Hitleri “infarkt edən”x9d 3 Azərbaycan alimi -ARAŞDIRMA

9 may sovet vaxtının ən nüfuzlu bayramı hesab edilirdi. Bu o gün idi ki, amansız “41-45”x9d-in həm arxa, həm də ön cəbhə iştirakçıları medallarının tozunu alar, köhnə-təzə pencəklərinin sinəsinə taxaraq bir araya gələrdilər. O zaman 9 may Böyük Vətən Müharibəsinin qələbə günü kimi qeyd edilərdi. İndi isə həmin “Böyük vətən”x9d tarixin lap böyük səhifələrinin arasında qərq olub. İndi 9 May sadəcə II Dünya Müharibəsinin bitdiyi bir tarix kimi xatırlansa da biz yenə də ona Qələbə günü kimi nəzər salırıq. Ən azından biz də döyüşmüşük, minlərlə insan itirmişik, minlərlə insan mənəvi və fiziki cəhətdən şikəst qalıb. Amma Azərbaycan bu itkilərə baxmayaq 1941-45-ci illərdə həqiqətən də böyük rəşadət göstərdi. Həm oğulları ilə, həm də nefti ilə.
Azərbaycan alimlərinin də bu işdə xidmətləri az olmadı. Düşünən beyin bir orduya bərabər iş gördü. Məhz həmin beyinlər  Hitleri “infarkt səviyyəsi”x9dnə çatdırdı. Axırda o, bu beyinlərin məhsulları hesabına silahlanan ordunun əlindən Reyxstaqda zəhər içərək özünü öldürdü. 
AMEA-nın hazırkı prezidenti akademik Akif Əlizadənin və Georgi Zapletinin yazdığı “ Vətənə və elmə xidmət etdilər ”x9d adlı kitabında müharibə vaxtı xüsusi fəaliyyət göstərən Azərbaycan alimlərinin adları çəkilir. Həmin alimlər arasında Azərbaycanın görkəmli şəxsiyyətləri ”“ Səməd Vurğun, Üzeyir Hacıbəyli,  Ziya Bünyadov, Həsən Əliyev, Yusif  Məmmədəliyev, Mustafa Topçubaşov və digərləri barədə məlumatlar yer alıb. 
Kitabda qeyd edilir ki, Azərbaycanın 100-dən çox alimi SSRİ-nin orden və medalları ilə təltif edilib. 7 Azərbaycan alimi dövlət mükafatına, 50 elmi işçi “Azərbaycanın əməkdar elm və texnika xadimi”x9d fəxri adına layiq görülüb. 
Moderator.az  müharibənin taleyinə təsir göstərən, Hitleri “infarkt edən”x9d alimlərimizdən yalnız üçünün adını çəkəcək. Bəri başdan onu deyək ki, Yusif Məmmədləiyevin bu istiqamətdəki işlərindən danışmağa o qədər də  ehtiyac yoxdu. Çünki uşaqdan böyüyə hamı Yusif Məmmədəliyevin sovet ordusu, neft-kimya sənayesi  üçün nə dərəcədə vacib kadr olduğunu bilir. Nobelin bir addımlığında olan böyük alim təəssüf ki, müəyyən səbəblərdən onu ala bilmədi. Amma Məmmədəliyev fenomeni bütövlükdə müharibənin taleyinə təsir etdi.

Biz bu mövzuda nisbətən kənarda qalan üç alimimizi xatırlayaq:

 
Şıxbala Əliyev  - Azərbaycanda kimya üzrə ilk elmlər namizədi və ilk kimya elmləri doktoru olub. 24 yaşında Azərbaycanda kimya elmləri üzrə ilk alim  olan Əliyev karyerasının ən ağır illərinin müharibəyə düşəcəyini heç xəyal etməzdi. Müharibə başlayan zaman cəmi 32 yaşı var idi. Elə bu yaşında  elmləri doktoru adını qazanır.  

