“Azərbaycanın ən böyük uğuru 44 günlük müharibədən sonra qazandığımız Zəfərimiz oldu”.
Bizim.Media xəbər verir ki, bunu deputat Vahid Əhmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.
“Azərbaycan müstəqillik əldə etdikdən bu yana çox uğurlar qazanıb. Lakin Azərbaycanın ən böyük uğuru 44 günlük müharibədən sonra qazandığımız Zəfərimiz oldu. Bizim ən böyük uğurumuzun səbəbi millətimizin Preidentimizin ətrafında birləşməsi oldu.
Bu gün cəmiyyətimizdə həmin birliyin yaranmasına ehtiyac var. Xüsusən də, regionumuzda qonşu ölkələrdə baş verən proseslər bu birliyi zərurətə çevirib”, - deyə deputat əlavə edib.
Murad Əhmədov, Bizim.Media