Böyük Britaniya-Azərbaycan Parlamentlərarası işçi qrupundan Ermənistanın hücumları ilə bağlı BƏYANAT 

Böyük Britaniya-Azərbaycan Parlamentlərarası əlaqələr üzrə işçi qrupu Ermənistanın hücumları ilə bağlı bəyanat yayıb. 

Bizim.Media xəbər verir ki, işçi qrupunun sədri Bob Bləkmən tərəfindən verilən bəyanatda Ermənistan 13 sentyabr 2022-ci ildə Azərbaycanın suveren ərazisinə yeni qəddar hücumlar törətdiyi bildirilib. 

Qeyd edilib ki, heç bir səbəbi olmayan bu hücumlar günahsız mülkü şəxslərə, infrastruktura və Azərbaycan ordusuna qarşı yönəlib. 

Deputat bildirib ki, bu hücumlar Azərbaycanın Qarabağ bölgəsinə deyil, onun beynəlxalq səviyyədə tanınmış suveren sərhədlərinə yönəlib və tamamilə səbəbsiz və əsassız yerə olub. 

Bəyanatda bildirilib ki, Böyük Britaniya-Azərbaycan Parlamentlərarası əlaqələr üzrə işçi qrupu Ermənistanın törətdiyi zorakılıqları qınayır, bu münaqişələr zamanı həyatını itirən şəxslərin və onların ailələri ilə bağlı dərin narahatlıq keçirir. 

“Biz Ermənistanı Avropa İttifaqının rəhbərlik etdiyi normallaşma prosesinə ardıcıllıq və sadiqlik nümayiş etdirməyə, dinc dialoqu davam etdirməyə çağırırıq.

Ermənistanın son revanşizmi qurulan etimadı sarsıdır. Biz Ermənistanı Azərbaycanla konstruktiv şəkildə və xoş niyyətlə əlaqələr qurmağa, münaqişədən sonrakı problemlərin qənaətbəxş həllinə nail olmağa, ən əsası mina məlumatlarının, itkin düşən şəxlərlə bağlı məlumatların paylaşılmasına, kommunikasiya və nəqliyyat marşrutlarında yaradılan maneələrin aradan qaldırılmasına çağırırıq”, - deyə bəyanatda qeyd edilib. 

Bob Bləkmən bildirib ki, 31 Avqust 2022-ci ildə Brüssel görüşü zamanı hər iki tərəfin üzərinə götürdüyü yekun hərtərəfli sülh sazişi üzərində birgə işlər intensivləşdirilməsi və görüşdə qaldırılan məsələlər üzərində işlərin davam etdirilməsi zəruridir. 

Bəyanatda beynəlxalq icmaların, xüsusilə Britaniyanın Ermənistanı qınamasının zəruriliyinə diqqət çəkilib, Ermənistanın törətdiyi müharibə cinayətlərinə görə hesab verməli olduğu qeyd edilib. 

“Biz təcili olaraq Böyük Britaniya hökumətini erməni təcavüzünün dərhal dayandırılmasını tələb etmək üçün digər xalqlara qoşulmağı çağırır, əsassız hərəkətlərini davam etdirdiyi müddətcə Ermənistana qarşı sanksiyaların irəli sürülməsini tələb edirik. 
Biz həmçinin Böyük Britaniya hökumətindən Böyük Britaniyanın şəxsi maraqları üçün həyati əhəmiyyət kəsb edən regionda davamlı sülhə nail olmaq üçün Aİ vasitəçiliyi ilə normallaşma prosesinə öz qəti siyasi dəstəyini verməsini xahiş edirik”, - deyə deputat bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Livana hücumlarda ölənlərin SAYI - Bu vaxta qədər...

Livana hücumlarda ölənlərin SAYI - Bu vaxta qədər...