Alimin  kəşfləri, elmi axtarışları, elmi tədqiqatları müharibə illərində neft sənayesində inqilabi irəliləyişlərə səbəb olub. 1941-ci ildə Şıxbala Əliyev Kimya İnstitutuna direktor təyin edilir. Ona bir sıra müdafiə əhəmiyyətli elmi işlərin yerinə yetirilməsi və institutun tematik planının hərbi məqsədlərə uyğunlaşdırılması kimi mühüm və məsuliyyətli vəzifə tapşırılır.
Müharibə dövründə Şıxbala Əliyev neft kimyası sahəsində böyük müdafiə məqsədli vacib işlər görür. Onun gördüyü ən vacib məsələlərə aşağıdakıları aid etmək olar: 1941-43-cü illərdə Kimya İnstitutunda kömür məmulatlarının və yerli materialların, elektroizolyasiya olunan lakların istehsalı, yanğından qorunma rənglərin istehsalı, kobaltın turşlaşması, sulfat turşusunun qalıqlarından istehsal olunan vanadiy katalizatorunun alınması, yeraltı sulardan yeyici natriy, yod, bromun alınması, lyuminoforların, stirolun və polistirolun alınması, sabun emalı ücün suiti piyinin təmizlənməsi və müharibə dövrünün bir çox vacib layihələri.
Elə həmin illərdə alim neft və neft məhsullarından üzvi maddələrin alınmasının perspektiv metodlarını işləyib hazırlayır, bunun nəticəsində Azərbaycan mədənlərində buruqların neft və axın xətlərinin deparafinizasiya metodu istifadə olunur ki, bunun da nəticəsində məhsuldarlıq xeyli artır.
Professor Ş. Əliyev tərəfindən həmçinin Azərbaycanın yanan suxurları da tədqiq edilib. Onun hazırladığı monoqrafiyada Azərbaycanın yanan suxurlarının fiziki və kimyəvi təbiətini və onlardan yanma mühərrikləri üçün yüksək keyfiyyətli yanacağın və digər müxtəlif assortimentli kimyəvi maddələrin alınması üçün emal üsülları da ətraflı araşdırılıb. 
Gənc alimin toluolun sintezi ilə bağlı elmi tədqiqatlarının əhəmiyyəti müharibə illərində xüsusi olaraq artır. Bu illərdə həmin kimyəvi birləşmələrə tələbat çox yüksək idi. Ş. Əliyevin ixtirasının tədbiqi ölkə üzrə toluolun istehsalının artmasına şərait yaradır. SSRİ Ali Attestasiya Komissiyasının qərarı ilə 1944-cü ildə Ş. Əliyev "Ümumi kimya" ixtisası üzrə Azərbaycanın ilk professoru yüksək adına layiq görülür.

 

