Azərbaycan icmasından ABŞ Konqresinə ÇAĞIRIŞ - Nensi Pelosinin davranışı ilə bağlı tədbir görülsün

Amerika Azərbaycanlıları Koordinasiya Şurası (AAKŞ) İdarə Heyətinin (İH) üzvləri ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfəri ilə bağlı ölkənin rəsmi orqanlarına müraciət edib. 

Bizim.Media xəbər verir ki, müraciətdə bildirilib ki, AAKŞ-ın ABŞ-ın müxtəlif ştatlarında yaşayan İH üzvləri və Azərbaycan diaspor təşkilatlarının liderləri Azərbaycan Respublikasında yaşayan qohumlarının təhlükəsizliyi üçün çox narahatdır:

“Biz demokratik prinsiplərin beşiyi olduğuna inandığımız üçün ailələrimizlə ABŞ-a köçmüşük. Lakin Nensi Pelosi və onu dəstəkləyən konqresmenlər insan hüquqlarını və ədaləti müdafiə edən demokratik prinsiplərə qarşı çıxış edirlər”. 
Nəzərə çatdırılıb ki, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana 18 sentyabr 2022-ci il tarixli səfəri Cənubi Qafqaz bölgəsindəki durumun təhrifinə yönəlib və Azərbaycan əsilli amerikalılarda dərin təəssüf hissi doğurur:

“Nensi Pelosinin Azərbaycanın ünvanına əsassız və haqsız ittihamları yolverilməzdir”. 

Ermənistan silahlı qüvvələrinin sentyabrın 12-dən 13-nə keçən gecə delimitasiya edilməmiş sərhəddə Azərbaycana qarşı genişmiqyaslı hərbi təxribatından bəhs edən AAKŞ İH üzvləri bildiriblər ki, bu təcavüzkr əməlin qarşısı Azərbaycan Silahlı Qüvvələri tərəfindən alınıb:

“Ölkəmizin süverenliyi və ərazi bütövlüyü təmin edilib. Hazırda atəşkəs rejiminə əməl olunur və vəziyyətin gərginləşməsinin qarşısı alınıb. Regionda vəziyyətin gərginlşdirilməsinin və genişmiqyaslı təxribatın bütün məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”. 

Bu il ABŞ və Azərbaycan arasında diplomatik əlaqələrin 30 illiyinin tamam olduğunu xatırladan soydaşlarımız bildiriblər ki, Rusiya və Ukrayna müharibəsi səbəbindən Avropanın qazının tükənməsi fonunda Azərbaycan həm Ermənistanla ədalətli sülhün və iqtisadi münasibətlərin qurulması, həm də Avropaya qaz tədarükü məsələlərində xoş məramını nümayiş etdirir.
Nensi Pelosi və ona bənzərləri isə Azərbaycanın xoş məramını dəstəkləmək əvəzinə, demokratik prinsiplər üzərindən qərəzli və ermənipərəst siyasətə üstünlük verir, Birləşmiş Ştatlardakı amerikalıların iqtisadi problemlərini çözmək əvəzinə xarici ölkələrdə münaqişələrin gərginləşdirilməsi, daha çox insanın bu münaqişələrdə həlak olması kimi demokratiya ilə bir araya sığmayan addımları dəstəkləyirlər. 

BMT Təhlükəsizlik Şurasının torpaqlarımızın işğaldan dərhal azad edilməsi barədə 4 qətnaməsini təkbaşına gerçəkləşdirən Azərbaycanın 10 noyabr 2020-ci ildə Ermənistanla sülh razılaşmasını imzaladığına, işğaldan azad edilən ərazilərimizdə irimiqyaslı quruculuq işləri həyata keçirdiyinə, bu layihələrə 3 milyard ABŞ dolları məbləğində vəsait sərf etdiyinə, ərazilərin ermənilər tərəfindən basdırılmış milyona yaxın yerüstü minalardan təmizlənməsi prosesi apardığına, müharibə bitdikdən sonra bu minalardan və ermənilərin qoyub getdiyi digər partladıcı qurğulardan onlarla mülkü azərbaycanlının həlak olduğuna diqqət cəlb edilib. 

“Bu, Azərbaycan dövlətinin Ermənistanla münaqişədə maraqlı olmadığını, yalnız sülh istədiyini sübut edir. Odur ki, N.Pelosinin Ermənistana səfəri zamanı açıqlaması erməni təbliğatı əsasında verilən bəyanat kimi qiymətləndirilməlidir.
Bu, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması səylərinə vurulan ciddi zərbədir”, - deyə İH üzvləri vurğulayıblar. 