Azərbaycan XİN Ukrayna ilə imzalanan saziş haqqında MƏLUMAT yaydı - FOTO

Azərbaycan XİN Ukrayna ilə imzalanan saziş haqqında MƏLUMAT yaydı - FOTO

Tramp son anda Uitkoff və Kuşnerin Pakistan səfərini LƏĞV ETDİ

Tramp son anda Uitkoff və Kuşnerin Pakistan səfərini LƏĞV ETDİ

Dahi sənətkarın işığına toplaşanlar: Musiqi və elm vəhdətdə - FOTOLAR

Dahi sənətkarın işığına toplaşanlar: Musiqi və elm vəhdətdə - FOTOLAR

İlham Əliyevin hesabında Zelenskinin Azərbaycana səfəri ilə bağlı VİDEOÇARX paylaşıldı

İlham Əliyevin hesabında Zelenskinin Azərbaycana səfəri ilə bağlı VİDEOÇARX paylaşıldı

"Neftçi" - "Qarabağ" matçının hakim təyinatları BƏLLİ OLDU

"Neftçi" - "Qarabağ" matçının hakim təyinatları BƏLLİ OLDU

Dünyada PORTAĞAL QITLIĞI yaşana bilər - Təhlükəli xəstəlik səbəbindən

Dünyada PORTAĞAL QITLIĞI yaşana bilər - Təhlükəli xəstəlik səbəbindən

Türkiyədə dronların idarə edilməsi üzrə MƏRKƏZLƏR yaradılır

Türkiyədə dronların idarə edilməsi üzrə MƏRKƏZLƏR yaradılır

BU məşhur İÇKİLƏR ağız xərçəngi yaradır

BU məşhur İÇKİLƏR ağız xərçəngi yaradır

Sibiqa Azərbaycanın Ukraynaya etdiyi YARDIMIN DƏYƏRİNİ açıqladı - FOTO

Sibiqa Azərbaycanın Ukraynaya etdiyi YARDIMIN DƏYƏRİNİ açıqladı - FOTO

İşğaldan azad edilmiş torpaqlarda ilk olimpiada QALİBİ

İşğaldan azad edilmiş torpaqlarda ilk olimpiada QALİBİ

İranın ABŞ hərbi bazalarına vurduğu maddi zərər MİLYARDLARLA DOLLARDIR

İranın ABŞ hərbi bazalarına vurduğu maddi zərər MİLYARDLARLA DOLLARDIR

Zelenski Rusiyanın gecə hücumundan sonra Qərbə səsləndi: "Sərt addımlar atın"

Zelenski Rusiyanın gecə hücumundan sonra Qərbə səsləndi: "Sərt addımlar atın"

Azərbaycan Ukraynaya 5 sərnişin avtobusu verdi - FOTO

Azərbaycan Ukraynaya 5 sərnişin avtobusu verdi - FOTO

Əməkdar artist futbol azarkeşi imiş

Əməkdar artist futbol azarkeşi imiş

Trampdan sonra kim prezident olacaq? - ADLAR

Trampdan sonra kim prezident olacaq? - ADLAR

Dünyada VAR, Bakıda YOXDUR – Metroda qoruyucu baryerlər quraşdırıla bilərmi?

Dünyada VAR, Bakıda YOXDUR – Metroda qoruyucu baryerlər quraşdırıla bilərmi?

İranda yanvar etirazlarının iştirakçısı EDAM EDİLİB

İranda yanvar etirazlarının iştirakçısı EDAM EDİLİB

Əraqçi İranın etibar etdiyi ölkəni AÇIQLAYIB

Əraqçi İranın etibar etdiyi ölkəni AÇIQLAYIB

Dünyanın 100 qəhrəman qadınından biri: Elmira Süleymanovanın vəfatından 2 il ötür

Dünyanın 100 qəhrəman qadınından biri: Elmira Süleymanovanın vəfatından 2 il ötür

"Heç bir estetik əməliyyatım yoxdur"

"Heç bir estetik əməliyyatım yoxdur"

“Qalatasaray” Rumıniya millisinin üzvü ilə maraqlanır

“Qalatasaray” Rumıniya millisinin üzvü ilə maraqlanır

Şəfiqə Məmmədovanı Rasim Balayev özü seçmişdi - Tənqidlərə CAVAB

Şəfiqə Məmmədovanı Rasim Balayev özü seçmişdi - Tənqidlərə CAVAB

Zelenskinin Azərbaycandan səsləndirdiyi təklifə Rusiyadan CAVAB: Ola bilər...

Zelenskinin Azərbaycandan səsləndirdiyi təklifə Rusiyadan CAVAB: Ola bilər...

End of content

No more pages to load

RADİO