Musa Əliyev- Akademiyanın sabiq prezidenti Musa Əliyev böyük geoloq olsa da, müharibə illərində əsasən yüksək vəzifələrdə fəaliyyət göstərərək qanlı “41-45”x9din taleyinə alimdən daha çox bir məmur kimi təsir edir. O, 1942-44-cü illərdə Azərbaycan Geologiya İdarəsinin rəisi, ondan sonra isə Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi kimi fəaliyyət göstərir. Onun müharibə zamanı əsas xidməti faydalı yataqların tapılması oldu. Bu əslində müharibəyə dayanmadan göndərilən  Bakı neftinin üstündəki qara buludları aradan qaldırırdı. Mərkəz Musa Əliyev, Mirəli Qaşqay, Şamil Əzizbəyov kimi düşünən beyinlərə, sehrbaz geoloqlara güvənib cəbhənin yaşam mənbəyi olan neftdən istifadə edirdi. Ordu, döyüşən əsgərlər qələbənin görünən tərəfi idi. Görünməyən tərəfi isə yüksək oktanlı benzinləri, müxtəlif yanacaqları hazırlayan alimlər idi.
İkinci Dünya müharibəsi ərəfəsində, gənc yaşlarında Azərbaycan Geologiya İdarəsinin baş mühəndisi kimi çalışan Musa Əliyev sonradan indiki Azərbaycan Dövlət Neft Akademiyasında dekan və 1939-41-ci illərdə Azərbaycan Sənaye İnstitutunun rektoru vəzifəsini tutub. 
1908-ci ildə Şamaxıda anadan olan Musa Əliyev yüksək rəhbər vəzifə üçün gənc sayılacaq 39 yaşında Azərbaycan Kommunist Parstiyasının Mərkəzi Komitəsinin üzvü və katibi seçilib, 40 yaşında - 1948-1949-cu illərdə Nazirlər Sovetinin sədr müavini təyin olunub. Bir müddət Dövlət Plan Komitəsinin sədri işləyən Musa Əliyev 3 dəfə SSRİ Ali Sovetinin deputatı seçilib. 1950-ci ildə o zaman üçün çox nüfuzlu vəzifə hesab edilən Azərbaycan SSR Elmlər Akademiyasının prezidenti vəzifəsinə gətirilib. 8 il bu vəzifədə çalışan geoloq alim akademiyanın geologiya sahəsində, eləcə də bir çox istiqamətlərdə irəli getməsinə şərait yaradıb.
Azərbaycanın ilk paleontoloq alimi olan Musa Əliyevin inzibati işlərini o səbəbdən sadaladıq ki, o, II Dünya Müharibəsində elmi ilə yanaşı, həm də inzibati idarəetmə qabiliyyəti ilə xidmət edib. Təsadüfi deyildi ki, məşhur Neft daşlarının salınması ideyasını Musa Əliyev məhz müharibə illərində verib. 
Azərbaycan Dövlət Plan Komitəsinin sədri Musa Əliyevin SSRİ Dövlət Plan Komitəsinin sədri Baybakovla olan yaxın əməkdaşlığı Neft Daşlarının ”“ möcüzəli dəniz şəhərinin nəhəng layihəsinin həyata keçirilməsində az rol oynamamışdır. Bu, 1948-49-cu illərin yaddaşına yazılan hadisə idi.


Mirəsədulla Mirqasımov ”“   II Dünya Müharibəsi vaxtı xeyli insanı ölümdən xilas edən və xüsusi üsullarla tibbi kəşflərə imza atan, bununla da müharibənin taleyinə təsir edənlərdən biri də akademiyanın ilk prezidenti və Azərbaycanın ilk cərrahı Mirəsədulla Mirqasımovdur. O, müharibə illərində arxa cəbhə hospitallar şəbəkəsini yaradır və ona rəhbərlik edir. Bu şəbəkənin səyi nəticəsində bir çox insan xilas edilir və yenidən cəbhəyə yollanılır. Akademik həkim bu xidmətlərinə görə “Qırmızı ulduz”x9d nişanına layiq görülür.  
Mirəsədulla Mirqasımov  1913-cü ildə Odessaya yollanır və orada 1916-cı ilə qədər tibb təhsili alır. Həmin il yenidən doğma Bakıya qayıdır və bir çox xəstəxanalarda aparıcı həkim-cərrah kimi fəaliyyət göstərir. Bununla yanaşı, o, tibb elmi sahəsində nəzəri araşdırmalara da qətiyyən ara vermir. Artıq Böyük Vətən Müharibəsi başlanan zaman xəstəxanalarda yaralıların vəziyyətinə rəhbərlik etmə səviyyəsinə qədər inam qazanır. O, buna qədər Bakı Dövlət Universitetinin tibb fakültəsinin topoqrafik anatomiya kafedrasında əməkdaş, bu fakültənin əsasında yaradılan Azərbaycan Tibb İnstitutunda Cərrahi xəstəliklər kafedrasının müdiri, eyni zamanda Müalicə-proflaftika fakültəsinin dekanı kimi fəaliyyət göstərib.

