“Sabahdan İran Araz çayı kənarında hərbi təlimə başlayır”.
Bizim.Media “Azad İran” Telegram kanalına istinadən xəbər verir ki, bunu İran İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunlarının komandanı Məhəmməd Pakvər bildirib.
Onun sözlərinə görə, SEPAH-ın Quru Qoşunlarının bacarıqlarının nümayiş etdirilməsi məqsədilə hərbi təlimlərin əsas mərhələsi “Qüdrətli İran” şüarı ilə başlayacaq.
Sözügedən təlim Ərdəbil və Şərqi Azərbaycan vilayətlərində keçiriləcək.
Bizim.Media