«Megafun» tıxaca və qəzalara səbəb olur - FOTO

Bakının Nobel prospektində fəaliyyət göstərən «Megafun» əyləncə mərkəzini çoxları tanıyır. Bu mərkəzə hər gün yüzlərlə insan gəlir, böyüklər, uşaqlar burada əylənir. Amma «Megafun»un həmin ərazidə yaratdığı ciddi bir problem həmin istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinə və piyadalara ciddi əngəl törədir. Əngəl bir yana, hətta qəza şəraiti də yaranır. Burada tez-tez qəzalar da baş verir. 


Sürücülər bildirirlər ki, «Megafun» əyləncə mərkəzi hər iki tərəfdən yolun hərəkət hissəsinə bitişir. Nobel prospekti ilə paralel Afyəddin Cəlilov küçəsində də hər gün «Megafun»a gələnlərin avtomobilləri sıxlıq və qəza şəraiti yaradır. Bəzən «Megafun»a o qədər insan gəlir ki, buradakı parkinq dolur və bəzi sürücülər maşını yolun kənarında saxlayırlar. Yol polisləri isə burada dayanan maşınları cərimə meydançasına aparmırlar. Çünki onlar ümumiyyətlə, bu əraziyə yaxın gəlmirlər.

«Megafun»un Nobel prospektindən girişində binanın parkinqinə daxil olmaq üçün maşınlar dayanıb növbə gözləyir. Bundan əlavə, əyləncə mərkəzinə gələnləri gözləyən maşınlar və taksilər də burada yolun hərəkət hissəsində dayanırlar. Bununla da, yolun iki zolağı zəbt olunur. Bir qədər irəlidə hətta üçüncü zolağı da tuturlar.
«Megafun»un qarşısında azı 2 piyada keçidi yan-yana çəkilib. Yolun kənarında dayanan maşınların arasından qəfil yola çıxan piyadaları görmək isə mümkün olmur və oradan keçən sürücülərə çətin anlar yaşadır. Dəfələrlə olub ki, qəflətən yola çıxan piyadaya yol vermək üçün dayanan maşınları arxadan gələnlər vurub. Burada tez-tez bu cür xırda yol qəzaları baş verir. Ötən dövrdə isə iki dəfə piyadanı maşın vurub. 

Afiyəddin Cəlilov küçəsində də vəziyyət eynidir. Burada hər gün maşınlar səkiyə perpenduklyar dayanır və arxasında da əlavə olaraq bir cərgədə maşın olur. Bununla da, yolun iki zolağı zəbt olunur. Bu isə həm «Amay» Ticarət Mərkəzinin qarşısından gələn maşınlara, həm də «Megafun»un binasının başından geriyə dönənlərin əsas yola çıxmasına problem yaradır. Həmin maşınlar geriyə dönərkən ən sol zolağı tutmalı olduğu halda məcbur qalıb əsas yolda 2-ci, 3-cü zolağa çıxmalı olurlar. Bu zaman düzünə hərəkət edən maşınlarla toqquşma təhlükəsi yaranır. Bir qədər irəlidə isə «Megafun»dan çıxanları gözləyən maşınlar və taksilər yolu daraldır. Burada da piyadaların zebradan keçməsi təhlükəlidir. Çünki maşınların arasından qəfil yola çıxırlar və 60-70 km/saat sürətlə hərəkət avtomobilin bir anda dayanıb ona yol verməsi çətin məsələdir. Və elə bu səbəbdən də «Megafun»un qarşısında və arxasında hər gün tıxac və qəza şəraiti baş verir. Bunu görmək üçün çox vaxt itirmək lazım deyil. Ərazidə yarım saat müşahidə aparmaq kifayət edir.

