Tələbələrin DİQQƏTİNƏ – Kreditlərlə bağlı yeni qayda GÜNDƏMDƏ – DETALLAR

Gələcəkdə təhsil tələbə kreditlərinin verilməsi zamanı ixtisaslar üzrə diferensial yanaşma tətbiq edilə bilər.

Bu barədə Təhsil Tələbə Krediti Fondunun (TTKF) İdarə Heyətinin sədri Bəhruz Əzimov məlumat verib.

Fond rəhbəri qeyd edib ki, təhsil kreditlərinə maraq ildən-ilə artır:

“Vətəndaşlar artıq təhsil kreditlərinin üstünlüklərini daha yaxşı anlayır və bu da müraciətlərin sayında özünü göstərir. Kreditlərə müraciət və rəsmiləşmədə artan dinamikanı hiss edirik. Vətəndaşlar başa düşürlər ki, öz vəsaiti hesabına təhsil haqqını ödəməkdənsə, təhsil kreditindən istifadə edib vəsaitlərini digər istiqamətlərə yönəldə bilərlər”.

B.Əzimovun sözlərinə görə, mövcud təhsil kreditlərinin şərtləri digər maliyyə alətləri ilə müqayisədə daha əlverişlidir:

“Əgər standart təhsil kreditlərini ipoteka kreditləri ilə müqayisə etsək, faiz dərəcəsi 6 faiz təşkil edir. Həm faiz dərəcələrinə, həm də geriödəmə müddətinin uzunluğuna baxdıqda kifayət qədər uyğun şərtlərin olduğunu görürük”.

Fondun sədri hazırda bütün ixtisaslar üzrə kredit verildiyini vurğulayıb. O bildirib ki, gələcəkdə müəyyən ixtisaslar üzrə fərqli yanaşmalar tətbiq oluna bilər:

“Hazırda təhsil tələbə kreditləri üzrə hər hansı ixtisas istiqaməti üçün kredit məbləğinə limit tətbiq edilmir və kreditlər bütün ixtisaslar üzrə təhsil haqqının məbləğinə uyğun olaraq təqdim edilir. Bununla belə, gələcəkdə bu məsələyə yenidən baxılması istisna edilmir. Diferensial yanaşmanın tətbiqi halında əmək bazarında daha çox tələbat olan ixtisas istiqamətləri üzrə fərqli yanaşmaların nəzərdə tutulması mümkün ola bilər”.

İxtisas seçimi problemi

Nəzərə alaq ki, hazırki reallıq onu göstərir ki, ixtisas seçimi gənclərin arzusundan daha çox Dövlət İmtahan Mərkəzinin qaydalarından asılıdır. Bu səbəbdən də bəzi gənclər və onunların valideynləri diplom xatirinə bir sıra hallarda istəmədikləri və iş tapmaqda çətinlik olan ixtisasları seçirlər.

Nəzərə alaq ki, təhsil kreditlərindən əsasən sosial durumu zəif olan gənclər faydalanır. Ona görə də yeni qaydaların tətbiqi bir çox gənclərin ali təhsil almaq arzusuna son verə bilər.

Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən Millət vəkili Fazil Mustafa hesab edir ki, istənilən dəyişiklik təhsilin inkişafına fayda verməlidir:

“Əgər dəyişiklik təhsilin inkişafına fayda vermirsə və ictimai rəyi də müəyyən qədər qane eləmirsə, cəmiyyətin, xüsusilə də təhsilalanların marağına uyğun gəlmirsə yeni qaydaların tətbiqinin bir mənası qalmır. Biz çalışmalıyıq ki, bütün qaydalar məhz insanların marağına uyğun olsun.

İlk öncə hər kəs peşə seçimində daha çox sərbəstlik əldə etməlidir ki, sonra peşiman olmasın, yarıda dayanmasın, peşiyə həvəssiz yanaşmasın, ixtisasına uyğun, daha səylə çalışa bilsin. Bütün bu sadaladıqlarım çox vacib məsələlərdir. Ona görə də hər zaman təhsilalanların maraqlarının gözlənməsi vacibdir. Əgər təhsil tələbə kreditlərində yeni qaydalar tətbiq olunacaqsa, ilk növbədə bunun zəruriliyi, faydası izah olunmalıdır”.

