İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif regional səfəri çərçivəsində Ermənistana gedib.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Zvartnots" hava limanında Zərifi xarici işlər nazirinin müavini Qaqik Qalaçyan qarşılayıb. İran XİN rəhbəri baş nazir Nikol Paşinyan, erməni həmkarı Ara Ayvazyanla görüşəcək.
Bizim.Media
