Prezidentin Laçından verdiyi 15 MÜHÜM MESAJ – “Heç bir bəyanat bizi dayandıra bilməz”

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 21-də Laçın rayonuna səfər edib.

Bir sıra infrastruktur layihələri ilə tanış olan Dövlət başçısı Laçın şəhərində Azərbaycan Bayrağını ucaldıb. Daha sonra Prezident bir sıra mühüm məsələrlər bağlı bəyanatlar səsləndirib.
İlham Əliyevin çıxışından mühüm mesajları təqdim edirik:

1. Laçın şəhərinin azad edilməsi həmişə tarixdə qalacaq. Bu gün Laçın şəhərində, şəhərin mərkəzində, mərkəzi küçədə Azərbaycan Bayrağını qaldırmışam. Bu bayraq burada əbədi dalğalanacaqdır.

2. Laçın şəhərinin böyük hissəsi tamamilə viran qoyulub, dağıdılıb. Ancaq yenə də bəzi yerlərdə qanunsuz məskunlaşma aparılmışdır. Dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar, o cümlədən bu məsələ ilə birbaşa məşğul olan Minsk qrupunun həmsədrləri buna, sadəcə olaraq, göz yumurdular. 

3. Heç kim bu torpaqları bizə bağışlamayıb, heç kim bu torpaqları bizə danışıqlar yolu ilə qaytarmayıb. Beynəlxalq təşkilatlar, o cümlədən BMT, onun Təhlükəsizlik Şurası, ATƏT işğalçı dövləti məcbur edib buradan çıxarmalı idi. Ermənistana qarşı sanksiyalar tətbiq edilməli idi. Bunların heç biri görülmədi. 

4. İkinci Qarabağ müharibəsi olmaya da bilərdi, əgər Ermənistan bizim sözümüzə baxsaydı. Əgər öz xoşu ilə torpaqlarımızdan çıxsaydı, İkinci Qarabağ müharibəsi olmaya bilərdi. 
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyevdən SƏRT MESAJ: "Bizimlə heç kim ultimatum dili ilə danışa bilməz" - VİDEO


5. Biz təklif etdik ki, delimitasiya prosesinə start verək. Bunu təxminən bir ildən çox müddət ərzində uzatdı. İndi isə bu proses başlasa da, sırf formal xarakter daşıyır, mahiyyət üzrə heç bir danışıqlar aparılmır, xəritələr üzrə heç bir müzakirə aparılmır. Biz bütün xəritələri hazırlamışıq. Həm XX əsrin xəritələrini, həm əvvəlki dövrün xəritələrini və delimitasiya işləri bu xəritələr üzrə aparılmalıdır.

6. Biz Ermənistanla sülh müqaviləsini imzalamaq üçün 5 prinsip təklif etmişik. Sözdə onları qəbul ediblər, amma biz bunu əməldə görmürük. Yenə də vaxt uzatma taktikası. Ermənistanın 2020-ci il noyabrın 10-da imzaladığı kapitulyasiya aktına əsasən, erməni silahlı qüvvələri Qarabağdan çıxarılmalı idi. Hələ də tam çıxarılmayıb. 

7. Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasının birləşməsini təmin edən dəhliz verməli idi. Bu günə qədər nəinki dəhliz verilməyib, hətta dəhlizin marşrutu bizə deyilməyib. Heç bir praktiki iş aparılmayıb. Biz gələn ilin sonunda Ermənistan sərhədinə həm dəmir yolunu, həm avtomobil yolunu gətirəcəyik. Ancaq Ermənistan ərazisində heç bir iş görülmür və görünür ki, heç bir iş görmək istəmirlər. Yenə də vaxt uzadırlar.

