Bu gün Bakı Apellyasiya Məhkəməsində müğənni Nazənin əri Məhəbbət Həsənovla müğənni Təranə Qumralın məhkəmə prosesi olub.xa0
Məhkəmənin qərarı ilə T.Qumralın 5 min manat cəriməsi 3 min manata endirilib. Nazəninin əri Məhəbbət Həsənov isə verilən qərarın onu qane etmədiyini və Təranənin üzr istəməli olduğunu deyib:
xa0
“Qərara əsasən, Təranənin bizə ödəyəcəyi məbləğ 5 mindən 3 min manata endirilib. O da buna sevinir. Məhkəmədə uduzan biri necə sevinə bilər axı? Onun ödəyəcəyi cərimə bizə maraqlı deyil. O, bizdən üzr istəməlidir. Çünki başımıza gətirdiyi oyunları pula görə edib. Bu qadın başqasının kişisi ilə görüşməyi özünə necə fəxr bilir? Bunun yeznəsi, əri, qohumları hara baxır? Bu qadın özünə sual vermir ki, məhkəmədə adım başqasının əri ilə niyə hallanır? Bundan əvvəlki məhkəmədə demişdi ki, “mən qalib gəlmişəm”x9d. Başa düşə bilmirəm, məhkəməni udan adam niyə cərimə ödəsin ki? Ona məsləhətim budur ki, üzr istəsin. Onun mənə yazdığı intim mesajlar hələ də məndə durur. Bizdən üzr istəməyənədək, bu işdən geri addım atmayacağam. Maraqlıdır ki, Təranə camaatın içinə necə çıxacaq?”x9d.(Axşam.az)