XİN-dən azərbaycanlıların qəbirlərinə qarşı edilən erməni vandallığı ilə bağlı AÇIQLAMA

Son günlər sosial şəbəkələrdə radikal ermənilər tərəfindən Azərbaycan qəbristanlıqlarının dağıdılması videoları yayılıb.

Təhqiramiz ifadələrlə azərbaycanlıların qəbirlərinə qarşı vandallıq aktlarının törədildiyi, qəbir daşlarının yük maşını ilə dağıdıldığı bu görüntülər Ermənistan tərəfindən uzun illər ərzində həyata keçirilən Azərbaycan irsinin məhv edilməsi siyasətinin növbəti bariz nümunəsidir. 

Bu barədə Bizim.Media-ya XİN-dən bildirilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Xankəndi yaxınlığında ermənilər azərbaycanlılara aid məzarları dağıdıblar - VİDEO


"Məlum olduğu kimi Ermənistan ərazisində tarixən məskunlaşan azərbaycanlılara məxsus tarixi, mədəni, dini irsi məqsədyönlü şəkildə məhv etməklə yanaşı, 30 ilə yaxın işğal altında saxladığı Qarabağ və ətraf rayonlarda da misli görünməmiş dağıntılar törədib. Tarixi-dini abidələri yerlə yeksan edib, qəbristanlıqlara qarşı vandallıq aktları həyata keçirib. Beləliklə də, bu ərazilərdəki azərbaycanlı izlərini tamamilə silməyə çalışıb.

Ermənistanın həyata keçirdiyi qeyri-qanuni fəaliyyət, o cümlədən müəllifi olduğu urbisid, ekosid və kultursid aktları ilə bağlı faktlar toplanaraq beynəlxalq təşkilatlara təqdim olunub. 

Azərbaycan ərazilərində qanunsuz məskunlaşan erməni əhali, hətta hərbi əməliyyatlar bitdikdən sonra Azərbaycan ərazilərini tərk edən zaman infrastruktura, abidələrə, ətraf mühitə zərər vurub. 

Bu, nifrət zəminində törədilmiş cinayətlərin qarşısının alınması, cinayətkarların cəzalandırılması istiqamətində indiyədək Ermənistanın aidiyyəti qurumları tərəfindən heç bir addım atılmayıb.

Bunun səbəbi, Azərbaycan irsinin məhv edilməsi siyasətinin Ermənistanda dövlət səviyyəsində aparılmasıdır. 

Ermənistan tərəfindən 30 illik işğal dövründə UNESCO missiyasının bölgəyə səfərinin qarşısının alınması, Azərbaycan ərazilərini azad etdikdən sonra missiyanı bölgəyə dəvət etsə də yenidən Ermənistanın destruktiv mövqeyinə görə UNESCO missiyasının səfərinin hələ də baş tutmaması dərin təəssüf doğurur. 

Yayılan video görüntülər Ermənistanın nədən beynəlxalq missiyanın bölgəyə səfərində maraqlı olmadığını aydın şəkildə göstərir. 

Radikal ermənilər tərəfindən törədilən bu vandallıq əməlləri kövrək post-münaqişə mərhələsində iki dövlət arasında normallaşma prosesinə zərbədir. 

Azərbaycan tərəfindən, azad olunmuş ərazilərdəki böyük dağıntıları, video görüntülər şəklində yayılmış vandallıq əməllərini müvafiq şəkildə toplanıb, sənədləşdirilir və bu əməllərə, o cümlədən vurulmuş zərərə görə Ermənistan tərəfinin cavab verməsi üçün müvafiq addımlar atılır. 
Beynəlxalq ictimaiyyət Ermənistan tərəfindən yalnız Azərbaycanın deyil, eləcə də bəşəriyyətin irsinə qarşı törədilən vəhşiliklərlə bağlı susmamalıdır". - məlumatda deyilir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ-nin vitse-prezidenti Azərbaycana SƏFƏR EDƏCƏK