8. Təkcə Laçın rayonu ərazisində 1400-dən çox yeni mina döşənmişdir və bu minalar 2021-ci ildə basdırılmışdır, yəni, müharibədən sonra. Bu, Azərbaycana qarşı açıq terror hərəkətidir. Müharibədən sonra 240-dan çox Azərbaycan vətəndaşı mina partlayışı nəticəsində ya həlak olub, ya da ağır yaralanıb. Yəni, bizə qarşı müharibə davam edir, bizim insanlarımız həlak olur. Biz buna imkan verə bilərikmi? Heç vaxt buna imkan verə bilmərik. Ermənistanı dəfələrlə xəbərdar etmişik, bu çirkin əməllərdən əl çəksin, peşman olacaq.

9. Nəticə etibarilə sentyabrın 13-də bizə qarşı növbəti təxribat törədilərkən Azərbaycan Ordusu cavab verərək düşməni yenə də yerinə oturtdu. Ümid edirəm ki, nəhayət bu, onlara dərs olacaq. Çünki gördülər ki, bizi heç kim və heç nə dayandıra bilməz. Heç kimin zəngi, heç bir bəyanat, heç bir təşəbbüs bizi dayandıra bilməz. 

10. Biz öz torpağımızdayıq və öz torpağımızı qoruyuruq. Sərhəd boyunca əldə etdiyimiz mövqelər imkan verir ki, biz istənilən erməni təxribatını qabaqcadan görək və lazımi tədbirlər görək. 

11. Əgər Ermənistan bizi ittiham etmək istəyirsə ki, onların ərazisinə girmişik, bunun heç bir əsası yoxdur. Birincisi, əgər sərhəd onların dediyi yerdə idisə sərhədi quraydılar, sərhəd xətlərini inşa edəydilər, kommunikasiyaları, mühəndis işlərini quraydılar. Onlar hesab edirdilər ki, bütün Qarabağ və Zəngəzur onlara qalacaq. Məhz buna görə Azərbaycan-Ermənistan sərhədində heç bir iş görməmişdilər.

12. Bizim sərhədimizin delimitasiyası keçirilmədən heç kim deyə bilməz sərhəd haradan keçir. Bütün xəritələri toplamışıq. Bir daha demək istəyirəm ki, bütün xəritələr, o cümlədən XIX əsrə, XX əsrə, ondan əvvəlki dövrə aid olan xəritələr bizdədir və o xəritələr açıq-aydın göstərir, kim hansı torpaqda yerləşibdir. Ona görə delimitasiya aparılmadan bizi heç kim ittiham edə bilməz.

13. Əgər düşmən bizə qarşı təxribat törədəcəksə, layiqli cavabını verəcəyik. Bu gün Ermənistan yaxşı fikirləşməlidir. Bizimlə heç kim ultimatum dili ilə danışa bilməz və heç kimə də bel bağlamasınlar. Mən bir daha demək istəyirəm ki, bizi heç kim və heç nə dayandıra bilməz. 

14. Ümid edirəm ki, laçınlıların birinci qrupu Laçın şəhərinə gələn ilin sonuna qədər qayıda bilərlər. Mən buna ümid edirəm və əlimdən gələni edəcəyəm ki, biz buna nail olaq, tezliklə Laçın şəhərini bərpa edək.

15. İndi Azərbaycan xalqı görür ki, biz nəyə qadirik. Görür ki, biz müharibədə də qələbə qazanırıq, həyatda da qələbə qazanırıq və bizi güclü edən xalqın iradəsidir, xalqın birliyidir. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ələt azad iqtisadi zonasında istehsal olunan məhsulların ixracına görə güzəşt tətbiq olunacaq

Ələt azad iqtisadi zonasında istehsal olunan məhsulların ixracına görə güzəşt tətbiq olunacaq

II və III ixtisas qrupları üzrə qəbul imtahanında dörd nəfər 400 bal topladı – ADLAR

II və III ixtisas qrupları üzrə qəbul imtahanında dörd nəfər 400 bal topladı – ADLAR

SON DƏQİQƏ! II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticəsi AÇIQLANDI

