Ağasəlim Səmədağa oğlu Şükürov Azərbaycan Respublikasının Livan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Həmçinin dövlət başçısının digər sərəncamı ilə Səməd Əyyub oğlu Həsənov Azərbaycan Respublikasının Livan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Bizim.Media