Azərbaycandakı mina problemi ABŞ-da müzakirəyə çıxarıldı

Məlumat verdiyimiz kimi, 2022-ci il 12-16 sentyabr tarixlərində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə heyətinin sədri Vüqar Süleymanovun rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ-a səfər edib. 

Qurumdan Bizim.Media-ya verilnə xəbərə görə, ANAMA ilə yanaşı nümayəndə heyətinə azad edilmiş ərazilərin bərpa və yenidənqurması üzrə Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin Katibliyi və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin əməkdaşları daxil olub. 

Səfər çərçivəsində nümayəndə heyəti Nyu York şəhərində BMT-nin mənzil qərargahında təşkilatın katibliyinin yüksək rütbəli rəsmiləri, o cümlədən Mina Fəaliyyəti Xidmətinin (UNMAS) direktoru ilə görüş keçirib. 
ABŞ-ın paytaxtı Vaşinqton şəhərində nümayəndə heyəti Dövlət Departamenti, Müdafiə Departamenti (Pentaqon), ABŞ Beynəlxalq İnkişafa Yardım Agentliyi (USAID), Müdafiə Təhlükəsizlik Əməkdaşlığı Agentliyinin yüksək rütbəli rəsmiləri, habelə ABŞ Konqresinin aparıcı üzvləri ilə çoxsaylı görüşlər keçirib. 

Bununla yanaşı nümayəndə heyəti mina fəaliyyəti sahəsində ixtisaslaşmış Marşal İrsi İnstitutu (MLI), Mina Məsləhət Qrupu (“Mines Advisory Group America”) direktorları ilə məhsuldar müzakirələr aparıb.

Dünya Bankının mənzil qərargahında keçirilmiş görüş zamanı da minatəmizləmə və inkişaf məsələləri müzakirə edilib. 

Keçirilmiş görüşlər zamanı ölkəmizin üzləşdiyi kütləvi mina problemi, minaların insanların həyatına törətdiyi təhdidlər, məcburi köçkünlərin öz yurduna qayıtması və bərpa-quruculuq işlərinin gedişatına yaratdığı maneələr, bu təhdid və maneələrin aradan qaldırılması, humanitar minatəmizləmə sahəsində əməkdaşlıq və yardımın genişləndirilməsi istiqamətində məhsuldar müzakirələr aparılıb. 

Görüşlər zamanı həmçinin minaların törətdiyi təhdidlərin aradan qaldırılması regionda sülhə və sabitliyə töhfə verən vacib amil kimi vurğulanıb. 

Səfər çərçivəsində həmçinin ABŞ-ın nüfuzlu tədqiqat mərkəzlərinin nümayəndələrinin iştirakı ilə Azərbaycanın ABŞ-dakı Səfirliyində ölkəmizdəki mina probleminə həsr edilmiş dəyirmi masa təşkil edilib. 

Görüşdə kütləvi şəkildə minalanmış ərazilərin təmizlənməsi, həmçinin yenidənqurma və bərpa işləri istiqamətində Azərbaycan hökuməti tərəfindən aparılan fəaliyyət və tədbiq edilən idarəetmə modeli, beynəlxalq resursların cəlb olunmasının önəmi və tərəfdaşlığın əhəmiyyəti qeyd edilib. 
Həmçinin, ABŞ Konqresində italiyalı fotoqraf Fabrisio Kontinin müəllifi olduğu işğaldan azad edilmiş ərazilərimizin təsvirlərini və bu ərazilərdə həyata keçirilən minatəmizləmə fəaliyyətini əks etdirən və mövzunun müxtəlif aspektlərinə dair çıxışlarla müşayiət olunan "Agdam Delenda est" adlı tədbir də keçirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Günəşdə güclü partlayışlar olacaq?

Günəşdə güclü partlayışlar olacaq?

