Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası başlayır.
Bizim.Media-nın xəbərinə görə, sessiya yanvarın 28-dək davam edəcək.
Sessiya dövründə Assambleya Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək, Assambleyanın monitorinq prosedurunun təkmilləşdirilməsı, Gürcüstanda keçirilmiş parlament seçkilərinin müşahidəsinin nəticələri, Monteneqro ilə post-monitorinq dialoqu, COVİD-19 vaksininin etik, leqal və praktiki tərəfləri, xroniki və uzunmüddətli xəstəliklərlə məşğul olan şəxslərə qarşı ayrıseçkilik və digər mövzularda fikir mübadiləsi aparılacaq.
Qeyd edək ki, bu il AŞPA-nın qış sessiyası hibrid formatda (birbaşa və onlayn iştirak) keçiriləcək.
Azərbaycan sessiyada Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil oluncaq.
Bizim.Media