İki ölkənin tarixində iz qoyan azərbaycanlı zabit kim idi? - VİDEO

Baku TV-nin "Qarabağ xronikası" verilişinin yeni buraxılışında Azərbaycan və Türkiyə hərb tarixində iz qoymuş zabitlərdən biri - əslən Qarabağdan olan artilleriya komandiri Aslan Hacızadənin hərbi fəaliyyəti geniş təhlil olunub.

Bizim.Media xəbər verir ki, verilişdə bildirilib ki, XIX əsrin sonu - XX əsrin əvvəlləri hərbi-siyasi qarşıdurmalarla zəngin dövr olub və bu mərhələdə formalaşan zabitlər regionun taleyində mühüm rol oynayıblar. 1897-ci ildə Tərtərdə anadan olan Aslan Hacızadə 1917-ci ildən etibarən hərbi xidmətə başlayıb, 1918-ci ildə Gəncədə topçu ixtisası üzrə təhsil alıb və qısa müddətdə peşəkar artilleriyaçı kimi tanınıb.

Qeyd edilib ki, onun Azərbaycan Xalq Cümhuriyyəti ordusunda xidmətinin ən mühüm mərhələsi Qarabağ cəbhəsi olub. Əsgəran xətti uğrunda gedən döyüşlərdə A.Hacızadənin artilleriya batareyası düşmən müdafiəsinin yarılmasında həlledici rol oynayıb və nəticədə, Şuşanın nəzarətə götürülməsinə mühüm töhfə verib.

Vurğulanıb ki, 1920-ci ilin aprel işğalından sonra o, digər cümhuriyyət zabitləri kimi mübarizəni davam etdirərək Türkiyəyə keçib və Kazım Karabekir Paşanın komandanlığı altında Şərq Cəbhəsində xidmətə başlayıb. Sarıqamış, Qars, Gümrü və Iğdır əməliyyatlarında iştirak edərək türk ordusunun qələbələrində əhəmiyyətli rol oynayıb.

Bildirilib ki, Aslan Hacızadənin hərbi bioqrafiyasında ən mühüm məqamlardan biri 1922-ci ildə keçirilən Böyük Hücum və Dumlupınar döyüşlərində iştirakı olub. Bu döyüşlərdə artilleriya bölməsinin koordinasiyası və atəş dəstəyinin təmin edilməsi sahəsində peşəkarlıq göstərərək Türkiyə İstiqlaliyyət müharibəsinin qələbə ilə başa çatmasına öz töhfəsini verib.

Sonrakı illərdə o, Türkiyə ordusunda peşəkar hərbçi kimi xidmətini davam etdirib, müxtəlif üsyanların yatırılması əməliyyatlarında iştirak edib, polkovnik rütbəsinə qədər yüksəlib və 1955-ci ildə ehtiyata buraxılıb.

Yekunda qeyd edilib ki, Aslan Hacızadənin hərbi irsi iki qardaş ölkənin ortaq yaddaşının bir hissəsidir. Onun fəaliyyəti göstərir ki, tarixin taleyini dəyişən əsas amillər peşəkarlıq, sədaqət və düzgün hərbi qərarlardır. Belə zabitlərin həyatı və xidməti yeni nəsil hərbçilər üçün örnək olaraq yaşadılmalıdır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şahbaz Şərif İlham Əliyevə ZƏNG ETDİ: Nələr müzakirə edildi?

Şahbaz Şərif İlham Əliyevə ZƏNG ETDİ: Nələr müzakirə edildi?

Oğlunun ad gününü belə təbrik etdi - Foto

Oğlunun ad gününü belə təbrik etdi - Foto

Bu maşınlar kəskin bahalaşdı - Foto

Bu maşınlar kəskin bahalaşdı - Foto

Müəllim dərs keçmək əvəzinə şagirdlərə Xameneyiyə həsr olunan mahnı oxutdurdu - VİDEO

Müəllim dərs keçmək əvəzinə şagirdlərə Xameneyiyə həsr olunan mahnı oxutdurdu - VİDEO

90 gündən çox gecikdirilən kreditlərlə bağlı dəyişiklik

90 gündən çox gecikdirilən kreditlərlə bağlı dəyişiklik

Məzarsız qalan 17 şəhidin acı taleyi - 33 ildir qalıqları tapılmayan itkin Seymurun ürəkdağlayan hekayəsi – VİDEO

Məzarsız qalan 17 şəhidin acı taleyi - 33 ildir qalıqları tapılmayan itkin Seymurun ürəkdağlayan hekayəsi – VİDEO

Bu gün Ümumdünya Psixi Sağlamlıq Günüdür

Bu gün Ümumdünya Psixi Sağlamlıq Günüdür

Universitetə imtahansız qəbul ümidi ilə kollec seçənlərə xəbərdarlıq

Universitetə imtahansız qəbul ümidi ilə kollec seçənlərə xəbərdarlıq

Sabah 25 dərəcə isti olacaq – PROQNOZ

Sabah 25 dərəcə isti olacaq – PROQNOZ

Gündə minimum addım sayı təyin edildi

Gündə minimum addım sayı təyin edildi

“Kəndimizə” yox, özümüzə qayıtmalıyıq

“Kəndimizə” yox, özümüzə qayıtmalıyıq

Bakıya gəlmişdi, yeni fotosu yayıldı

Bakıya gəlmişdi, yeni fotosu yayıldı

Süni intellektə inanmaq onu uçuruma apardı - Fotolar

Süni intellektə inanmaq onu uçuruma apardı - Fotolar

Ən qeyri-adi bürclər: Onların öz dünyası və qaydaları var

Ən qeyri-adi bürclər: Onların öz dünyası və qaydaları var

Deputatlar ABŞ Konqresinə müraciət etdi

Deputatlar ABŞ Konqresinə müraciət etdi

Dünyanın ən yaraşıqlı kişiləri bu ölkələrdədir - Azərbaycanın yeri

Dünyanın ən yaraşıqlı kişiləri bu ölkələrdədir - Azərbaycanın yeri

ABŞ-da atışma: 5 nəfər öldü

ABŞ-da atışma: 5 nəfər öldü

Seçkidə qalib gələn merin adı müzakirə yaratdı

Seçkidə qalib gələn merin adı müzakirə yaratdı

Cüdoçumuz Camal Qamzatxanov dünya çempionatına qələbə ilə BAŞLADI

Cüdoçumuz Camal Qamzatxanov dünya çempionatına qələbə ilə BAŞLADI

Kredit götürmək istəyən pensiyaçılara ŞAD XƏBƏR

Kredit götürmək istəyən pensiyaçılara ŞAD XƏBƏR

Rusiya Zaporojye şəhərinə hücum etdi: 8 ölü, 16 yaralı var – FOTO/VİDEO

Rusiya Zaporojye şəhərinə hücum etdi: 8 ölü, 16 yaralı var – FOTO/VİDEO

Moskvanın 4 aeroportunda uçuşlar dayandırıldı

Moskvanın 4 aeroportunda uçuşlar dayandırıldı

Panamadakı güclü zəlzələ nəticəsində azı 27 nəfər xəsarət alıb – VİDEO

Panamadakı güclü zəlzələ nəticəsində azı 27 nəfər xəsarət alıb – VİDEO

Banklar bu şəxslərə kredit verməyəcək

Banklar bu şəxslərə kredit verməyəcək

End of content

No more pages to load

RADİO