SON DƏQİQƏ! II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticəsi AÇIQLANDI

Şahin Mustafayev Aleksey Overçukla GÖRÜŞƏCƏK

Şahin Mustafayev Aleksey Overçukla GÖRÜŞƏCƏK

Bakıda narkotiklə bağlı 199 fakt aşkarlandı: 161 nəfər saxlanıldı – VİDEO

Bakıda narkotiklə bağlı 199 fakt aşkarlandı: 161 nəfər saxlanıldı – VİDEO

Qurban Qurbanovdan ŞOK QƏRAR - FOTO

Qurban Qurbanovdan ŞOK QƏRAR - FOTO

Rusiyaya bir sıra istiqamətlər üzrə aviareyslər bərpa oluna bilər – RƏSMİ - VİDEO

Rusiyaya bir sıra istiqamətlər üzrə aviareyslər bərpa oluna bilər – RƏSMİ - VİDEO

Sadiq Xan Lord OLACAQ

Sadiq Xan Lord OLACAQ

Kondisionerin ömrünü uzadan sadə qayda: "3 dəqiqə" nədir?

Kondisionerin ömrünü uzadan sadə qayda: "3 dəqiqə" nədir?

Bakı metrosunda yeni texnologiya tətbiq ediləcək

Bakı metrosunda yeni texnologiya tətbiq ediləcək

Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı AÇIQLAMA – VİDEO

Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı AÇIQLAMA – VİDEO

Üç BÜRC üçün qızıl dövr başladı

Üç BÜRC üçün qızıl dövr başladı

Nazir: “Rusiya-Azərbaycan münasibətlərində tam normallaşmaya nail olunub”

Nazir: “Rusiya-Azərbaycan münasibətlərində tam normallaşmaya nail olunub”

“Musa Cəlil ömürlüyü…” Bakıda gün üzü gördü

“Musa Cəlil ömürlüyü…” Bakıda gün üzü gördü

Ceyhun Bayramov və Lavrov nələri müzakirə etdi? - DETALLAR AÇIQLANDI

Ceyhun Bayramov və Lavrov nələri müzakirə etdi? - DETALLAR AÇIQLANDI

Azərbaycan və Rusiya XİN-ləri arasında Məsləhətləşmələr Planı İMZALANDI

Azərbaycan və Rusiya XİN-ləri arasında Məsləhətləşmələr Planı İMZALANDI

"Bütün məsələlər tam həll olundu" — Rəsmi Moskvadan AZAL təyyarəsi ilə bağlı açıqlama

"Bütün məsələlər tam həll olundu" — Rəsmi Moskvadan AZAL təyyarəsi ilə bağlı açıqlama

Sükan arxasında yuxulayan sürücü ağır qəza törətdi – Ölənlər var – VİDEO

Sükan arxasında yuxulayan sürücü ağır qəza törətdi – Ölənlər var – VİDEO

Starmeri o əvəz edəcək – FOTO/VİDEO

Starmeri o əvəz edəcək – FOTO/VİDEO

Günay Malikqızı vəzifəsindən ayrıldı

Günay Malikqızı vəzifəsindən ayrıldı

Mutant yenot görünüşü ilə hər kəsi təəccübləndirdi – VİDEO

Mutant yenot görünüşü ilə hər kəsi təəccübləndirdi – VİDEO

Bu il elmi dərəcə alan qadınların sayı kişilərdən xeyli çox olub - STATİSTİKA

Bu il elmi dərəcə alan qadınların sayı kişilərdən xeyli çox olub - STATİSTİKA

Vüsalə "İncə səhər"dən getdi – VİDEO

Vüsalə "İncə səhər"dən getdi – VİDEO

Masazır sakinlərinə ŞAD XƏBƏR – Yeni avtobus xəttə buraxılır

Masazır sakinlərinə ŞAD XƏBƏR – Yeni avtobus xəttə buraxılır

End of content

No more pages to load

RADİO