“Təşəbbüskarlığı olan da, olmayan da ali təhsil istəyir. Az balla universitetə girirlər. Diplomu aldıqdan sonra isə zəhmətli iş görməyə utanırlar”.
Bizim.Media xəbər verir ki, bunu Space TV-nin efirində yayımlanan "Qarışıq gündəm" verilişində millət vəkili Tahir Rzayev deyib.
“Düşünürlər ki, mən ali təhsilliyəm. Niyə bərbər işləyib, pambıq əkməliyəm? Bu gün kəndlərimizdə cavan qızlar inək sağa, cavan oğlanlar torpaq suvara bilmirlər” – deyə Rzayev bildirib.
Bizim.Media