İki ölkənin tarixində iz qoyan azərbaycanlı zabit kim idi? - VİDEO

İki ölkənin tarixində iz qoyan azərbaycanlı zabit kim idi? - VİDEO

Hindistan İrandan neft daşıyan tankerləri ələ keçirdi

Hindistan İrandan neft daşıyan tankerləri ələ keçirdi

Gəncədə iki avtomobil toqquşdu - Piyada xəsarət aldı

Gəncədə iki avtomobil toqquşdu - Piyada xəsarət aldı

İrakli Kobaxidze: Gürcüstanın tranzit funksiyasını inkişaf etdirmək əsas vəzifəmizdir

İrakli Kobaxidze: Gürcüstanın tranzit funksiyasını inkişaf etdirmək əsas vəzifəmizdir

Qubada zəhərlənən 8 nəfərin SON DURUMU

Qubada zəhərlənən 8 nəfərin SON DURUMU

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirin qalibi oldu

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirin qalibi oldu

Qubada bir ailənin 8 üzvü qonaqlıqda zəhərləndi – ADLAR

Qubada bir ailənin 8 üzvü qonaqlıqda zəhərləndi – ADLAR

Faydalı bitkilər toplayan 67 yaşlı kişi görün hansı sirləri açdı - VİDEO

Faydalı bitkilər toplayan 67 yaşlı kişi görün hansı sirləri açdı - VİDEO

Xamenei ordu komandirləri ilə görüşmədi - Son 47 ildə ilk dəfə

Xamenei ordu komandirləri ilə görüşmədi - Son 47 ildə ilk dəfə

MOK rəsmiləri Milanda Atletlər kəndində - FOTO

MOK rəsmiləri Milanda Atletlər kəndində - FOTO

Bekhem təndirə çörək yapdı, kabab yedi - FOTO

Bekhem təndirə çörək yapdı, kabab yedi - FOTO

Azərbaycanda bu taksilərdə qiymətlər ARTDI

Azərbaycanda bu taksilərdə qiymətlər ARTDI

Cüdoçumuz "Böyük Dəbilqə" turnirinin finalına vəsiqə qazandı

Cüdoçumuz "Böyük Dəbilqə" turnirinin finalına vəsiqə qazandı

Sumqayıtda 2 avtomobil toqquşdu: 3 yaralı var

Sumqayıtda 2 avtomobil toqquşdu: 3 yaralı var

"Sabah" "Araz-Naxçıvan"ı böyük hesabla məğlub etdi - VİDEO

"Sabah" "Araz-Naxçıvan"ı böyük hesabla məğlub etdi - VİDEO

Yaponiyada parlament seçkisinin nəticəsi açıqlandı

Yaponiyada parlament seçkisinin nəticəsi açıqlandı

Bu ölkədə 3 ton narkotik maddə müsadirə olundu

Bu ölkədə 3 ton narkotik maddə müsadirə olundu

Vüsalə milyonluq mənzilinin görüntülərini YAYDI - VİDEO

Vüsalə milyonluq mənzilinin görüntülərini YAYDI - VİDEO

Ermənistan məhkəməsinin qərarı Azərbaycanın suverenliyinə qarşı yönəlib - BƏYANAT

Ermənistan məhkəməsinin qərarı Azərbaycanın suverenliyinə qarşı yönəlib - BƏYANAT

65 yaşlı qadın dərmandan zəhərləndi

65 yaşlı qadın dərmandan zəhərləndi

Xalq artisti dekolteli geyimi və şousu ilə DİQQƏT ÇƏKDİ - VİDEO

Xalq artisti dekolteli geyimi və şousu ilə DİQQƏT ÇƏKDİ - VİDEO

Bakı-Sumqayıt yolunda böyük tıxac: "Düz bir saat 45 dəqiqədir ki, burada qalmışıq" - VİDEO

Bakı-Sumqayıt yolunda böyük tıxac: "Düz bir saat 45 dəqiqədir ki, burada qalmışıq" - VİDEO

Bu kənddə şagirdlər məktəb əvəzinə hazırlıq kurslarına gedirlər? - Açıqlama

Bu kənddə şagirdlər məktəb əvəzinə hazırlıq kurslarına gedirlər? - Açıqlama

End of content

No more pages to load

RADİO