ABŞ-ın keçmiş vitse-prezidenti Mayk Pens və onun həyat yoldaşı mənzilsiz qalıb.
Bizim.Media “Business İnsider”ə istinadən xəbər verir ki, Mayk Pens əvvəlcə İndiananın qubernatoru, sonra vitse-prezident olaraq rəsmi iqamətgahlarda yaşayırdı.
Məlumata görə, İndiana ştatına qayıdan Pens hazırki qubernator Erik Xolkombonun katejində qalmalı olub. Sabiq vitse-prezidentə yaxın olan iki respublikaçı isə onun Kolumbus şəhərində qardaşının evində yaşadığını bildirib.
Donald Trampın məsləhətçilərindən biri də qeyd edib ki,Mayk Pensin evi, yaşamağa yeri yoxdur.
Qeyd edək ki, Mayk Pens və həyat yoldaşının yaşadığı son rəsmi iqamətgah Vaşinqtonda yerləşirdi. Məlumata görə, Mayk Pens oranı Kapitolidə baş verən özbaşınalıqlardan dolayı tərk edib.
Bizim.Media