Elmin Nuri
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Çox xəyanət etmişəm"

"Çox xəyanət etmişəm"

Məhəmməd Muradlı Özbəkistanda beynəlxalq şahmat turnirində birinci oldu

Məhəmməd Muradlı Özbəkistanda beynəlxalq şahmat turnirində birinci oldu

Vinisius ispanca müsahibə verməkdən imtina etdi - VİDEO

Vinisius ispanca müsahibə verməkdən imtina etdi - VİDEO

Arda Turan hamını qabaqladı

Arda Turan hamını qabaqladı

Vatikanın yüksək səviyyəli rəsmiləri Azərbaycanda bir həftəlik səfərdə olacaq

Vatikanın yüksək səviyyəli rəsmiləri Azərbaycanda bir həftəlik səfərdə olacaq

Xorvatiyada qayıqlar toqquşdu: 3 Çexiya vətəndaşı həlak oldu

Xorvatiyada qayıqlar toqquşdu: 3 Çexiya vətəndaşı həlak oldu

Çində dəhşətli hadisə: İntensiv idman məşqindən sonra gəncin böyrəkləri sıradan çıxdı

Çində dəhşətli hadisə: İntensiv idman məşqindən sonra gəncin böyrəkləri sıradan çıxdı

Rusiya Müdafiə Nazirliyi: 100-dən çox Ukrayna dronu məhv edildi

Rusiya Müdafiə Nazirliyi: 100-dən çox Ukrayna dronu məhv edildi

DÇ-2026: Almaniya mundialın debütantını darmadağın etdi - VİDEO

DÇ-2026: Almaniya mundialın debütantını darmadağın etdi - VİDEO

Cəlilabadda peyvənd vurulan heyvanlar tələf oldu: AQTA araşdırmaya başladı - FOTO

Cəlilabadda peyvənd vurulan heyvanlar tələf oldu: AQTA araşdırmaya başladı - FOTO

Robert Köçəryanın Ermənistanı tərk etməsinə icazə verilmədi: "Zvartnos"da insident

Robert Köçəryanın Ermənistanı tərk etməsinə icazə verilmədi: "Zvartnos"da insident

Amerikalı müğənni helikopter qəzasında həlak oldu - VİDEO

Amerikalı müğənni helikopter qəzasında həlak oldu - VİDEO

Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım edildi - FOTO

Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım edildi - FOTO

Samarada yaşayış binasında güclü partlayış: Sakinlər təxliyə edildi - VİDEO

Samarada yaşayış binasında güclü partlayış: Sakinlər təxliyə edildi - VİDEO

Mehriban Əliyevadan Milli Qurtuluş Günü ilə bağlı PAYLAŞIM - FOTO

Mehriban Əliyevadan Milli Qurtuluş Günü ilə bağlı PAYLAŞIM - FOTO

SON DƏQİQƏ: Egey dənizinin qərbində 5 bal gücündə zəlzələ oldu

SON DƏQİQƏ: Egey dənizinin qərbində 5 bal gücündə zəlzələ oldu

Məhkəmədə "Səni sevmirəm, sevgi bitdi" dedi - BOŞANDILAR

Məhkəmədə "Səni sevmirəm, sevgi bitdi" dedi - BOŞANDILAR

Rusiya Xarkovun mərkəzinə dronla zərbə endirdi - VİDEO

Rusiya Xarkovun mərkəzinə dronla zərbə endirdi - VİDEO

Tramp: "İranla sazişdən dərhal sonra limanların blokadasını ləğv edəcəyəm"

Tramp: "İranla sazişdən dərhal sonra limanların blokadasını ləğv edəcəyəm"

Albaniyada etirazlar kəskinləşir: Trampın kürəkəninin tikinti sahəsində çəpərlər söküldü - VİDEO

Albaniyada etirazlar kəskinləşir: Trampın kürəkəninin tikinti sahəsində çəpərlər söküldü - VİDEO

Braziliyada iki helikopter toqquşub: 6 ölü var - VİDEO

Braziliyada iki helikopter toqquşub: 6 ölü var - VİDEO

Halı pisləşən uşaq niyə müayinə edilməyib? - VİDEO

Halı pisləşən uşaq niyə müayinə edilməyib? - VİDEO

Oman sahillərində batmış Hindistan gəmisinin bütün heyət üzvləri xilas edildi

Oman sahillərində batmış Hindistan gəmisinin bütün heyət üzvləri xilas edildi

13 yaşlı məktəbli vannada klinik ölüm vəziyyətində tapıldı

13 yaşlı məktəbli vannada klinik ölüm vəziyyətində tapıldı

End of content

No more pages to load

RADİO