr haqqınla deyil, döyüş meydanında sovet silahlı qüvvələrinin fasiləsiz yanacaqla təmin olunması barədə daha çox düşünürdük. Ona görə ki, Həştərxandan göndərilən neft ehtiyacları ödəmirdi. Stalinqrad ətrafında ağır vuruşlar gedirdi. Biz faşist təyyarələrinin atəşləri altında Kuybışevdən Saratova neft kəməri çəkirdik. İşə başladıqda bizi bir sual düşündürürdü: boruları hardan əldən etmək?
Bu vaxt biz Bakı-Batumi neft kəmərinin borularını demon¬taj edərək bu borular vasitəsiləxa0 Saratovdan da Kuybışevə neft kəmərini çəkə bildik».
Yaxud, müəllif məqalədə qeyd edir ki, M.C.Bağırov 1931-ci ildə Stalin tərəfindən Azərbaycan K(b)P MK-nın I katibi vəzifəsinə təyin edilir və sonra yazır ki, Bağırov çar ordusunun zabiti olubmuş. Mən (müəllif), həmin məqaləni yazana xatırla¬dıram ki, M.C.Bağırov 1933-cü ildən AK (b)P MK-nın I katibi seçilir və o, heç vaxt çar ordusunun zabiti olmamışdır. Yaxşı olar ki, məqalənin müəllifi kitabda M.C.Bağırov haqqındakı tərcümeyi-halı diqqətlə oxusun.xa0
Məqalədə guya müstəntiqlər tərəfindən M.C.Bağırovun ünvanına söylədikləri söyüşlərin müəllif tərəfindən hərtərəfli verilməsi məni (A.M.) çox hiddətləndirdi. Axı sual olunur ki, harda görünüb ki, istənilən müttəhim müstəntiq tərəfindən söyülsün və söyüşlər olduğu kimi istintaq protokoluna yazılsın. Ona görə də bütün mətbuat işçilərindən xahişim odur ki, bu cür məsələlərə diqqətlə yanaşsınlar və heç kimin də M.C.Bağırovu təhqir etməyə hüquqi cəhətdən əsası yoxdur.xa0
Bu günə qədər bu məhkəmə prose¬si barədə çox danışılıb və orada olan ittihamlarada ziddiyyətlixa0 münasibətlər olub. Ancaq yenə də bu məhkəmədə M.C.Bağırova qarşı səslənən, bəzi ittihamlara münasibət bildirmək istəyirəm. Belə ki, «M.C.Bağırovun məhkəməsi» kitabında, səh. 33 – 37, 37 – 40-da qeyd edilir:
«Biz artıq göstərmişik ki, 1917-ci ildə Qubada Əlibəy Zizinskinin Bağırovdan başqa köməkçisi iri mülkədar ailəsindən olan əksinqilabçı, müsavat parlamentinin üzvü Qazı Əhməd bəy Məhəmmədbəyov idi.
Azərbaycan sovetləşəndən sonra Məhəmmədbəyov heç bir repressiyaya uğramayıb, Mahaçqala şəhərində yaşayıb, hüquq məsləhətçisi işləyirmiş. Bağırov bundan xəbərdar olmaya bil¬məzdi. Çünki 1936-cı ilin fevralında Məhəmmədbəyov Triniçin işi üzrə şahid sifətilə dindirilirmiş. O vaxt öz ifa¬də¬lərində Məhəm¬mədbəyov göstərirdi ki, Bağırovla birlikdə o, qəza komissarı Əlibəy Zizinskinin müavini vəzifəsində çalışırmış. Ancaq Bağırov Zizinskinin birinci müavini oldu¬ğundan o, Əhməd Əfəndinin (Triniçin) 1918-19-cu illərdə Qubadakı fəaliyyəti barədə daha ətraflı məlumat verə bilər. Bağırov Məhəm¬mədbəyovun bu ifadələrindən xəbərsiz ola bilməzdi.
Əlində həmin şəxsləri cinayətkar kimi xarakterizə edən kifayət qədər material olmasına baxmayaraq, Bağırov uzun illər boyu qolçomaq Camal Mirzəyevə, onun oğulları Cəmil və Şamilə himayədarlıq etmişdir.
Bağırovun antisovet ünsürləri qorumasına və onlara hima¬yədarlıq etməsinə daha bir nümunə keçmiş müsavat pris¬tavı və siyasi quldur, çar zamanı xidmət etmiş Qiyas bəy Cahangir bəy oğlu Şıxlinskinin üzə çıxarılmasıdır. Bağırov onu nəinki üzə çıxardı, hətta Qazax qəzasında milis rəisi vəzifəsinə də təyin etdi.
O illərdə Azərbaycan BSİ işçiləri arasında Şıxlinski daima Bağırovla yaxınlığını qeyd edirdi. (ardı var)