Müsahibimiz onu da qeyd edib ki, eksperimentlər, pilot layihələr çox zaman insanlar üçün, xüsusən də müstəqil həyata yeni başlayanlar üçün üçün böyük sıxıntılar yaratmış olur:

“Ona görə də istənilən yeni tətbiq insanların maraqlarına və arzusuna xidmət etməlidir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu şəxslərə içki içmək QƏTİ OLMAZ – Ölümlə nəticələnir

Bu şəxslərə içki içmək QƏTİ OLMAZ – Ölümlə nəticələnir

Payız axşamlarında izlənməli 5 film

Payız axşamlarında izlənməli 5 film

Paytaxt küçələri yağış sularından belə təmizlənir – FOTO

Paytaxt küçələri yağış sularından belə təmizlənir – FOTO

“Son 33 ildə dövlət büdcəsi 50 dəfəyə yaxın böyüyüb”

“Son 33 ildə dövlət büdcəsi 50 dəfəyə yaxın böyüyüb”

Bahalı saatı gündəm oldu - Foto

Bahalı saatı gündəm oldu - Foto

Süni intellektdən TARİXİ NAİLİYYƏT: Napoleonun 200 illik şifrəli məktubunu 6 saata ÇÖZDÜ

Süni intellektdən TARİXİ NAİLİYYƏT: Napoleonun 200 illik şifrəli məktubunu 6 saata ÇÖZDÜ

Bakıda bir neçə yolda sürət həddi ENDİRİLDİ

Bakıda bir neçə yolda sürət həddi ENDİRİLDİ

Azərbaycanın taleyində DÖNÜŞ NÖQTƏSİ - Dövlətçiliyimizin gələcəyini müəyyən edən tarixi seçim

Azərbaycanın taleyində DÖNÜŞ NÖQTƏSİ - Dövlətçiliyimizin gələcəyini müəyyən edən tarixi seçim

Yağışlı havada evdə səmərəli vaxt keçirmək üçün TÖVSİYƏLƏR

Yağışlı havada evdə səmərəli vaxt keçirmək üçün TÖVSİYƏLƏR

Kaşpirovski vəfat etdi

Kaşpirovski vəfat etdi

Aparıcı Çinarə həkim ərinin yeni bahalı maşınını nümayiş etdirdi - (Video)

Aparıcı Çinarə həkim ərinin yeni bahalı maşınını nümayiş etdirdi - (Video)

Saçları fensiz düz saxlamağın ən rahat üsulu – yumamışdan qabaq bunları edin

Saçları fensiz düz saxlamağın ən rahat üsulu – yumamışdan qabaq bunları edin

Bakıda bu avtomobil yolu birdəfəlik bağlanır - Tarix açıqlandı

Bakıda bu avtomobil yolu birdəfəlik bağlanır - Tarix açıqlandı

Təcavüzə məruz qalan 23 yaşlı azərbaycanlını Pakistana aparan biznesmen kimdir? – FOTO

Təcavüzə məruz qalan 23 yaşlı azərbaycanlını Pakistana aparan biznesmen kimdir? – FOTO

“O, həmişə əfsanə olaraq qalacaq” - Foto

“O, həmişə əfsanə olaraq qalacaq” - Foto

"Estetika memuarları" - Azərbaycan estetikasının yaddaşına yazılan kitab (FOTO)

"Estetika memuarları" - Azərbaycan estetikasının yaddaşına yazılan kitab (FOTO)

Göyçayda güclü yağışın törətdiyi fəsadlar – FOTO/VİDEO

Göyçayda güclü yağışın törətdiyi fəsadlar – FOTO/VİDEO

Hansı hallarda dini kəbinə icazə verilir? – Şərtlər AÇIQLANDI

Hansı hallarda dini kəbinə icazə verilir? – Şərtlər AÇIQLANDI

Sərxoş vəziyyətdə tramvayı qaçırdı – VİDEO

Sərxoş vəziyyətdə tramvayı qaçırdı – VİDEO

Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Beynəlxalq Müəllimlər Gününə həsr olunan tədbir keçirildi – FOTO

Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Beynəlxalq Müəllimlər Gününə həsr olunan tədbir keçirildi – FOTO

Sabah da yağış YAĞACAQ

Sabah da yağış YAĞACAQ

Onu görəndə almanlar gizlənməyə yer axtarırdı – “Uçan tank”ın inanılmaz tarixçəsi

Onu görəndə almanlar gizlənməyə yer axtarırdı – “Uçan tank”ın inanılmaz tarixçəsi

Gecə yatarkən işığı söndürməyənlərə XƏBƏRDARLIQ

Gecə yatarkən işığı söndürməyənlərə XƏBƏRDARLIQ

2026-cı ilin ən yaxşı Çin avtomobilləri bəlli oldu

2026-cı ilin ən yaxşı Çin avtomobilləri bəlli oldu

End of content

No more pages to load

RADİO