Müşahidə demişkən, həmin ərazidə yol polisinin bir neçə müşahidə kamerası var. Maraqlıdır ki, nə kameralar, nə də ərazidə xidmət aparan yol polisləri bu qarışıqlığı və təhlükəli vəziyyəti «görmür»”¦
Ümumiyyətlə isə bu cür iri istirahət və əyləncə mərkəzlərinin şəhərin belə qarışıq nöqtələrində fəaliyyət göstərməsi normal hal deyil.(Avtosfer.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Britaniyada miqrantlarla bağlı qaydalar sərtləşdi

Britaniyada miqrantlarla bağlı qaydalar sərtləşdi

Ailəsindən küsən Bruklin Bekhem milyonlar qazanır – VİDEO

Ailəsindən küsən Bruklin Bekhem milyonlar qazanır – VİDEO

Trampdan ABŞ-ın yanacaq şirkətlərinə kəskin xəbərdarlıq: "Qiymətləri aşağı salın”

Trampdan ABŞ-ın yanacaq şirkətlərinə kəskin xəbərdarlıq: "Qiymətləri aşağı salın”

40 ildir Məkkədə qalıb – Ölkəsinə qayıda bilmir – VİDEO

40 ildir Məkkədə qalıb – Ölkəsinə qayıda bilmir – VİDEO

İranın qərbində atışma: SEPAH-ın iki hərbçisi öldürüldü

İranın qərbində atışma: SEPAH-ın iki hərbçisi öldürüldü

Çörək almağa gedən gənc qız itkin düşdü

Çörək almağa gedən gənc qız itkin düşdü

Bu gözəl xanımı artıq heç kəs görüşə çağırmır – FOTO

Bu gözəl xanımı artıq heç kəs görüşə çağırmır – FOTO

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

1/16 finalın bugünkü oyunlarının təqvimi -DÇ-2026

1/16 finalın bugünkü oyunlarının təqvimi -DÇ-2026

Makaka turistin telefonunu oğurladı - Selfi çəkdi – FOTO

Makaka turistin telefonunu oğurladı - Selfi çəkdi – FOTO

Paraqvay xalqı kef edir– Video

Paraqvay xalqı kef edir– Video

Qızılın qiymətində KƏSKİN UCUZLAŞMA

Qızılın qiymətində KƏSKİN UCUZLAŞMA

Abituriyentlərin DİQQƏTİNƏ – Ən gərgin rəqabətin olacağı qruplar AÇIQLANDI

Abituriyentlərin DİQQƏTİNƏ – Ən gərgin rəqabətin olacağı qruplar AÇIQLANDI

Sevgilisinin 90 mindən çox pulunu ələ keçirən bloqerin işi Ali Məhkəmədə

Sevgilisinin 90 mindən çox pulunu ələ keçirən bloqerin işi Ali Məhkəmədə

Neft hazırda hansı qiymətə satılır?

Neft hazırda hansı qiymətə satılır?

Elşad Qarayevin vəsiyyəti - Video

Elşad Qarayevin vəsiyyəti - Video

Altı zolaqdan gələn avtomobillər bir zolağa sığmağa çalışır – “Şirin dairəsi”ndən ŞİKAYƏT – VİDEO

Altı zolaqdan gələn avtomobillər bir zolağa sığmağa çalışır – “Şirin dairəsi”ndən ŞİKAYƏT – VİDEO

“Bitcoin”in SON qiyməti

“Bitcoin”in SON qiyməti

239 nəfərlə yoxa çıxan təyyarə ilə bağlı yeni qərar

239 nəfərlə yoxa çıxan təyyarə ilə bağlı yeni qərar

Ukraynadan Moskvaya növbəti dron hücumu – VİDEO

Ukraynadan Moskvaya növbəti dron hücumu – VİDEO

Bakının bəzi əraziləri işıqsız qalacaq – SİYAHI

Bakının bəzi əraziləri işıqsız qalacaq – SİYAHI

Emin ondan ev istəyən idmançıya görün nə hədiyyə etdi – Video

Emin ondan ev istəyən idmançıya görün nə hədiyyə etdi – Video

ChatGPT Rusiya daxilində yaranacaq beş dövlətin adını çəkib

ChatGPT Rusiya daxilində yaranacaq beş dövlətin adını çəkib

23 yaşlı azərbaycanlı Polşada faciəvi şəkildə VƏFAT ETDİ

23 yaşlı azərbaycanlı Polşada faciəvi şəkildə VƏFAT ETDİ

End of content

No more pages to load

RADİO