Tağıyevin xanımı, ziyalı qadın Sona Tağıyevanın faciəvi sonluğu – Dəhşətli faktlar



Dərbəndin məşhur generalı Balakişi Ərəblinskinin qızı, dövrün məşhur milyonçusu Hacı Zeynalabdin Tağıyevin həyat yoldaşı və ondan dünyaya gətirdiyi beş övladın anası, Azərbaycan tarixində maarifpərvər bir qadın kimi adını yazmış neçə-neçə təhsil ocağının qurucusu olan Sona xanım Ərəblinskayaxa0 Aleksandrski məktəbinin qurucusu, Qızlar məktəbinin yaranmasında Hənifə Zərdabi ilə birlikdə mübarizə aparan, zəhmət çəkən və öz əri — milyonçu Tağıyevi bu məktəbə pul ayırmağa məcbur edən bir maarifpərvər idi.

Onun atası General-leytenant B. Ərəblinski Qafqazın müsəlman əhalisindən Rusiyada ilk ali hərbi təhsil alan Azərbaycan oğlu idi. 1896-cı ildə istefaya çıxan general-leytenant Balakişi Ərəblinski Dərbəndə qayıtmış, ömrünün axırına kimi orada yaşamış, imperator tərəfindən ona hədiyyə olunan torpaq sahəsinə başçılıq edib.

Azərbaycan aktyoru və rejissoru, Azərbaycan peşəkar teatr sənətinin banilərindən biri Xələfov Hüseyn Məmməd oğlu gənc xanıma vurğun idi. Sona Ərəblinskaya Qafqazın məşhur tragik artisti Hüseyn Xələfova heyranlıq duyur, onun tamaşalarında iştirak edir, ona güllər bağışlayırdı. Sona xanıma olan sevgisi tanınan gənc Hüseyni soyadını Ərəblinski etməyə qədər aparıb çıxarmışdı.xa0


Sona xanımın 17 yaşı olanda ona elçi gələnlər içərisində Hacı Zeynalabdin Tağiyev də var idi.

Bu barədə araşdırmaçı alim, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev Moderator.az-a açıqlamasında maraqlı faktları səsləndirir:

xa0“Elçilərdən hansın seçmək barədə anası ilə onun dialoqu belə olub:xa0
-Qızım bunların hansına ərə getmək istəyirsən?”
- “Hacıya getməyə razıyam. “
Sonra anası davam edir.
- “Ay qızım, günah heç kəsdə deyil, özündədir. Sən istədin həmi ərin dövlətli olsun, həmi sənə azadlıq versin, həmi də çox pul versin ki, yaxşı paltarlar geyib cavan oğlanlara xoş gələsən. İndi dustaq kimi otur evdə, heç kəsdən incimə.”

Hacı Zeynalabdin Tağıyevin Sona Ərəblinskayadan olan iki oğul övladı da cavan yaşda vəfat edir. Məhəmməd adlı oğlu intihar edir, İlyas adlı oğlu isə xəstəliyə yoluxub, ölür.


Sona xanım Bakı milyonçu xanımları içində həddən artıq zövqünə görə seçilirdi. Müsəlman xeyriyyə cəmiyyətinin fəal üzvlərindən biri olan Sona xanım maarifçilik işinə böyük diqqət verirdi. Çoxu bilməsə də Hacı Zeynalabidin Tağıyev qazanc əldə etməyəcəyi heç bir işə öz istəyi ilə vəsait ayırmamışdır. Onu bütün mədəni-maarif işlərinə vəsait ayırmağa məcbur edən Sona Ərəblinskaya idi. Qızlar məktəbinin açılması, tələbələrin xaricdə təhsil alması, qəzetlərin nəşr olunması üçün Sona xanımın təkidi ilə Tağıyev vəsait ayırırdı. 1919-cu ildən sonra təkcə Sona xanımın yox, elə Tağıyevin də həyatı qaranlığa qərq olur. Övladları pərən-pərən olan, mal-mülkü istismar olunan Tağıyev 1924-cü ildə Mərdəkandakı bağında dünyasını dəyişir. Onun yas mərasiminin ərzağını isə Bakı kəndlərinin əhalisi təmin edir. Bir müddət tanışlarının hesabına dolanan Sona xanım sonralar dilənməyə başlayır.