MODERATOR.AZ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tezliklə yoxsulluğa son qoyacaq BÜRCLƏR

Tezliklə yoxsulluğa son qoyacaq BÜRCLƏR

Messi daha bir rekord qırdı

Messi daha bir rekord qırdı

Serbiya hərbi obyektlərin gizlədilməsində İranın təcrübəsindən istifadə edəcək

Serbiya hərbi obyektlərin gizlədilməsində İranın təcrübəsindən istifadə edəcək

Venesuelada zəlzələdə 60 min bina dağılıb

Venesuelada zəlzələdə 60 min bina dağılıb

Aygün Kazımovanın qeyri-adi səhnə obrazı - VİDEO

Aygün Kazımovanın qeyri-adi səhnə obrazı - VİDEO

Starmer 2028-ci ildə NATO-nun baş katibliyinə namizəd olacaq?

Starmer 2028-ci ildə NATO-nun baş katibliyinə namizəd olacaq?

Putin: "Rusiya ordusunun Sumıya çatmasına 10,5 km qalıb" - FOTO

Putin: "Rusiya ordusunun Sumıya çatmasına 10,5 km qalıb" - FOTO

Moskva regionunda yanacaq böhranı dərinləşir - Sərt limitlər tətbiq olunur - FOTO

Moskva regionunda yanacaq böhranı dərinləşir - Sərt limitlər tətbiq olunur - FOTO

Bazardüzündə sıldırımdan yıxılan alpinist belə xilas edildi - VİDEO

Bazardüzündə sıldırımdan yıxılan alpinist belə xilas edildi - VİDEO

Fars News: “İran üçün atom bombası əldə etmək zərurətə çevrilib”

Fars News: “İran üçün atom bombası əldə etmək zərurətə çevrilib”

ABŞ-da meşə yanğını: 3 yanğınsöndürən həlak oldu, 2-si yaralandı - VİDEO

ABŞ-da meşə yanğını: 3 yanğınsöndürən həlak oldu, 2-si yaralandı - VİDEO

Sumqayıtda minik avtomobili restorana çırpıldı - FOTO

Sumqayıtda minik avtomobili restorana çırpıldı - FOTO

Çin temperaturu 100 milyon dərəcə selsidən çox olan GÜNƏŞ YARADIR - FOTO

Çin temperaturu 100 milyon dərəcə selsidən çox olan GÜNƏŞ YARADIR - FOTO

Rusiyanın iri neft emalı zavodunda güclü yanğın - ANBAAN VİDEO

Rusiyanın iri neft emalı zavodunda güclü yanğın - ANBAAN VİDEO

İsrailin maliyyə naziri: "Qərb sahilinə 1 milyon yəhudi köçkünü gətirmək istəyirik" - VİDEO

İsrailin maliyyə naziri: "Qərb sahilinə 1 milyon yəhudi köçkünü gətirmək istəyirik" - VİDEO

Rusiyada benzin növbəsində dava: Kişi qadınları döydü - VİDEO

Rusiyada benzin növbəsində dava: Kişi qadınları döydü - VİDEO

Dmitri Medvedev "Vahid Rusiya"nın seçki siyahısına salınmadı

Dmitri Medvedev "Vahid Rusiya"nın seçki siyahısına salınmadı

Rusiya dövlət televiziyasında Azərbaycana qarşı təxribat: "Rossiya-1" rəhbərliyi hara baxır? - VİDEO

Rusiya dövlət televiziyasında Azərbaycana qarşı təxribat: "Rossiya-1" rəhbərliyi hara baxır? - VİDEO

Levandovski ABŞ-ın "Çınikaqo Fayr" klubuna keçəcək

Levandovski ABŞ-ın "Çınikaqo Fayr" klubuna keçəcək

Türkiyə XİN İsrailin qondarma “erməni soyqırımı”nı tanımaq qərarını kəskin pislədi - FOTO

Türkiyə XİN İsrailin qondarma “erməni soyqırımı”nı tanımaq qərarını kəskin pislədi - FOTO

"Sabah" "Ferentsvaroş"la heç-heçə etdi

"Sabah" "Ferentsvaroş"la heç-heçə etdi

Dmitri Medvedev Putinin çıxışı zamanı yuxuya getdi - VİDEO

Dmitri Medvedev Putinin çıxışı zamanı yuxuya getdi - VİDEO

İran deputatı: "Casus Xameneinin yanında idi" - FOTO

İran deputatı: "Casus Xameneinin yanında idi" - FOTO

Xarkovda sənaye zonasına dron zərbəsi endirildi - VİDEO

Xarkovda sənaye zonasına dron zərbəsi endirildi - VİDEO

End of content

No more pages to load

RADİO