Təəssüflə qeyd edilib ki, ədalətdən və demokratiyadan danışan N.Pelosi indiyədək bir dəfə olsun belə Ermənistanın Azərbaycana qarşı aparığı təcavüzkar siyasətə, Azərbaycan ərazilərinin 30 ilə yaxın işğal altında qalmasına, Azərbaycan şəhərlərinin, kəndlərinin, məktəblərinin, xəstəxanalarının, məzarlıqların dağıdılmasına, yüz minlərlə azərbaycanlının etnik təmizlənməyə məruz qalmasına və Ermənistanın məsuliyyət daşıdığı digər ağır cinayətlərə münasibət bildirməyib:

“Belə birtərəfli addmlar və əsassız bəyanatlar bölgədə kövrək sülhün möhkəmlənməsinə deyil, gərginliyin artırılmasına xidmət edir”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Sumqayıt" - "Zirə" görüşündə qapılara 5 qol vuruldu - VİDEO

"Sumqayıt" - "Zirə" görüşündə qapılara 5 qol vuruldu - VİDEO

Günəşdə güclü partlayışlar olacaq?

Günəşdə güclü partlayışlar olacaq?

İki ölkənin tarixində iz qoyan azərbaycanlı zabit kim idi? - VİDEO

İki ölkənin tarixində iz qoyan azərbaycanlı zabit kim idi? - VİDEO

Hindistan İrandan neft daşıyan tankerləri ələ keçirdi

Hindistan İrandan neft daşıyan tankerləri ələ keçirdi

Gəncədə iki avtomobil toqquşdu - Piyada xəsarət aldı

Gəncədə iki avtomobil toqquşdu - Piyada xəsarət aldı

İrakli Kobaxidze: Gürcüstanın tranzit funksiyasını inkişaf etdirmək əsas vəzifəmizdir

İrakli Kobaxidze: Gürcüstanın tranzit funksiyasını inkişaf etdirmək əsas vəzifəmizdir

Qubada zəhərlənən 8 nəfərin SON DURUMU

Qubada zəhərlənən 8 nəfərin SON DURUMU

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirin qalibi oldu

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirin qalibi oldu

Qubada bir ailənin 8 üzvü qonaqlıqda zəhərləndi – ADLAR

Qubada bir ailənin 8 üzvü qonaqlıqda zəhərləndi – ADLAR

Faydalı bitkilər toplayan 67 yaşlı kişi görün hansı sirləri açdı - VİDEO

Faydalı bitkilər toplayan 67 yaşlı kişi görün hansı sirləri açdı - VİDEO

Xamenei ordu komandirləri ilə görüşmədi - Son 47 ildə ilk dəfə

Xamenei ordu komandirləri ilə görüşmədi - Son 47 ildə ilk dəfə

MOK rəsmiləri Milanda Atletlər kəndində - FOTO

MOK rəsmiləri Milanda Atletlər kəndində - FOTO

Bekhem təndirə çörək yapdı, kabab yedi - FOTO

Bekhem təndirə çörək yapdı, kabab yedi - FOTO

Azərbaycanda bu taksilərdə qiymətlər ARTDI

Azərbaycanda bu taksilərdə qiymətlər ARTDI

Cüdoçumuz "Böyük Dəbilqə" turnirinin finalına vəsiqə qazandı

Cüdoçumuz "Böyük Dəbilqə" turnirinin finalına vəsiqə qazandı

Sumqayıtda 2 avtomobil toqquşdu: 3 yaralı var

Sumqayıtda 2 avtomobil toqquşdu: 3 yaralı var

"Sabah" "Araz-Naxçıvan"ı böyük hesabla məğlub etdi - VİDEO

"Sabah" "Araz-Naxçıvan"ı böyük hesabla məğlub etdi - VİDEO

Yaponiyada parlament seçkisinin nəticəsi açıqlandı

Yaponiyada parlament seçkisinin nəticəsi açıqlandı

Bu ölkədə 3 ton narkotik maddə müsadirə olundu

Bu ölkədə 3 ton narkotik maddə müsadirə olundu

Vüsalə milyonluq mənzilinin görüntülərini YAYDI - VİDEO

Vüsalə milyonluq mənzilinin görüntülərini YAYDI - VİDEO

Ermənistan məhkəməsinin qərarı Azərbaycanın suverenliyinə qarşı yönəlib - BƏYANAT

Ermənistan məhkəməsinin qərarı Azərbaycanın suverenliyinə qarşı yönəlib - BƏYANAT

65 yaşlı qadın dərmandan zəhərləndi

65 yaşlı qadın dərmandan zəhərləndi

Xalq artisti dekolteli geyimi və şousu ilə DİQQƏT ÇƏKDİ - VİDEO

Xalq artisti dekolteli geyimi və şousu ilə DİQQƏT ÇƏKDİ - VİDEO

Bakı-Sumqayıt yolunda böyük tıxac: "Düz bir saat 45 dəqiqədir ki, burada qalmışıq" - VİDEO

Bakı-Sumqayıt yolunda böyük tıxac: "Düz bir saat 45 dəqiqədir ki, burada qalmışıq" - VİDEO

End of content

No more pages to load

RADİO