Zaur Əliyev Sona xanım haqqında başqa maraqlı məqamları da qeyd edir:

“General qızı, milyonçu xanımı, beş uşaq anası, maarifpərvər ziyalı Sona xanım Tağıyeva 1920-ci ildən 1938-ci ilə qədər Bakının küçələrində dilənərək yaşayır. Deyilənə görə onu tez-tez bolşeviklərin rəsmi orqanları qarşısında görürdülər. Bura gələn Sona xanım onların müsadirə edilən var dövləti içərisində Anasından ona qalan zümrüd qaşlı üzüyü istəyirmiş. Dəfələrlə ona qarşı kobudluq edən bolşeviklər sonda onun başına silahın qundağı ilə ağır zərbə endirir. Bu zərbədən sonra onun ağlında problemlər yaranır. Bundan sonra Bakının küçələrində qara nimdaş geyimdə, saçları dağınıq, divanə kimi gəzir və küçədən keçənlərə əl açaraq dilənirdi. Əlinə pul keçən kimi isə keçmiş zadəgan xanım şirniyyat dükanına gedir və sevdiyi tortdan bir dlim alır və gün ərzində onu yeyirdi. 1938-ci ilin soyuq qış günlərinin birində, Hüseyn Ərəblinskinin yaşadığı məhəllədə onu ovcünda bir parça quru çörək, ölmüş halda tapdılar. Məzar yeri də məlum deyil bu günə qədər....”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hindistanda açıq su axarına yıxılan uşaq möcüzə nəticəsində sağ qalıb - VİDEO

Hindistanda açıq su axarına yıxılan uşaq möcüzə nəticəsində sağ qalıb - VİDEO

Qiymətlər 30 faiz artır - Geciksəniz, daha çox ödəyəcəksiniz

Qiymətlər 30 faiz artır - Geciksəniz, daha çox ödəyəcəksiniz

Qonşumuzda benzinin qiyməti kəskin bahalaşdı - Səbəbi

Qonşumuzda benzinin qiyməti kəskin bahalaşdı - Səbəbi

Azərbaycanlı gənc Polşada vəfat etdi

Azərbaycanlı gənc Polşada vəfat etdi

Roma Papası ölüm hökmünü dəstəkləyən kilsə doktrinasını ləğv edir

Roma Papası ölüm hökmünü dəstəkləyən kilsə doktrinasını ləğv edir

Elnarə Xəlilova oğulları ilə - VİDEO

Elnarə Xəlilova oğulları ilə - VİDEO

Pomidoru qabığı ilə zeytun yağında bişirin - Professor səbəbini açıqladı

Pomidoru qabığı ilə zeytun yağında bişirin - Professor səbəbini açıqladı

Bakı-Qazax yolunda qəza: Bir nəfər ağır yaralandı

Bakı-Qazax yolunda qəza: Bir nəfər ağır yaralandı

Rəsmi Kiyevin Trampın Ukraynada yeni prezident seçilməsinə cavabı ləngimədi

Rəsmi Kiyevin Trampın Ukraynada yeni prezident seçilməsinə cavabı ləngimədi

Hörmüzdə nəhəng neft tankeri partlayıb

Hörmüzdə nəhəng neft tankeri partlayıb

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu - FOTO

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu - FOTO

Səhraya buraxılan 15 qoyun 35 il sonra imkansızı bacardı

Səhraya buraxılan 15 qoyun 35 il sonra imkansızı bacardı

“Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazandı

“Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazandı

Pələng gənc oğlanı parçaladı - VİDEO

Pələng gənc oğlanı parçaladı - VİDEO

Türkiyənin ən böyük kardioloji xəstəxanası yanır - VİDEO

Türkiyənin ən böyük kardioloji xəstəxanası yanır - VİDEO

Dünya üzrə piylənmə 4 dəfə artıb

Dünya üzrə piylənmə 4 dəfə artıb

Tramp: “Ukraynaya yeni prezident lazımdır” – VİDEO

Tramp: “Ukraynaya yeni prezident lazımdır” – VİDEO

Kofeşoplar çayxanaları necə tarixə QOVUŞDURUR?

Kofeşoplar çayxanaları necə tarixə QOVUŞDURUR?

Zevsin qardaşı məhkəmə zalından azadlığa buraxıldı

Zevsin qardaşı məhkəmə zalından azadlığa buraxıldı

“Toyota Prius” modelləri kəskin bahalaşdı – SƏBƏB?

“Toyota Prius” modelləri kəskin bahalaşdı – SƏBƏB?

Hamı hörükləri ilə tanıyırdı - Timoşenko imicini dəyişdi - VİDEO

Hamı hörükləri ilə tanıyırdı - Timoşenko imicini dəyişdi - VİDEO

Donald Tramp: Zelenski ABŞ və bütün dünya üçün problemlər yaratmaq istəyir - VİDEO

Donald Tramp: Zelenski ABŞ və bütün dünya üçün problemlər yaratmaq istəyir - VİDEO

Lerikə güclü dolu yağdı – VİDEO

Lerikə güclü dolu yağdı – VİDEO

Salyanda kişi balıq bişirməyən arvadını döydü

Salyanda kişi balıq bişirməyən arvadını döydü

End of content

No more pages to load

RADİO