“Avropa İttifaqı (Aİ) çox qısa zamanda monitorinq missiyasını Ermənistan-Azərbaycan sərhədinə göndərəcək”.
Bizim.Media xəbər verir ki, bu barədə Aİ-nın Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell brifinq zamanı deyib.
O bildirib ki, bu gün keçirilən iclasda Aİ-nın XİN başçıları Ermənistan-Azərbaycan sərhədinə missiyanın göndərilməsinə “yaşıl işıq yandırdılar”.
“Növbəti həftələrdə monitorinq missiyası göndəriləcək. Bizim qısa zamanda bu məsələ ilə bağlı necə işlədiyimizdən qürur duyuram. Azərbaycan və Ermənistan arasında normallaşma istiqamətində işlərdə iştirakımız bir daha sübut edir ki, biz Cənubi Qafqazda sülhü və sabitliyi dəstəkləyirik”, - deyə Borrell qeyd edib.
Bizim.Media