Məşhur türk serialında səslənən şeir Nəsiminin deyilmiş...

Türk kanallarından birində efirə gedən “Eşkiya dünyaya hükümdar olmaz”x9d serialında səslənən bir mahnının sözləri çoxlarında sual yaratdı. Əcəba bu sözlər İmadəddin Nəsimiyə aiddirmi? Söhbət Ahmet Aslanın oxuduğu “Minnət eyləməm”x9d mahnısından gedir.
xa0
Söhbətə bir az uzaqdan başlayaraq deyim ki, İmadəddin Nəsimi Anadoluda da məşhur idi. Ələvilikdə “Yeddi ulu ozan”x9ddan sayılır. Nəsimi öldürüldükdən sonra bir sıra şairlər onun şərəfinə özlərini Nəsimi adlandırırdılar. Yəqin “Nəsimi”x9d filminin sonluğundakı replikanı xatırlayırsız: “Bilmirəm bu neçənci Nəsimidir.”x9d
xa0
Elə buna görə də Anadoluda bir sıra şairlərin şeirləri ilə Nəsiminin şeirləri qarışdırılıb. Bu şeirlərdən biri də “Minnət eyləməm”x9ddir.
xa0
Anadoluda bir neçə Nəsimi olub. Amma aralarında ən məşhuru Qul Nəsimidir. O, XVII əsrdə Osmanlı torpaqlarında yaşayıb. Heca və əruzda yazıb, Şah İsmayıl və Nəsimidən təsirlənib. Bu səbəbdən bəzən şeirləri Nəsimi ilə qarışdırılır.
xa0
İndi isə gələk məlum mahnının sözlərinə. Lap birinci onu qeyd etmək lazımdır ki, bu şeir Nəsiminin kitablarında yer almayıb. Əgər bu fakt bəs etmirsə başqa faktlara keçək. Aşağıda sizə təqdim etdiyimiz şeirin ikinci misrası belədir: “Ərəbi, farsi bilməm, dilə minnət eyləməm.”x9d Bu misradan görünür ki, şeirin müəllifi ərəb və fars dillərində bilmirmiş. İmadəddin Nəsimi isə nəinki ərəb və fars dillərində bilir, bu dillərdə şeir də yazırdı. Onun farsca divanı da var.
xa0
Mahnının son bəndinin sonuncu misrasında da maraqlı nüans gizlənib. Misra bu cürdür: “Yeryüzünün xəlifəsi hünkara minnət eyləməm.”x9d
xa0
Əvvəla “hünkar”x9d ifadəsi türk sultanlarına xitabən işlədilirdi. Nəsiminin isə Osmanlı sultanları ilə əlaqəsinin olması faktına tarixi mənbələrdə rast gəlinmir. Bəlkə də olub, səhv edirəm. Amma ikinci səbəb daha tutarlıdır.
xa0
Son misrada həm “hünkar”x9d, həm də “bu dünyanın xəlifəsi”x9d ifadəsi işlədilir. Əlbəttə, Osmanlı sultanları həm də islam xəlifəsi idilər. Amma bu, Nəsiminin vaxtında belə deyildi. Osmanlı sultanları içində ilk xəlifə I Səlimdir. O, 1517-ci ildə Misir səfərindən qayıdanda özü ilə “Qutsal əmanətlər”x9di də gətirdi. Bundan sonra Osmanlı sultanları həm də xəlifə oldular. İmadəddin Nəsimi isə xəlifə olan ilk Osmanlı sultanından tam 100 il əvvəl ölüb. İmadəddin Nəsimi Osmanlı sultanına müraciət etsəydi belə ona “bu dünyanın xəlifəsi”x9d deməzdi.
xa0
Təbii, bəlkə kiminsə könlündən keçərdi ki, o serialda İmadəddin Nəsiminin şeiri oxunsun. Amma o demək deyil ki, özümüzü aldadaq, əsas odur şeir gözəldir, kimin olursa olsun...(lent.az)
xa0
Şeiri təqdim edirik.
xa0
Xar içində bitən qönçə gülə minnət eyləməm,
Ərəbi, farisi bilməm, dilə minnət eyləməm.
Sirat-i müstəqim üzrə izləyərəm Rahimi
İblisin təlim etdiyi yola minnət eyləməm.
xa0
Bir əcaib dərdə düşdüm, hər kəs gedər karına,
Bu gün buldum - bu gün yerim, Haq kərimdir yarına,
Zərrəcə tamahım yoxdur bu dünyanın varına
Ruzimi verən Xudadır, qula minnət eyləməm...
xa0
Ey Nəsimi, can Nəsimi ol qəni mehman ikən,
Yarın şəfaətlərim əhmədi-muxtar ikən,
Cümlənin ruzisin verən ol qəni səttar ikən
Yeryüzünün xəlifəsi hünkara minnət eyləməm.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Erkən yaşlanma gənclərdə xərçəng riskini artıra bilər - Mütəxəssisdən XƏBƏRDARLIQ

