6 aylıq axtarışdan sonra dünən axşam saatlarında gizləndiyi evdə yaxalanan türkiyəli müğənni Dəniz Səki bu gün həbsxanaya köçürülüb.
Ailem.az Türkiyə mediasına istinadən xəbər verir ki, ötən gecəni polis bölməsində keçirən müğənni bu gün növbətçi məhkəməyə çıxarılıb və həbs qərarı üzünə oxunduqdan sonra cəzaçəkmə müəssisəsinə göndərilib.
Qeyd edək ki, D.Səki 2012-ci ildə 6 il 3 ay azadlıqdan məhrum edilmişdi. Cəzasının 7 ayını çəkən müğənni 3 ilə yaxın həbsxanada qalacaq.