Azərbaycan və İran XİN rəhbərləri atəşkəs bəyanatını müzakirə etdi

2021-ci ilin 25 yanvar tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Bakıya işgüzar səfəri çərçivəsində İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə görüş keçirib.

Hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə ikitərəfli əməkdaşlıq gündəliyi, habelə regional məsələlər ətrafında ətraflı müzakirələr aparılıb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Bizim.Media-ya verilən xəbərə görə, nazir Ceyhun Bayramov ölkələrimiz arasında mövcud olan tarixi, mədəni, dini bağların ikitərəfli əməkdaşlıq münasibətlərinin əsasını təşkil etdiyini vurğulayıb.

İranın hər zaman Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını dəstəklədiyi, xüsusilə də 44 günlük Vətən müharibəsi zamanı İran İslam Respublikasının bütün səviyyələrdə, o cümlədən insanlar tərəfindən nümayiş etdirilən dəstəyinin Azərbaycan xalqı tərəfindən yüksək dəyərləndirildiyi qeyd olunub.

Nazir Ceyhun Bayramov ölkələrimiz arasında münasibətlərin sıx olduğunu, hətta mövcud pandemiya şəraitində belə təmasların intensiv şəkildə davam etdirildiyini söyləyib.

Nazir Məhəmməd Cavad Zərif nümayiş etdirilən qonaqpərvərliyə görə təşəkkür edib. Onilliklər sonra Azərbaycanın ərazilərini işğaldan azad etdiyi bir vaxtda Bakıda səfərdə olmaqdan məmnunluq ifadə edib.

Ərazilərin işğalına son verilməsinin bölgədə sülh, əmin-amanlıq və əməkdaşlıq üçün yaxşı fürsət yaratdığı və bu fürsətdən istifadə etmənin vacib olduğu qeyd edilib.

Azərbaycan Respublikasının Prezidenti ilə görüşə məmnunluqla istinad edən Nazir Məhəmməd Cavad Zərif iki dövlətin rəhbərləri arasında çox faydalı münasibətlərin olduğunu vurğulayıb.

İkitərəfli münasibətlərin inkişafı üçün heç bir məhdudiyyətin olmadığı və iqtisadi, energetika, ticarət, kənd-təsərrüfatı və digər sahələrdə mövcud əməkdaşlığın xalqların mənafeyinə uyğun olduğu qeyd olunub.

Görüşdə nazirlər bölgədə mövcud olan cari vəziyyəti, 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.

Bölgədə yeni əməkdaşlıq imkanlarının açıldığı qeyd olunub, o cümlədən Şimal-Cənub və Cənub-Qərb nəqliyyat və tranzit dəhlizlərinin inkişafı perspektivləri xüsusilə vurğulanıb.

İqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyanın fəaliyyəti, xüsusilə də Tehranda keçirilmiş sonuncu iclasın uğurlu nəticələrinə istinad edilərək, bu istiqamətdə fəaliyyətin iki qonşu ölkə arasında iqtisadi əlaqələrin möhkəmlənməsinə xidmət etdiyi bildirilib.

Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, eləcə də üçtərəfli və dördtərəfli regional əməkdaşlıq formatlarında təmasların davam etdirilməsi mövzuları üzrə fikir mübadiləsi aparıblar.

Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan və Qırğızıstan arasında tarixi RAZILAŞMA - Münasibətlər müttəfiqlik səviyyəsinə yüksəldi

Azərbaycan və Qırğızıstan arasında tarixi RAZILAŞMA - Münasibətlər müttəfiqlik səviyyəsinə yüksəldi

Bərdədə FACİƏ: Həyətində ağac kəsən 79 yaşlı kişi Yuxarı Qarabağ kanalına yıxıldı

Bərdədə FACİƏ: Həyətində ağac kəsən 79 yaşlı kişi Yuxarı Qarabağ kanalına yıxıldı

Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Yük maşınının vurduğu avtomobil piyadalara çırpıldı - Ölənlər var

Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Yük maşınının vurduğu avtomobil piyadalara çırpıldı - Ölənlər var

Şəmkirdə ƏMƏLİYYAT: Saxlanılan var – FOTO/VİDEO

Şəmkirdə ƏMƏLİYYAT: Saxlanılan var – FOTO/VİDEO

Namidə İsayeva vəzifəsindən ayrıldı – FOTO

Namidə İsayeva vəzifəsindən ayrıldı – FOTO

Xankəndi–Şuşa yolunda ağır QƏZA: Ölən var

Xankəndi–Şuşa yolunda ağır QƏZA: Ölən var

Bu il 900-dən çox uşağa ananın soyadı verilib – RƏSMİ

Bu il 900-dən çox uşağa ananın soyadı verilib – RƏSMİ

Çolpon-Ata şəhərində Prezident və birinci xanımın şərəfinə dövlət ziyafəti verildi

Çolpon-Ata şəhərində Prezident və birinci xanımın şərəfinə dövlət ziyafəti verildi

AZAL Tbilisi və İstanbula reyslərin sayını artırır

AZAL Tbilisi və İstanbula reyslərin sayını artırır

Şamaxıda DƏHŞƏT: Oğul atasını bıçaqladı

Şamaxıda DƏHŞƏT: Oğul atasını bıçaqladı

Dövlət qulluğuna qəbul imtahanı KEÇİRİLƏCƏK

Dövlət qulluğuna qəbul imtahanı KEÇİRİLƏCƏK

İnternetin sürəti artırıldı - Tariflər yenidən bahalaşacaq?

İnternetin sürəti artırıldı - Tariflər yenidən bahalaşacaq?

Ukrayna bu dəfə “Ozon” anbarını vurmaq istədi – VİDEO

Ukrayna bu dəfə “Ozon” anbarını vurmaq istədi – VİDEO

Kəsilmiş qarpızı nə qədər saxlamaq olar?

Kəsilmiş qarpızı nə qədər saxlamaq olar?

Fiziki şəxslərin xarici valyuta alışı satışını üstələyib – RƏSMİ

Fiziki şəxslərin xarici valyuta alışı satışını üstələyib – RƏSMİ

Əmək müqaviləsi yoxdursa, işçi nə etməlidir?

Əmək müqaviləsi yoxdursa, işçi nə etməlidir?

Sadır Japarov “Heydər Əliyev” ordeni ilə təltif edildi –SƏRƏNCAM

Sadır Japarov “Heydər Əliyev” ordeni ilə təltif edildi –SƏRƏNCAM

Əfsanəvi futbolçu vəfat etdi

Əfsanəvi futbolçu vəfat etdi

Azərbaycan-Qırğız İnvestisiya Fondunun maliyyə imkanları 200 milyon dollara ÇATDIRILIR

Azərbaycan-Qırğız İnvestisiya Fondunun maliyyə imkanları 200 milyon dollara ÇATDIRILIR

Mərkəzi Bankdan uçot dərəcəsi ilə bağlı QƏRAR

Mərkəzi Bankdan uçot dərəcəsi ilə bağlı QƏRAR

Sadır Japarov: “Qırğızıstan və Azərbaycan bir-birinin timsalında etibarlı dost qazanıb”

Sadır Japarov: “Qırğızıstan və Azərbaycan bir-birinin timsalında etibarlı dost qazanıb”

Ani Lorak ispan həyat yoldaşı ilə Bakıda - Video

Ani Lorak ispan həyat yoldaşı ilə Bakıda - Video

“Bakı Metropoliteni”ndə yeni TƏYİNATLAR – FOTO

“Bakı Metropoliteni”ndə yeni TƏYİNATLAR – FOTO

Sadır Japarov: “Qırğızıstanla Azərbaycan arasındasiyasi dialoq bu gün ən yüksək səviyyədədir”

Sadır Japarov: “Qırğızıstanla Azərbaycan arasındasiyasi dialoq bu gün ən yüksək səviyyədədir”

End of content

No more pages to load

RADİO