ABŞ-nin vitse-prezidenti Azərbaycana SƏFƏR EDƏCƏK

Fransalı Messi Səudiyyə Ərəbistanı KLUBUNDA

Fransalı Messi Səudiyyə Ərəbistanı KLUBUNDA

“Aİ sanksiyaları birliyin özünə zərər verir” - Fitso

“Aİ sanksiyaları birliyin özünə zərər verir” - Fitso

Abituriyentlər niyə daha çox paytaxt universitetlərinə üstünlük verirlər? - VİDEO

Abituriyentlər niyə daha çox paytaxt universitetlərinə üstünlük verirlər? - VİDEO

“Mançester Yunayted” “Tottenhem”ə qalib gəldi - VİDEO

“Mançester Yunayted” “Tottenhem”ə qalib gəldi - VİDEO

Səudiyyə Ərəbistanı Hələbdəki hava limanlarının inkişafına 2 milyard dollar AYIRIR

Səudiyyə Ərəbistanı Hələbdəki hava limanlarının inkişafına 2 milyard dollar AYIRIR

Almaz Ələsgərlidən Rəhim Rəhimli haqda ŞOK SÖZLƏR: "Ölümündə..."

Almaz Ələsgərlidən Rəhim Rəhimli haqda ŞOK SÖZLƏR: "Ölümündə..."

İsmayıllıda oteldə YANĞIN OLDU

İsmayıllıda oteldə YANĞIN OLDU

Cüdoçumuz “Böyük Dəbilqə”nin QALİBİ OLDU - VİDEO

Cüdoçumuz “Böyük Dəbilqə”nin QALİBİ OLDU - VİDEO

İnsanlarla dolu attraksion uçdu, ölən və yaralılar var - ANBAAN VİDEO

İnsanlarla dolu attraksion uçdu, ölən və yaralılar var - ANBAAN VİDEO

Türkiyəli futbolçu “Yuventus”da ən çox qazananlardan OLACAQ

Türkiyəli futbolçu “Yuventus”da ən çox qazananlardan OLACAQ

Bakıda kafenin tualetindən meyit TAPILDI

Bakıda kafenin tualetindən meyit TAPILDI

Tarkan günlər sonra qızına qovuşdu - VİDEO

Tarkan günlər sonra qızına qovuşdu - VİDEO

Bakıda OLAY: Evdən 10 minlik cehizlik əşyalar oğurlandı - FOTO

Bakıda OLAY: Evdən 10 minlik cehizlik əşyalar oğurlandı - FOTO

Tramp İranla ticarət aparan ölkələri HƏDƏLƏDİ

Tramp İranla ticarət aparan ölkələri HƏDƏLƏDİ

“Qalatasaray” İkardi ilə bağlı QƏRAR VERDİ

“Qalatasaray” İkardi ilə bağlı QƏRAR VERDİ

Bir ailənin 4 üzvü dəm qazından ZƏHƏRLƏNDİ - 2-si azyaşlıdır

Bir ailənin 4 üzvü dəm qazından ZƏHƏRLƏNDİ - 2-si azyaşlıdır

Yaponiyalı animatorlardan ABŞ və İran qarşıdurmasını təsvir edən ANİMASİYA - VİDEO

Yaponiyalı animatorlardan ABŞ və İran qarşıdurmasını təsvir edən ANİMASİYA - VİDEO

Zelenski danışıqlar HAQDA: “Onlar Ukraynaya nifrət edirlər”

Zelenski danışıqlar HAQDA: “Onlar Ukraynaya nifrət edirlər”

Duzun azlığı da artıqlığı qədər sağlamlıq üçün ZƏRƏRLİ İMİŞ

Duzun azlığı da artıqlığı qədər sağlamlıq üçün ZƏRƏRLİ İMİŞ

Tarixin ƏN YAXŞILARI...

Tarixin ƏN YAXŞILARI...

Saxta pasportla Azərbaycana keçmək istəyən Əfqanıstan vətəndaşına HÖKM OXUNDU

Saxta pasportla Azərbaycana keçmək istəyən Əfqanıstan vətəndaşına HÖKM OXUNDU

Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

“Tehran nə indi, nə də gələcəkdə raket proqramını müzakirə etməyi planlaşdırmır” - Əraqçi

“Tehran nə indi, nə də gələcəkdə raket proqramını müzakirə etməyi planlaşdırmır” - Əraqçi

End of content

No more pages to load

RADİO