Erkən yaşlanma gənclərdə xərçəng riskini artıra bilər - Mütəxəssisdən XƏBƏRDARLIQ

Venesuelada baş verən zəlzələdə ölənlərin sayı 920-yə çatdı

Venesuelada baş verən zəlzələdə ölənlərin sayı 920-yə çatdı

Hava ilə bağlı daha bir XƏBƏRDARLIQ: Subasma, sel olacaq

Hava ilə bağlı daha bir XƏBƏRDARLIQ: Subasma, sel olacaq

SON DƏQİQƏ! Pakistanda güclü ZƏLZƏLƏ baş verdi

SON DƏQİQƏ! Pakistanda güclü ZƏLZƏLƏ baş verdi

"Nissan" 600 mindən çox avtomobili geri çağırır - SƏBƏB

"Nissan" 600 mindən çox avtomobili geri çağırır - SƏBƏB

Bu gün Ümumdünya Balıqçılıq Günüdür

Bu gün Ümumdünya Balıqçılıq Günüdür

"Kitabı əzbər bilirdim, amma əllərim əsirdi" - 58 bal toplayan müəllim

"Kitabı əzbər bilirdim, amma əllərim əsirdi" - 58 bal toplayan müəllim

Bu gün Bakıda UFC turniri KEÇİRİLƏCƏK

Bu gün Bakıda UFC turniri KEÇİRİLƏCƏK

Psixoloqlar zəngin olmaq üçün lazım olan iki vərdişi açıqladı

Psixoloqlar zəngin olmaq üçün lazım olan iki vərdişi açıqladı

Həbsdə olan şəxsin bank hesabından ailəsi istifadə edə bilərmi? – HÜQUQİ İZAH

Həbsdə olan şəxsin bank hesabından ailəsi istifadə edə bilərmi? – HÜQUQİ İZAH

Yaxın saatlarda Abşeronda leysan yağa, dolu düşə bilər – XƏBƏRDARLIQ

Yaxın saatlarda Abşeronda leysan yağa, dolu düşə bilər – XƏBƏRDARLIQ

İllər sonra Bakıdadır — VİDEO

İllər sonra Bakıdadır — VİDEO

Kral Bukinqem sarayını TƏRK EDİR

Kral Bukinqem sarayını TƏRK EDİR

Azanı qadağan etməyə hazırlaşırlar

Azanı qadağan etməyə hazırlaşırlar

GÜNÜN HAVASI: Leysan, dolu...

GÜNÜN HAVASI: Leysan, dolu...

Uzun müddət oturmağın zərərini azaltmağın ƏN SADƏ YOLU açıqlandı

Uzun müddət oturmağın zərərini azaltmağın ƏN SADƏ YOLU açıqlandı

Dörd gün maqnit qasırğası olacaq - TARİXLƏR

Dörd gün maqnit qasırğası olacaq - TARİXLƏR

Diabet riski yüksək olan QAN QRUPU açıqlandı

Diabet riski yüksək olan QAN QRUPU açıqlandı

Lətifənin yeni biznesi - VİDEO

Lətifənin yeni biznesi - VİDEO

Bu BÜRCLƏR istənilən xaosdan xilas olurlar

Bu BÜRCLƏR istənilən xaosdan xilas olurlar

Bazarda qarpız və yemişin SON QİYMƏTİ - VİDEO

Bazarda qarpız və yemişin SON QİYMƏTİ - VİDEO

Konqoda Eboladan ölüm göstəricisi YÜKSƏLDİ

Konqoda Eboladan ölüm göstəricisi YÜKSƏLDİ

Neymar MLS klubuna keçmək istəmədi

Neymar MLS klubuna keçmək istəmədi

Yarımçıq qalan böyük sevgi: Türkan Şorayla Kadir İnanır niyə evlənmədi?

Yarımçıq qalan böyük sevgi: Türkan Şorayla Kadir İnanır niyə evlənmədi?

End of content

No more pages to load

RADİO