Türkiyənin “Hürriyet”x9d qəzeti “Azad Azərbaycan”x9d telekanalında yayımlanan “Bu stil mənim”x9d proqramı haqda yazıb.
Moderator.az musavat.com-a istinadən xəbər verir ki, Türkiyə mətbuatı Türkiyənin “Bu tarz benim”x9d proqramının Azərbaycan versiyası olan "Bu stil mənim”x9ddə qızların dava etməsi məsələsinə toxunub:
“Qızlar dava etməkdən yorulmurlar. “Bu tarz benim”x9d proqramının Azərbaycan versiyası olan "Bu stil mənim”x9d yayımlanmağa başlayıb. ATV-də nümayiş olunan proqramın münsif kürsüsündə aktyor Tolqa Karelin keçmiş həyat yoldaşı, maneken Günay Musayeva da əyləşir. Hər gün yeni bir konseptlə səhnəyə çıxan müsabiqə iştirakçıları bir-birilərinə kinayəli sözlər atıb, dava salırlar”x9d.
Qeyd edək ki, "Bu stil mənim" gözəllik yarışmasının çəkilişləri Türkiyədə baş tutur. Müsabiqənin münsifləri modelyer Fəxriyyə Xələfova, model Günay Musayeva, teleaparıcı Zaur Baxşəliyevdir. Proqramın aparıcılığını isə Günay Baxşəliyeva edir.